Təhsil 365 - Logo Mobile

Coğrafiya İnstitutunun əməkdaşları regional tədbirlərdə iştirak ediblər - FOTO

8922.05.2025 - 15:11
Coğrafiya İnstitutunun əməkdaşları regional tədbirlərdə iştirak ediblər - FOTO

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, eləcə də Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun 80 illik yubileyi ilə əlaqədar bu elmi müəssisənin bir qrup əməkdaşı Cəlilabad və Lənkəran rayonlarına səfər edib və regional tədbirlərdə iştirak edib.

Bu barədə “Tehsil365”ə institutdan məlumat verilib.

Tədbirlərdə çıxış edən Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru dosent Zaur İmrani elm və təhsil arasında inteqrasiyanın növləri, onların perspektivləri, doktorantura təhsil səviyyəsinə gənclərin cəlb olunması və s. məsələlərə aydınlıq gətirib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında keçirilən tədbir “Regionlarda elm və təhsilin keyfiyyətinin yaxşılaşdırılması” mövzusunda həsr edilib. Həmin tədbirdə aqrar üzrə elmlər doktoru Çingiz Gülalıyev “Cəlilabad rayonunun torpaq resursu və ondan istifadə imkanları”, dosent Səidə Zeynalova “Cənub bölgəsinin regional planlaşdırılması kontekstində Cəlilabad və Lənkəran rayonlarının geoekoloji potensialı”, dosent İsmayıl Quluyev “Qlobal səhralaşma fonunda Cəlilabad rayonunun torpaq örtüyünün müasir vəziyyəti və qiymətləndirilməsi”, dosent Etibar Bədəlov Lənkəran-Astara iqtisadi rayonunda şəhər əhalisinin demoqrafik inkişaf xüsusiyyətləri”, coğrafiya üzrə fəlsəfə doktoru Natiq Babayev “Şərqi Zəngəzur oronimlərinin nominativ təsnifatı”, Cəlilabad filialının baş müəllimi Ələsgər Mirzəzadə “Cəlilabad qədim abidələr yurdudur” mövzularında məruzələr ediblər.

Lənkəran Dövlət Universitetində “Regionlarda elm və təhsilin inteqrasiyası” adlı tədbirdə bu universitetin rektoru professor Natiq İbrahimovla görüş keçirilib. Coğrafiya İnstitutunun əməkdaşlarından dosent Müseyib Yunusov “Respublikamızda elm və təsilin inteqrasiya problemləri”, dosent Solmaz Rzayeva “Lənkəran-Astara iqtisadi rayonunda tibbi-coğrafi baxımdan əhalinin sağlamlığına təsir edən amillərin tədqiqi”, coğrafiya üzrə fəlsəfə doktoru Nicat İmamverdiyev “Azərbaycanda yaşıl enerji transformasiyası: mövcud vəziyyət və inkişaf perspektivləri”, kiçik elmi işçi Nazim Gəraylı “Süni intellekt və GİS: Yeni inteqrasiya imkanları”, dosent Afaq Qasımova “Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan Respublikası Konstitusiyasının banisidir”, dosent Sənan Əzizov “Lənkəran-Astara iqtisadi rayonunda mövcud demoqrafik vəziyyətin qiymətləndirilməsi”, dosent Qorxmaz Ağayev “Lənkəran təbii vilayətində bərpaolunan enerji mənbələrindən istifadə imkanları və gələcək perspektivləri” (geotermal mənbələr nümunəsində) mövzularında məruzələr ediblər.

Tədbirin sonunda qarşılıqlı müzakirələr aparılıb, regional elm və təhsil ilə bağlı suallar cavablandırılıb.

