Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən "Tehsil365"ə verilən məlumata görə, bu prosesdə namizədlərə texniki və məsləhət yönümlü dəstəyin göstərilməsi məqsədilə rayon, şəhər təhsil şöbələrində dəstək mərkəzləri yaradılıb.
Həmçinin özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan namizədlər dəstək mərkəzləri ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 146-10 Çağrı Mərkəzinə və Naxçıvan Regional “ASAN xidmət” mərkəzinə müraciət edə bilərlər.
Qeyd edək ki, elektron sənəd qəbulu mərhələsi 22-29 may tarixlərini əhatə edəcək.