“Clarivate” şirkətinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) ilə tərəfdaşlığı çərçivəsində tədqiqatçılar üçün təşkil etdiyi vebinarlar davam edir.
“Tehsil365” xəbər verir ki, bu barədə EATDA məlumat yayıb.
Belə ki, 23 may tarixində “Kəşf edin, analiz edin və bir addım öndə olun: Mövzunuz ətrafındakı tədqiqat mühitinin hüdudlarını müəyyən edin” mövzusunda vebinar baş tutacaq.
Vebinarda araşdırma mövzusu ilə əlaqəli beynəlxalq tədqiqat fəaliyyətlərinin izlənilməsi, ən yaxşı məqalələrin, jurnalların və əsas fikir sahiblərinin müəyyən edilməsi kimi mövzulara toxunulacaq. Bu vebinarda tədqiqat ekosistemini, dövlət və özəl sektor əməkdaşlığını və maliyyələşdirmə fəaliyyətlərini dərindən başa düşmək, həmçinin nəticələri daha da yaxşılaşdırmaq və vizuallaşdırmaq üçün güclü analitik alətlər haqqında ətraflı məlumat əldə edə bilərsiniz.
Vebinarda iştirak üçün aşağıda qeyd olunan keçidə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz. Qeyd edək ki, vebinarda iştirak edənlər sertifikatla təmin ediləcək.
Qeydiyyat linki: https://zoom.us/webinar/register/WN_LXikQ4_rSYW439xvFVqdvw
Tarix: 23 may, saat 14:00 - 15:15
Təlimçi: İltifat İbrahimov