Məzunların məşğulluğu ilə bağlı reytinq cədvəlində son dövrlərdə əmək bazarında daha çox tələbat olan sahələr öz əksini tapıb.
"Tehsil365" Dövlət Məşğulluq Agentliyinə istinadən məzunların ixtisaslar üzrə reytinqini təqdim edir.
Məlumatda göstərilir ki, ən çox işlə təmin olunan məzunlar “İqtisadiyyat” ixtisası üzrə olub – 2 554 nəfər. Bu göstərici ilə “İqtisadiyyat” ixtisası ilk sırada qərarlaşıb. Növbəti yerlərdə isə “Maliyyə” (1 806 nəfər), “Mühasibat uçotu və audit” (1 746 nəfər), “Menecment” (1 574 nəfər) və “Sənayenin təşkili və idarə olunması” (1 515 nəfər) ixtisasları qərarlaşıb.
Ən çox işlə təmin olunmuş digər ixtisaslar sırasında “Biznesin idarə edilməsi” (1 331 nəfər), “Dünya iqtisadiyyatı” (1 315 nəfər), “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” (1 906 nəfər), “Bədən tərbiyəsi və idman” (1 044 nəfər) və “Hüquqşünaslıq” (868 nəfər) yer alır.
Hansı ixtisas sahibləri daha çox işə qəbul olunur? – SİYAHI
5020.05.2025 - 07:20
