Bu gün Azərbaycan Texniki Universitetinin idman zalında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünün bağlanış mərasimi keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbir Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi, Təhsil İşçiləri Həmkarlar İttifaqı və AFFA-nın dəstəyi ilə baş tutub.
Mərasimdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ali təhsil müəssisələrinin nümayəndələri, tələbə komandaları, idman ictimaiyyətinin üzvləri və media nümayəndələri iştirak ediblər.
Final qarşılaşmasında Azərbaycan Texniki Universiteti ilə Azərbaycan İdman Akademiyasının komandaları üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən oyunun yekununda İdman Akademiyasının komandası qalib gələrək Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünün çempionu olub.
Yarışın nəticələrinə əsasən:
• I yer – Azərbaycan İdman Akademiyası
• II yer – Azərbaycan Texniki Universiteti
• III yer – Bakı Dövlət Universiteti
Bağlanış mərasimi çərçivəsində qaliblər və fərqlənən idmançılar diplom, medal və kuboklarla təltif olunublar. Tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər.
Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünə yekun vurulub
5021.05.2025 - 13:22
