Təhsil 365 - Logo Mobile

Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan tədbirdə 308 tələbəyə “Adlı təqaüd” verilib - FOTO

8720.05.2025 - 13:11
Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan tədbirdə 308 tələbəyə “Adlı təqaüd” verilib - FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən təhsildə və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 308 tələbəyə “Adlı təqaüd” təqdim edilib.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Adlı təqaüd” tədbiri Bakı Ali Neft Məktəbində (BANM) keçirilib.

Bu barədə “Tehsil365”ə AHİK-dən məlumat verilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb, gənclərin vətənpərvərlik ruhunda böyüməsi, potensialının reallaşdırılması, yüksəkixtisaslı kadr kimi formalaşması istiqamətində görülən işləri vurğulayıb. Heydər Əliyev Fondunun Azərbaycan gəncliyinin inkişafındakı xidmətlərindən bəhs edən Konfederasiya sədri Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə elm, təhsil, mədəniyyət, səhiyyə, idman və digər sahələrdə həyata keçirilən mühüm layihələri diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycan həmkarlar ittifaqları da dövlətin gənclər siyasətinə fəal dəstək verir, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və potensialının inkişaf etdirilməsi istiqamətində müxtəlif tədbirlər və layihələr həyata keçirir. Belə layihələrdən biri olan “Adlı təqaüd” tələbə gənclərin elmə və təhsilə marağının artmasına, onların fərdi və peşəkar inkişafına əhəmiyyətli töhfə verir.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov təhsil sahəsində aparılan islahatlar, ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan, gənclərin yüksək səviyyədə təhsil almaları üçün yaradılan əlverişli şəraitdən bəhs edib, “Adlı təqaüd” layihəsinin önəmini vurğulayıb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan gəncliyinin elmə marağının artması istiqamətində görülən işlər, gənclərimizin elmi nailiyyətlərindən danışıb, BANM tələbələrinin uğurlarını, Azərbaycanın ali təhsil müəssisələrində müxtəlif sahələr üzrə gələcəyin peşəkar mütəxəssislərinin yetişdiyini vurğulayıblar.

Qeyd edək ki, təqaüd ölkənin müxtəlif orta ixtisas, peşə təhsili və ali təhsil müəssisələrində əla və yaxşı qiymətlərlə oxuyan, tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən tələbələrə verilir.

ATİAHİ RK-nın “Adlı təqaüd” layihəsi 1995-ci ildən həyata keçirilir. Əvvəlki illərdə hər semestr üzrə 65 tələbəyə, 2024-2025-ci tədris ilinin birinci semestrinin yekunlarına görə 100, ikinci semestrinin nəticələrinə əsasən isə 308 tələbəyə “Adlı təqaüd” verilib. İndiyədək 3179 tələbə bu təqaüdə layiq görülüb.

