Təhsil 365 - Logo Mobile

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin növbəti iclası keçirilib - FOTO

8022.05.2025 - 16:23
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin növbəti iclası keçirilib - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) növbəti iclası keçirilib. İclas “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda baş tutub.

Bu barədə “Tehsil365”ə AMEA-dan məlumat verilib.

Əvvəlcə FRTEB üzvləri “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksi, Tədris mərkəzi, Laboratoriya mərkəzi və 500 nəfərlik Energetiklərin Mədəniyyət Mərkəzi ilə tanış olublar.

Tədbiri “AzərEnerji” ASC prezidentinin ümumi işlər üzrə müşaviri Vüqar Əliyev açaraq müzakirə olunacaq mövzuların əhəmiyyətini qeyd edib. O, FRTEB-in toplantısının “AzərEnerji” ASC-də keçirilməsinin birgə əməkdaşlığın inkişafı baxımından xüsusi məna kəsb etdiyini deyib.

Sonra AMEA-nın vitse-prezidenti, FRTEB-in Ümumi yığıncağının sədri, akademik Rasim Əliquliyev çıxış edərək AMEA ilə “AzərEnerji” ASC arasında əməkdaşlıq əlaqələrinin qurulmasını yüksək qiymətləndirib. O, bu kimi münasibətlərin Azərbaycanın elektroenerji sisteminin idarə olunmasında praktiki və tətbiqyönümlü məsələlərin həlli üçün geniş imkanlar açacağına inamını ifadə edib.

Akademik Rasim Əliquliyev dünya miqyasında rəqəmsal və yaşıl transformasiyalar, yaşıl enerji siyasəti və enerji təhlükəsizliyi məsələlərinin strateji önəm daşıdığını vurğulayıb. Qeyd edib ki, bütün bu reallıqları nəzərə alaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə enerji təhlükəsizliyinin təmin olunması, bərpaolunan enerji mənbələrinin inkişafı, ənənəvi enerji sistemlərinin təkmilləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü dövlət siyasəti həyata keçirilir.

Alim ölkəmizdə qlobal çağırışlara adekvat olaraq yürüdülən dövlət siyasətinin mühüm tərkib hissələrindən birinin də Azərbaycan Prezidentinin martın 19-da imzaladığı “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” olduğunu, bu strategiyanın həyata keçirilməsinin elmi potensialın enerji sektoruna tətbiqini də zəruri etdiyini bildirib.

“Bu gün bütün alim və mütəxəssislər, müvafiq dövlət orqanlarının məsul nümayəndələri ölkə rəhbərinin çağırışlarını rəhbər tutaraq öz səylərini birləşdirməli, Azərbaycanın qlobal enerji təhlükəsizliyi sistemində rolunun gücləndirilməsi istiqamətində qarşıda duran problemləri müəyyənləşdirməli və ölkənin enerji siyasətinə töhfə verməlidir”, – deyə akademik Rasim Əliquliyev bildirib.

Daha sonra AMEA-nın akademik-katibi, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov “Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin təmin olunmasının aktual elmi-praktik problemləri və həlli yolları haqqında” məruzəsini təqdim edib. Məruzəçi son illər istehsal və enerji sərfiyyatı da daxil olmaqla, enerjiyə olan ehtiyacın azaldılması və məhsuldarlığın artırılması məsələlərinin böyük aktuallıq kəsb etdiyini qeyd edərək, bərpaolunan enerji resurslarının ortaya çıxarılması və texnologiyaların inkişaf etdirilməsinin də bununla əlaqədar olduğunu bildirib.

AMEA-nın müşaviri, akademik Adil Qəribov “Qlobal ekoloji problemlər kontekstində energetikanın durumu və perspektivləri” mövzusunda məruzə ilə çıxış edərək vurğulayıb ki, hazırda ölkələrin inkişaf səviyyəsinin göstərici faktorlarının əsaslarından biri adambaşına düşən enerji istehlakı qiymətidir. Onun sözlərinə görə, ötən dövrdə elektroenerji istehsalında karbon və karbohidrogen mənşəli enerji mənbələri üstünlük təşkil edib.

