Təhsil 365 - Logo Mobile

BMU-da “CareerFest BEU 2025” karyera festivalı keçirilib - FOTO

8722.05.2025 - 13:11
BMU-da “CareerFest BEU 2025” karyera festivalı keçirilib - FOTO

Bakı Mühəndislik Universiteti (BMU) və “HBN Group”un birgə təşkilatçılığı, “Veysəloğlu Şirkətlər Qrupu”nun baş sponsorluğu ilə “CareerFest BEU 2025” karyera festivalı keçirilib.

BMU-dan “Tehsil365”ə bildirilib ki, festivalda dövlət qurumları, nüfuzlu şirkətlərin rəhbərləri, universitetin, eləcə də ölkəmizin digər ali məktəblərinin tələbə və məzunları iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev gənclərin təhsili, məşğulluğu, karyera yüksəlişi, sosial rifahının ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətini təşkil etdiyini, Prezident İlham Əliyev tərəfindən bu məqsədlə təsdiq olunmuş dövlət proqramlarının uğurla gerçəkləşdirildiyini bildirib. Festivalda əsas məqsədin sahibkarlarla ali təhsil müəssisələri arasında əlaqələri daha da gücləndirmək, gənclərin məşğulluğunun təmin edilməsinə dəstək göstərmək, onların yeni sənaye inqilabı fonunda əmək bazarının hazırkı şərt və tələblərini öyrənmələrinə imkan yaratmaqdan ibarət olduğunu deyən rektor bu cəhətdən tədbiri gənclər üçün gözəl fürsət adlandırıb.  Eyni zamanda, müasir dövrdə elm və texnologiyanın sürətli inkişafının gənclərin qarşısına qoyduğu tələbləri və bu məsələlərdə universitetlərin üzərinə düşən vəzifələri diqqətə çatdırıb. Rektor çıxışında BMU tələbə və məzunlarının əmək bazarına uğurlu inteqrasiyası, peşəkar inkişafını təmin etmək istiqamətində ali məktəbin sistemli fəaliyyəti, atdığı mühüm addımları da vurğulayıb. Tədbirdə təmsil olunan şirkətlərə öz təşəkkürünü bildirən Yaqub Piriyev festivalın əmək bazarında yeni körpülər yaradacağına və gənclərin iş həyatı üçün uğurlu bir başlanğıc olacağına əminliyini söyləyib.

Sonra çıxış edən “HBN Group”un icraçı direktoru Tariyel Dövlətov festivalın bütün ali təhsil müəssisələrinin tələbə və məzunlarına, işsizlərə açıq olduğunu və burada 100-dən artıq müəssisə tərəfindən 965 vakansiya, 961 təcrübə proqramının təqdim edildiyini bildirib. Həm şirkətlər, həm də işaxtaranlar üçün festivalın faydalı olacağına əminliyini vurğulayan icraçı direktor daha sonra universitet-sənaye əlaqələrinin qurulması istiqamətində “HBN Group”un həyata keçirdiyi bir sıra layihələr haqqında məlumat verib.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Nihad Muxtarlı da belə tədbirlərin gənclərin karyeralarına başlamalarında mühüm roluna diqqət çəkib. Bildirib ki, hər il müxtəlif əmək yarmarkalarında işsizlər, işaxtaranlar, tələbələr, məzunlar öz ixtisaslarına, maraq göstərdikləri sahələrə uyğun işlə təmin olunurlar. Əmək bazarı ilə bağlı bir sıra statistik rəqəmlərə toxunan agentlik rəsmisi işğaldan azad olunmuş rayonlarımızda da əmək yarmarkalarının təşkil edildiyini, buraya qayıdan gənclərin məşğulluq problemlərinin həllinə diqqət göstərildiyini bildirib.

 “Veysəloğlu Şirkətlər Qrupu”nun İnsan Resursları Departamentinin direktoru Ziya Rəcəbov müəssisənin ölkənin qeyri-neft sektorunda iqtisadiyyata əhəmiyyətli töhfə verən ən iri işəgötürən şirkət olduğunu, təhsilə dəstəyin müəssisənin koorporativ sosial məsuliyyət istiqamətlərindən birini təşkil etdiyini deyib. Çıxışda, eləcə də şirkətin gənclərə təkcə iş fürsəti deyil, davamlı inkişaf, peşəkarlaşma, karyera quruculuğu istiqamətində bir sıra proqramlar, mentorluq xidmətləri,  təlimlərə qatılmaq, o cümlədən peşə öyrənmək imkanı yaratdığı vurğulanıb.

Daha sonra tədbirin rəqəmsal tərəfdaşı “Digiboom” Marketinq Agentliyinin direktoru Sənanə Əskərova, sponsorlarından VİP TENT şirkətinin nümayəndəsi Nailə Mirzəzadə, media tərəfdaşı “HudHud Media Group” MMC-nin təsisçi və direktoru İmdad Kərimli çıxış ediblər. Çıxışlarda işəgötürənlərlə birbaşa ünsiyyətin qurulmasına əlverişli imkanlar yaradan karyera festivalının rolundan, həmçinin ali təhsil ocaqları ilə sənaye müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışılıb.

Ardınca sərgidə nümayiş olunan stendlərə baxış keçirilib.

Ümumilikdə 5000-ə yaxın iştirakçının qatıldığı karyera festivalı çərçivəsində interaktiv fəaliyyətlər, oyunlar, əyləncəli təcrübələr təşkil olunub, tanınmış müğənnilərin ifasında musiqi nömrələri tədqim edilib.