Aydan Ələkbərova

Xəbər Lenti

Çin məktəblərdə süni intellektin tədrisi ilə bağlı mühüm sənəd hazırlayıb21.05.2025 - 16:59
Ürək xəstəliklərini müəyyən edən süni intellekt sistemi yaradılıb21.05.2025 - 16:47
Uruqvaylı gənc diplomatlar ADA Universitetində təşkil olunan kurslarda iştirak edəcəklər - FOTO21.05.2025 - 16:32
AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti İndoneziya universitetlərində olub - FOTO21.05.2025 - 16:21
Rektor: BDU Çinin nüfuzlu universitetləri ilə daha sıx əlaqələrin qurulmasında maraqlıdır21.05.2025 - 16:11
“Kürəkçay müqaviləsi – 220” mövzusunda dəyirmi masa keçirilib21.05.2025 - 16:00
BDU-da “Qardaşlıq” adlı konsert proqramı təqdim edilib21.05.2025 - 15:50
Şərqşünaslıq İnstitutunun yeni nəşri: “Aida İmanquliyeva ərəb məhcər ədəbiyyatının tədqiqatçısı kimi”21.05.2025 - 15:40
Çaldıran tarixin ibrət dərsidir! - Yaqub Mahmudov ÇAĞIRIŞ ETDİ21.05.2025 - 15:30
BANM-in komandası “PASHA Hackathon 5.0” yarışında üçüncü yeri tutub21.05.2025 - 15:20
Rəqəmsal Çağda Media və Təhsil21.05.2025 - 15:10
Aşqarlar Kimyası İnstitutunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib - FOTO21.05.2025 - 15:00
BANM nümayəndələri Daşkənddə keçirilən Beynəlxalq Energetika Forumunda iştirak ediblər - FOTO21.05.2025 - 14:50
AMEA prezidenti Özbəkistanın Xarəzm Mamun Akademiyasının Fəxri akademiki seçilib21.05.2025 - 14:40
LDU kollektivi “Arşın mal alan”a yeni quruluşda tamaşa edib - FOTO21.05.2025 - 14:30
DİM:“Təqdimat bacarıqlarının inkişafı” mövzusunda təlim 21.05.2025 - 14:20
LDU-da hüquqi mövzuda maarifləndirici tədbir keçirilib - FOTO21.05.2025 - 14:10
BMU ilə ATİAHİ arasında müzakirə formatında görüş keçirilib - FOTO21.05.2025 - 13:59
16 yaşlı qızla evlənən kişi cinayət məsuliyyətinə cəlb edilib21.05.2025 - 13:47
NDU-da “Stomatologiyada innovasiyalar” mövzusunda konfrans keçirilib - FOTO21.05.2025 - 13:35
Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünə yekun vurulub21.05.2025 - 13:22
Qarabağ Universitetinin Klinikası vakansiya elan edir21.05.2025 - 13:10
AzMİU tələbələri sosial yönümlü xeyriyyə tədbiri gerçəkləşdirib - FOTO21.05.2025 - 12:56
BŞTİ-də yeni kadr təyinatı olub21.05.2025 - 12:44
1 iyunda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ21.05.2025 - 12:32
Buraxılış imtahanında iştirak etmiş 30 nəfərin balı aşağı salınıb21.05.2025 - 12:21
DİM: 1824 abituriyentin buraxılış imtahanı qiymətində düzəliş edilib21.05.2025 - 12:11
Buraxılış imtahanları ilə bağlı apellyasiya nəticələri açıqlanıb21.05.2025 - 12:00
STEAM resurslarından ibarət sənəd hazırlanıb21.05.2025 - 11:50
Məktəblərdə kibertəhlükəsizliklə bağlı təlimlər keçirilib - FOTO21.05.2025 - 11:40
Nobel mükafatçısı Əziz Səncərə Əlişir Nəvai mükafatı veriləcək21.05.2025 - 11:30
MDU-da “Davamlı inkişaf və insan hüquqları: gənclərin rolu” mövzusunda seminar baş tutub - FOTO21.05.2025 - 11:20
Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş tamaşa hazırlanır21.05.2025 - 11:10
Şirvan-Salyan Regional Təhsil İdarəsinə YENİ TƏYİNAT21.05.2025 - 11:00
PMS imtahanı materiallarının işlənilməsi ilə bağlı təlim keçirilib21.05.2025 - 10:50
DİM bu şəxslərə müraciət edib21.05.2025 - 10:40
Milli Kitabxanada tanınmış şair Vaqif Bəhmənlinin 70 illik yubileyi münasibətilə kitab sərgisi açılıb21.05.2025 - 10:30
Qızların təhsildən yayınmasının qarşısının alınması və gender əsaslı təhsil islahatları təklif olunur21.05.2025 - 10:20
Dilçi alimlər Türkiyədə beynəlxalq simpoziumda iştirak ediblər - FOTO21.05.2025 - 10:10
Növbəti tədris ilində məktəblərdə ilk dərs günü “Konstitusiya və Suverenlik İli”nə həsr ediləcək21.05.2025 - 09:50
Ali məktəb tələbələrinin dövlət xadimləri və tanınmış şəxslərlə görüşləri keçirilir - FOTO21.05.2025 - 09:40
SAT imtahanının nəticəsi əsasında ADA Universitetinə qəbul olmaq istəyən abituriyentlərin nəzərinə21.05.2025 - 09:30
“Təhsildə İKT (İnteraktiv proqram vasitələri və ondan istifadə yolları)” kitabı çapdan çıxıb21.05.2025 - 09:20
Dillər Universitetinin Konfutsi İnstitutunda Çin dili səviyyə imtahanı keçirilib - FOTO21.05.2025 - 09:10
İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Eylül Universiteti arasında anlaşma memorandumu imzalanıb21.05.2025 - 09:00
Elm və təhsil naziri türkiyəli həmkarı ilə görüşüb21.05.2025 - 08:50
Sabah 29 dərəcə isti olacaq21.05.2025 - 08:40
İtaliya-Azərbaycan Universitetinə qəbul olmaq istəyənlərin nəzərinə21.05.2025 - 08:30