Çıxışının sonunda akademik Azərbaycanda nüvə energetikasının əsaslandırılması istiqamətində bir sıra təkliflərini səsləndirib: “Atom elektrik stansiyaları daha iqtisadi səmərəliliyə malik olub, gələcəkdə bazis enerji mənbəyi kimi istifadəsi məqsədəuyğundur. Atom elektrik stansiyasının güc parametrləri respublikamızın energetikləri tərəfindən ölkənin enerji istehlakı, təchizatı və nəqli sisteminin analizi əsasında seçilə bilər”.

Daha sonra “AzərEnerji” ASC-nin vitse-prezidentin birinci müavini Yusif Qarayev “Azərbaycan enerji sistemi 2025 – icra edilmiş layihələr” mövzusunda məruzəsini təqdim edib. O bildirib ki, elektroenergetikamızın bugünkü səviyyəyə çatması, müasir texniki avadanlıqla təchiz olunaraq rəqəmsallaşdırılması, bərpaolunan enerjinin prioritet sahəyə çevrilməsi, yeni elektrik stansiyalarının inşa olunması, yüzlərlə yarımstansiyanın yenidən qurulması, min kilometrlərlə müxtəlif gərginlikli elektrik verilişi xətlərinin çəkilməsi və digər bu kimi məsələlər Prezident İlham Əliyevin davamlı enerji strategiyasının həyata keçirilməsinin təzahürüdür.

Yusif Qarayev, həmçinin mövcud və inteqrasiyası planlaşdırılan bərpaolunan enerji mərkəzləri layihələri, Batareya Enerji Saxlanc Sistemləri, geniş sahəli monitorinq və idarəetmə sistemləri olan WAMS və WACS, onların əhatə etdiyi enerji obyektləri, Naxçıvan Muxtar Respublikasının enerji sistemi, cari ildə icra olunacaq reabilitasiya tədbirləri barədə ətraflı məlumat verib.

Müzakirələrdə çıxış edən AMEA-nın müşaviri, akademik Telman Əliyev, Biofizika İnstitutunun baş direktoru Oktay Qasımov, Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdirləri Ramiz Alıquliyev, Məsumə Məmmədova, Fizika İnstitutunun laboratoriya rəhbəri Vəli Hüseynov, “AzərEnerji” ASC-nin İstehsal prosesinin analizi xidmətinin rəhbəri Bəxtiyar Məmmədov, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktor müavini Aytək Babayeva, həmin institutun aparıcı elmi işçisi Valeh Nəsibov məruzələrə dair sual və təkliflərini səsləndiriblər.

Sonda akademik Rasim Əliquliyev çıxış edərək “AzərEnerji” ASC-nin fəaliyyətini və burada həyata keçirilən layihələri yüksək qiymətləndirib, tədbirin mühüm nəticələrlə yadda qalacağına əminliyini ifadə edib. Alim “AzərEnerji” ASC ilə AMEA arasında əməkdaşlığın sistemli şəkildə davam etdirilməsi, kadr və təcrübə mübadiləsinin aparılması məqsədilə Yol xəritəsi və Fəaliyyət planının hazırlanmasının zəruriliyini qeyd edib. O, alim və ziyalıları enerji sahəsində mövcud problemlərin həlli istiqamətində fəallıq nümayiş etdirməyə, öz intellektual potensiallarını, fikir və təkliflərini bölüşməyə çağırıb.