Aydan Ələkbərova

Xəbər Lenti

SDU-da beynəlxalq elmi konfrans keçirilib23.05.2025 - 17:12
AzMİU doktoranturaya sənəd qəbulu elan edir23.05.2025 - 16:59
ADNSU “QS Stars”da 5 ulduzla qiymətləndirilib23.05.2025 - 16:45
Sertifikaya imtahanı verəcək müəllimlərin NƏZƏRİNƏ23.05.2025 - 16:33
Sertifikasiyanın sınaq imtahanı keçiriləcək23.05.2025 - 16:21
AMEA doktoranturaya sənəd qəbulu elan edir23.05.2025 - 16:11
LDU-da elmi infosessiya keçirilib - FOTO23.05.2025 - 16:00
Bağçalara qeydiyyat dayandırılır23.05.2025 - 15:50
Müəllimlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə sınaq imtahanı keçirilir23.05.2025 - 15:40
“Kitabxana-informasiya texnologiyalarının inkişafında müasir tendensiyalar” - konfrans23.05.2025 - 15:30
Ali məktəb tələbələri arasında III Respublika Olimpiadasının qalibləri mükafatlandırılıb - FOTO23.05.2025 - 15:20
AzMİU-da “İxtisasını tanıt” layihəsi çərçivəsində sərgi açılıb - FOTO23.05.2025 - 15:10
“1905-1906-cı illərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qırğınların siyasi nəticələri” - dəyirmi masa23.05.2025 - 15:00
AzMİU-da tələbələr üçün tam təqaüdlü “CODEX” IT Akademiya fəaliyyətə başladı - FOTO23.05.2025 - 14:50
Elm və təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb - FOTO23.05.2025 - 14:40
Azərbaycan tarixinin və zəngin mədəni irsinin təbliğinə töhfə23.05.2025 - 14:30
Qloballaşan təhsil siyasətinə baxış: sərt faktlarla yumşaq idarəetmə və bilik iqtisadiyyatı - seminar23.05.2025 - 14:20
Süni intellekt dövründə karyera planlaması – təlim23.05.2025 - 14:10
UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub - FOTO23.05.2025 - 14:00
UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub - FOTO23.05.2025 - 14:00
BDU-da Vətən müharibəsinə həsr olunmuş bədii əsərlərin nəşri ilə bağlı təhlillər aparılır - FOTO23.05.2025 - 13:50
BMU-da Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı keçirilir - FOTO23.05.2025 - 13:40
BSU-nun rektoru XII Beynəlxalq Asiya Konqresinin açılışında çıxış edib - FOTO23.05.2025 - 13:30
BDU-da Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Nail Orucovun xatirəsi anılıb - FOTO23.05.2025 - 13:20
Audiovizual Şura BDU tələbələri üçün növbəti seminar təşkil edib - FOTO23.05.2025 - 13:10
“Azərbaycan dilinin böyük frazeoloji lüğəti”nin II cildi çap olunub23.05.2025 - 13:00
Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb - FOTO23.05.2025 - 12:50
Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb - FOTO23.05.2025 - 12:50
BDU tələbələri DAAD-ın təqaüd proqramları barədə məlumatlandırılıblar - FOTO23.05.2025 - 12:40
Doktor Cavad Heyətin elmi yaradıcılığına həsr olunmuş monoqrafik kitab çapdan çıxıb - FOTO23.05.2025 - 12:30
“Cümhuriyyət maarifçiliyi və müstəqil Azərbaycanın təhsil yolu” mövzusunda tədbir keçirilib - FOTO23.05.2025 - 12:20
“Gənc psixometrik” təcrübə proqramı çərçivəsində iştirakçılarla təlimlər davam etdirilir23.05.2025 - 12:10
“Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”nın təqdimatı keçirilib23.05.2025 - 12:00
“Yüksəliş” müsabiqəsi beynəlxalq səviyyədə mühüm uğura imza atıb23.05.2025 - 11:50
Məleykə Abbaszadə: Təhsil ekspertlərini imtahanın qiymətləndirilməsi prosesində iştiraka dəvət edirik23.05.2025 - 11:40
BDU tələbələri Şamaxı və Qobustanda çöl-tədris təcrübəsində olublar - FOTO23.05.2025 - 11:30
BANM-in MBA məzunu “Özbəkneftqaz”ın Biznesin İnkişafı Departamentinin rəhbəridir - FOTO23.05.2025 - 11:20
BANM tələbələri AIRO 2025 olimpiadasının ilk üçlüyündə yer alıb23.05.2025 - 11:10
BDU-da Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii təqdimat23.05.2025 - 11:00
AMEA-da “Yaşıl dünya, süni intellekt və müasir reallıqlar” mövzusunda elmi-praktik konfrans keçirilib23.05.2025 - 10:50
“Kiçik Akademiya”ların fəaliyyəti genişləndirilir23.05.2025 - 10:40
Bakıda məktəb direktoru icra başçısına müavin təyin edildi23.05.2025 - 10:30
“Startup School 3” layihəsi ADNSU-da təqdim olundu23.05.2025 - 10:20
Sabahın hava proqnozu açıqlanıb23.05.2025 - 10:10
Elm və təhsil komitəsinin sədri məktəblilərlə görüşəcək23.05.2025 - 10:00
İmtahanla bağlı apellyasiya müraciətlərinin qəbulu məhdudlaşdırılacaq23.05.2025 - 09:50
UNEC-də Biznes, İnnovasiya, Rəqəmsal İnkubasiya və Müxtəliflik Forumu keçirilib23.05.2025 - 09:40
Bu gün IX sinif imtahanın nəticələri açıqlanacaq - RƏSMİ23.05.2025 - 09:30