Təhsil 365 - Logo Mobile

Mayın 25-də 54 mindən çox abituriyent qəbul imtahanı verəcək

5322.05.2025 - 12:00
Mayın 25-də 54 mindən çox abituriyent qəbul imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 25-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

DİM-dən “Tehsil365”ə bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

Xankəndi şəhərində keçiriləcək imtahan işğaldan azad edilmiş bölgələrdə təşkil edilən ilk qəbul imtahanıdır. İmtahan Qarabağ Universitetində keçiriləcək. Bu imtahanda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edəcəklər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə verəcəklər. İmtahanda 51 abituriyentin iştirakı nəzərdə tutulur. Qeyd edək ki, imtahan sənədləri və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə abituriyentlər və onları müşayiət edəcək valideynlərinin Xankəndi şəhərinə səfərinə icazə verilir.

İştirakçılar mayın 14-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytında "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.           

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat 10:00-da başlanır.

 İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

- İmtahana buraxılış vərəqəsi;

-  Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

-   Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 213 imtahan binası, 4018 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 213 ümumi imtahan rəhbəri, 635 imtahan rəhbəri, 5014 nəzarətçi, 717 buraxılış rejimi əməkdaşı, 213 bina nümayəndəsi cəlb olunub.

II ixtisas qrupu üzrə imtahanda 25961, III ixtisas qrupu üzrə imtahanda isə 28286  nəfər olmaqla, ümumilikdə 54247 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda 73 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə mayın 24-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

İmtahanların gedişini işıqlandırmaq üçün 45 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

Aydan Ələkbərova

Xəbər Lenti

BDU-da Everesti fəth edən alpinist Vəfa Musayeva ilə görüş olub - FOTO29.05.2025 - 18:38
“Kimya texnologiyası və dayanıqlı inkişafın müasir çağırışları” - beynəlxalq elmi-praktik konfrans29.05.2025 - 18:25
Beynəlxalq konfransın təşkilatçıları Ədəbiyyat Muzeyinin qonağı olublar - FOTO29.05.2025 - 18:12
Mərkəzi Elmi Kitabxana və “Elsevier” əməkdaşları arasında onlayn görüş keçirilib - FOTO29.05.2025 - 18:00
BDU tələbələri “Pillə-3” Tələbə Tamaşaları Festivalında çıxış ediblər - FOTO29.05.2025 - 17:50
IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı: “Elm” nəşriyyatının stendində 100-dək nəşr sərgilənir - FOTO29.05.2025 - 17:40
BDU-da Materialşünaslıq elmi-tədqiqat laboratoriyasının açılışı olub29.05.2025 - 17:30
IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində “AMEA-80 paneli” keçirilib29.05.2025 - 17:20
“Konstitusiya və Suverenlik İli”: mədəni dəyərlər və milli birlik - konfrans29.05.2025 - 17:10
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə29.05.2025 - 16:56
Bakı Ali Neft Məktəbində futzal turnirinə maraq: “Qubadlı” komandası çempion oldu29.05.2025 - 16:44
BDU-da Xəzər sahilinin bitki örtüyü öyrənilir - FOTO29.05.2025 - 16:33
MİQ üzrə elektron sənəd qəbulu başa çatıb29.05.2025 - 16:21
Dilçilik İnstitutunun əməkdaşları beynəlxalq konfransda məruzə ediblər - FOTO29.05.2025 - 16:11
Bakıda 9 yaşlı məktəblini maşın vurub29.05.2025 - 16:01
“Kaspi kids”də döyülən uşağın atası danışdı - “Pul təklif etdilər”29.05.2025 - 15:49
Taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçirilib29.05.2025 - 15:37
Bakıda daha bir məktəb direktoru işdən ÇIXARILDI29.05.2025 - 15:25
Bu halda sertifikasiyada müəllimə əlavə vaxt verilir29.05.2025 - 15:13
UNEC-də universitetlər və işəgötürənlərin I Beynəlxalq Forumu keçirilib29.05.2025 - 15:02
"Sertifikasiya sualları məktəb proqramından çətin olmalıdır"29.05.2025 - 14:50
AzMİU Özbəkistanın üç universiteti ilə əməkdaşlıq edəcək - FOTO29.05.2025 - 14:40
Naxçıvan Dövlət Universiteti üçün böyük kampus qurulacaq29.05.2025 - 14:30
Bu imtahanlara qeydiyyat BAŞLAYIR29.05.2025 - 14:20
XI sinif şagirdi Olimpiadada bürünc medal qazanıb29.05.2025 - 14:10
“Parla” proqramının iştirakçıları “Glensol” müəssisəsinə səfər ediblər29.05.2025 - 13:57
Şuşa festivalının iştirakçıları Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar - FOTO29.05.2025 - 13:45
DİM-də təlim:“Dövlət satınalmaları ilə bağlı yeniliklər”29.05.2025 - 13:33
Metodistlərin fəaliyyətinə dair monitorinqlər davam edir29.05.2025 - 13:21
Emin Əmrullayev ADPU–CVU ikili diplom proqramının IV məzun buraxılışında iştirak edib29.05.2025 - 13:11
İyunun 1-də Uşaq Festivalı keçiriləcək29.05.2025 - 13:00
Balacalar MÜTDA-nın qonağı olublar - FOTOLAR29.05.2025 - 12:50
“Mən qəhrəman övladıyam” devizi ilə şəhid övladları üçün gəzinti təşkil olunub - FOTO29.05.2025 - 12:40
Xaçmazda avtomobil qəzasında 21 yaşlı gənc ölüb29.05.2025 - 12:30
BMU tələbələrinin layihəsi finala vəsiqə qazanıb - FOTO29.05.2025 - 12:20
Alimlərdən yeni ARAŞDIRMA29.05.2025 - 12:10
Elgünün ölüm səbəbi AÇIQLANDI29.05.2025 - 11:54
DİM-də növbəti imtahan - TOEFL iBT29.05.2025 - 11:43
Naxçıvan məktəblisi BSU-da elmi seminarda iştirak edib - FOTOLAR29.05.2025 - 11:30
Peşə təhsili üzrə məzunların məşğulluq reytinqi hazırlanır29.05.2025 - 11:20
Sabaha olan hava proqnozu açıqlanıb29.05.2025 - 11:10
İdris İsayev Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini ilə görüşüb - FOTO29.05.2025 - 11:00
Təkrar ali və orta ixtisas təhsili üzrə elektron sənəd qəbuluna start verilib29.05.2025 - 10:50
Elxan Nəcəfov: Naxçıvanda iki daimi İmtahan Mərkəzinin yaradılması nəzərdə tutulur 29.05.2025 - 10:40
İƏT rəsmisi: Sosial müdafiə təhsilə mühüm təsir göstərir29.05.2025 - 10:30
İkili diplom magistr proqramının məzun sayı 120 nəfərə çatır – Cəfər Cəfərov29.05.2025 - 10:20
Emin Əmrullayev: İkili diplom proqramlarından gözləntilərimiz yüksəkdir 29.05.2025 - 10:10
Ölkədə ilk dəfə ailəvi intellektual oyun keçiriləcək29.05.2025 - 10:00