Aydan Ələkbərova

Xəbər Lenti

Kemal Sunalı o canlandıracaq23.05.2025 - 19:35
Xəzər Universitetinin məzunu Aygül İsayeva “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub - FOTO23.05.2025 - 18:12
Qabiliyyət imtahanları üçün nəzarətçilər və rəhbərlərə təlimlərin keçirilir23.05.2025 - 17:48
SDU-da beynəlxalq elmi konfrans keçirilib23.05.2025 - 17:12
AzMİU doktoranturaya sənəd qəbulu elan edir23.05.2025 - 16:59
ADNSU “QS Stars”da 5 ulduzla qiymətləndirilib23.05.2025 - 16:45
Sertifikaya imtahanı verəcək müəllimlərin NƏZƏRİNƏ23.05.2025 - 16:33
Sertifikasiyanın sınaq imtahanı keçiriləcək23.05.2025 - 16:21
AMEA doktoranturaya sənəd qəbulu elan edir23.05.2025 - 16:11
LDU-da elmi infosessiya keçirilib - FOTO23.05.2025 - 16:00
Bağçalara qeydiyyat dayandırılır23.05.2025 - 15:50
Müəllimlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə sınaq imtahanı keçirilir23.05.2025 - 15:40
“Kitabxana-informasiya texnologiyalarının inkişafında müasir tendensiyalar” - konfrans23.05.2025 - 15:30
Ali məktəb tələbələri arasında III Respublika Olimpiadasının qalibləri mükafatlandırılıb - FOTO23.05.2025 - 15:20
AzMİU-da “İxtisasını tanıt” layihəsi çərçivəsində sərgi açılıb - FOTO23.05.2025 - 15:10
“1905-1906-cı illərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qırğınların siyasi nəticələri” - dəyirmi masa23.05.2025 - 15:00
AzMİU-da tələbələr üçün tam təqaüdlü “CODEX” IT Akademiya fəaliyyətə başladı - FOTO23.05.2025 - 14:50
Elm və təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb - FOTO23.05.2025 - 14:40
Azərbaycan tarixinin və zəngin mədəni irsinin təbliğinə töhfə23.05.2025 - 14:30
Qloballaşan təhsil siyasətinə baxış: sərt faktlarla yumşaq idarəetmə və bilik iqtisadiyyatı - seminar23.05.2025 - 14:20
Süni intellekt dövründə karyera planlaması – təlim23.05.2025 - 14:10
UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub - FOTO23.05.2025 - 14:00
UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub - FOTO23.05.2025 - 14:00
BDU-da Vətən müharibəsinə həsr olunmuş bədii əsərlərin nəşri ilə bağlı təhlillər aparılır - FOTO23.05.2025 - 13:50
BMU-da Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı keçirilir - FOTO23.05.2025 - 13:40
BSU-nun rektoru XII Beynəlxalq Asiya Konqresinin açılışında çıxış edib - FOTO23.05.2025 - 13:30
BDU-da Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Nail Orucovun xatirəsi anılıb - FOTO23.05.2025 - 13:20
Audiovizual Şura BDU tələbələri üçün növbəti seminar təşkil edib - FOTO23.05.2025 - 13:10
“Azərbaycan dilinin böyük frazeoloji lüğəti”nin II cildi çap olunub23.05.2025 - 13:00
Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb - FOTO23.05.2025 - 12:50
Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb - FOTO23.05.2025 - 12:50
BDU tələbələri DAAD-ın təqaüd proqramları barədə məlumatlandırılıblar - FOTO23.05.2025 - 12:40
Doktor Cavad Heyətin elmi yaradıcılığına həsr olunmuş monoqrafik kitab çapdan çıxıb - FOTO23.05.2025 - 12:30
“Cümhuriyyət maarifçiliyi və müstəqil Azərbaycanın təhsil yolu” mövzusunda tədbir keçirilib - FOTO23.05.2025 - 12:20
“Gənc psixometrik” təcrübə proqramı çərçivəsində iştirakçılarla təlimlər davam etdirilir23.05.2025 - 12:10
“Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”nın təqdimatı keçirilib23.05.2025 - 12:00
“Yüksəliş” müsabiqəsi beynəlxalq səviyyədə mühüm uğura imza atıb23.05.2025 - 11:50
Məleykə Abbaszadə: Təhsil ekspertlərini imtahanın qiymətləndirilməsi prosesində iştiraka dəvət edirik23.05.2025 - 11:40
BDU tələbələri Şamaxı və Qobustanda çöl-tədris təcrübəsində olublar - FOTO23.05.2025 - 11:30
BANM-in MBA məzunu “Özbəkneftqaz”ın Biznesin İnkişafı Departamentinin rəhbəridir - FOTO23.05.2025 - 11:20
BANM tələbələri AIRO 2025 olimpiadasının ilk üçlüyündə yer alıb23.05.2025 - 11:10
BDU-da Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii təqdimat23.05.2025 - 11:00
AMEA-da “Yaşıl dünya, süni intellekt və müasir reallıqlar” mövzusunda elmi-praktik konfrans keçirilib23.05.2025 - 10:50
“Kiçik Akademiya”ların fəaliyyəti genişləndirilir23.05.2025 - 10:40
Bakıda məktəb direktoru icra başçısına müavin təyin edildi23.05.2025 - 10:30
“Startup School 3” layihəsi ADNSU-da təqdim olundu23.05.2025 - 10:20
Sabahın hava proqnozu açıqlanıb23.05.2025 - 10:10
Elm və təhsil komitəsinin sədri məktəblilərlə görüşəcək23.05.2025 - 10:00