Aydan Ələkbərova

Xəbər Lenti

Kemal Sunalı o canlandıracaq23.05.2025 - 19:35
Xəzər Universitetinin məzunu Aygül İsayeva “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub - FOTO23.05.2025 - 18:12
Qabiliyyət imtahanları üçün nəzarətçilər və rəhbərlərə təlimlərin keçirilir23.05.2025 - 17:48
SDU-da beynəlxalq elmi konfrans keçirilib23.05.2025 - 17:12
AzMİU doktoranturaya sənəd qəbulu elan edir23.05.2025 - 16:59
ADNSU “QS Stars”da 5 ulduzla qiymətləndirilib23.05.2025 - 16:45
Sertifikaya imtahanı verəcək müəllimlərin NƏZƏRİNƏ23.05.2025 - 16:33
Sertifikasiyanın sınaq imtahanı keçiriləcək23.05.2025 - 16:21
AMEA doktoranturaya sənəd qəbulu elan edir23.05.2025 - 16:11
LDU-da elmi infosessiya keçirilib - FOTO23.05.2025 - 16:00
Bağçalara qeydiyyat dayandırılır23.05.2025 - 15:50
Müəllimlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə sınaq imtahanı keçirilir23.05.2025 - 15:40
“Kitabxana-informasiya texnologiyalarının inkişafında müasir tendensiyalar” - konfrans23.05.2025 - 15:30
Ali məktəb tələbələri arasında III Respublika Olimpiadasının qalibləri mükafatlandırılıb - FOTO23.05.2025 - 15:20
AzMİU-da “İxtisasını tanıt” layihəsi çərçivəsində sərgi açılıb - FOTO23.05.2025 - 15:10
“1905-1906-cı illərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qırğınların siyasi nəticələri” - dəyirmi masa23.05.2025 - 15:00
AzMİU-da tələbələr üçün tam təqaüdlü “CODEX” IT Akademiya fəaliyyətə başladı - FOTO23.05.2025 - 14:50
Elm və təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb - FOTO23.05.2025 - 14:40
Azərbaycan tarixinin və zəngin mədəni irsinin təbliğinə töhfə23.05.2025 - 14:30
Qloballaşan təhsil siyasətinə baxış: sərt faktlarla yumşaq idarəetmə və bilik iqtisadiyyatı - seminar23.05.2025 - 14:20
Süni intellekt dövründə karyera planlaması – təlim23.05.2025 - 14:10
UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub - FOTO23.05.2025 - 14:00
UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub - FOTO23.05.2025 - 14:00
BDU-da Vətən müharibəsinə həsr olunmuş bədii əsərlərin nəşri ilə bağlı təhlillər aparılır - FOTO23.05.2025 - 13:50
BMU-da Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı keçirilir - FOTO23.05.2025 - 13:40
BSU-nun rektoru XII Beynəlxalq Asiya Konqresinin açılışında çıxış edib - FOTO23.05.2025 - 13:30
BDU-da Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Nail Orucovun xatirəsi anılıb - FOTO23.05.2025 - 13:20
Audiovizual Şura BDU tələbələri üçün növbəti seminar təşkil edib - FOTO23.05.2025 - 13:10
“Azərbaycan dilinin böyük frazeoloji lüğəti”nin II cildi çap olunub23.05.2025 - 13:00
Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb - FOTO23.05.2025 - 12:50
Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb - FOTO23.05.2025 - 12:50
BDU tələbələri DAAD-ın təqaüd proqramları barədə məlumatlandırılıblar - FOTO23.05.2025 - 12:40
Doktor Cavad Heyətin elmi yaradıcılığına həsr olunmuş monoqrafik kitab çapdan çıxıb - FOTO23.05.2025 - 12:30
“Cümhuriyyət maarifçiliyi və müstəqil Azərbaycanın təhsil yolu” mövzusunda tədbir keçirilib - FOTO23.05.2025 - 12:20
“Gənc psixometrik” təcrübə proqramı çərçivəsində iştirakçılarla təlimlər davam etdirilir23.05.2025 - 12:10
“Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”nın təqdimatı keçirilib23.05.2025 - 12:00
“Yüksəliş” müsabiqəsi beynəlxalq səviyyədə mühüm uğura imza atıb23.05.2025 - 11:50
Məleykə Abbaszadə: Təhsil ekspertlərini imtahanın qiymətləndirilməsi prosesində iştiraka dəvət edirik23.05.2025 - 11:40
BDU tələbələri Şamaxı və Qobustanda çöl-tədris təcrübəsində olublar - FOTO23.05.2025 - 11:30
BANM-in MBA məzunu “Özbəkneftqaz”ın Biznesin İnkişafı Departamentinin rəhbəridir - FOTO23.05.2025 - 11:20
BANM tələbələri AIRO 2025 olimpiadasının ilk üçlüyündə yer alıb23.05.2025 - 11:10
BDU-da Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii təqdimat23.05.2025 - 11:00
AMEA-da “Yaşıl dünya, süni intellekt və müasir reallıqlar” mövzusunda elmi-praktik konfrans keçirilib23.05.2025 - 10:50
“Kiçik Akademiya”ların fəaliyyəti genişləndirilir23.05.2025 - 10:40
Bakıda məktəb direktoru icra başçısına müavin təyin edildi23.05.2025 - 10:30
“Startup School 3” layihəsi ADNSU-da təqdim olundu23.05.2025 - 10:20
Sabahın hava proqnozu açıqlanıb23.05.2025 - 10:10
Elm və təhsil komitəsinin sədri məktəblilərlə görüşəcək23.05.2025 - 10:00