Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin böyük elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru Natiq Babayevin müəllifi və redaktoru olduğu 3 kitab Almaniyanın Martin Lüter Universitetinin kitabxanasına daxil edilib.
Bu barədə “Tehsil365”ə institutdan məlumat verilib.
Bu nəşrlər müəllifin “Qarabağ iqtisadi rayonunun yurd yerləri və toponimlərinin izahlı lüğəti”, “Şərqi Zəngəzur oykonimlərinin coğrafiya, tarix və dilçilik baxımından tədqiqi” monoqrafiyaları və elmi redaktoru olduğu “Həqiqətin onomastikası – 2” (Qarabağ və Şərqi Zəngəzur) kitabıdır.

