Təhsil 365 - Logo Mobile

Ulu Öndərin anadan olmasının 102-ci ildönümü və AMEA-nın 80 illiyinə həsr edilmiş minifutbol turniri başa çatıb - FOTO

8022.05.2025 - 16:35
Ulu Öndərin anadan olmasının 102-ci ildönümü və AMEA-nın 80 illiyinə həsr edilmiş minifutbol turniri başa çatıb - FOTO

Mayın 22-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və AMEA-nın 80 illiyinə həsr edilmiş institutlararası minifutbol turnirinin bağlanış mərasimi keçirilib.

Akademiyadan “Tehsil365”ə bildirilib ki, turnir AMEA-nın Rəyasət Heyəti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi, AMEA-nın Azad Həmkarlar İttifaqı (AHİ), AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası və ATİAHİ Elmi Təşkilatların Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutub.

Turnir bu il ilk dəfə fərqli formatda təşkil olunub; həm Azərbaycan Milli Elmlər Akademiyasının, həm də Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisələrin ayrıca çempionatı keçirilib, yekunda hər çempionatın qalibi olan komandalar superkubok uğrunda qarşılaşıblar. Belə ki, AMEA üzrə çempion final qarşılaşmasında Nizami Gəncəvi adına Ədəbiyyat, A.A.Bakıxanov adına Tarix və Etnologiya, Hüquq və İnsan Haqları institutlarının birləşmiş komandasını məğlub edən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin komandası olub.

III yer uğrunda keçirilən görüşdə isə AMEA Rəyasət Heyəti aparatının və “Elm” nəşriyyatının birləşmiş komandası Memarlıq və İncəsənət və Fəlsəfə və Sosiologiya institutlarının birləşmiş komandasını məğlub edərək bürünc medalın sahibi olub.

Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisələr üzrə çempion isə finalda İnformasiya Texnologiyaları İnstitutunun komandasını məğlub edən Geologiya və Geofizika İnstitutunun komandası olub. III yeri isə İqtisadiyyat İnstitutunun komandası tutub.

Superkubok uğrunda keçirilən qarşılaşmada AMEA-nı Respublika Seysmoloji Xidmət Mərkəzi, Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisələri isə Geologiya və Geofizika İnstitutunun komandası təmsil edib. Görüşün əsas vaxtı 3:3 hesabı ilə başa çatıb və penalti zərbələrində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin komandası üstün olaraq superkubokun sahibi olublar.

Akademiya şəhərciyində yerləşən stadionda baş tutan oyunlardan sonra turnirin mükafatlandırma mərasimi olub.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev ölkəmizdə bütün sahələrə olduğu kimi, idmanın da inkişafına xüsusi diqqət yetirib. Ulu Öndərin gənclər və idman siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən AMEA rəhbəri son illərdə Azərbaycanın dünya səviyyəli yarışmalara uğurla ev sahibliyi etdiyini, Azərbaycanın idman ölkəsi kimi tanındığını, idmançılarımızın dünya və Avropa yarışmalarında, eləcə də Olimpiya oyunlarında xalqımızı ləyaqətlə təmsil etdiklərini bildirib. Vurğulayıb ki, dövlətimizin idman siyasəti xalqımızın hərtərəfli inkişaf etdirilməsi siyasətinin üzvi tərkib hissəsidir.

Akademiyada da dövlətimizin siyasətinə uyğun olaraq, hər il ənənəvi futbol çempionatının keçirildiyini bildirən akademik İsa Həbibbəyli builki turnirin ilk dəfə fərqli formatda baş tutduğunu diqqətə çatdırıb.

AMEA rəhbəri çıxışının sonunda qeyd edib ki, belə tədbirlər yeni nəsillərin Heydər Əliyev, azərbaycançılıq və dövlətçilik ruhunda tərbiyəsində böyük əhəmiyyətə malikdir və bu istiqamətdə əməli fəaliyyət bundan sonra da davam etdiriləcək.

AHİK sədrinin müavini Hikmət Osmanov isə çıxışında ölkəmizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirildiyini və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bu tədbirlərdə yaxından iştirak etdiyini söyləyib.

Tədbirdə, həmçinin YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və idman sektorunun müdiri İlham Səfərov, AMEA AHİ-nin sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, ATİAHİ Elmi Təşkilatların Həmkarlar İttifaqı Komitəsinin sədri hüquq elmləri doktoru Habil Qurbanov çıxış ediblər. Çıxışlarda çempionatda iştirakçıların sayı və turnirə göstərilən marağın yüksək olduğu vurğulanıb.

Çıxışlardan sonra akademik İsa Həbibbəyli Respublika Seysmoloji Xidmət Mərkəzinin futbol komandasının kapitanı Azər İsgəndərova çempionatın kubokunu və medallarını təqdim edib. Həmçinin ikinci və üçüncü yerlərin sahiblərinə sertifikatlar, medal və pul mükafatları təqdim olunub.

Sonda minifutbol turnirinin bağlanış mərasiminin iştirakçıları AMEA-nın Nadir ağaclar parkına baxış keçiriblər.

Aydan Ələkbərova

Xəbər Lenti

SDU-da beynəlxalq elmi konfrans keçirilib23.05.2025 - 17:12
AzMİU doktoranturaya sənəd qəbulu elan edir23.05.2025 - 16:59
ADNSU “QS Stars”da 5 ulduzla qiymətləndirilib23.05.2025 - 16:45
Sertifikaya imtahanı verəcək müəllimlərin NƏZƏRİNƏ23.05.2025 - 16:33
Sertifikasiyanın sınaq imtahanı keçiriləcək23.05.2025 - 16:21
AMEA doktoranturaya sənəd qəbulu elan edir23.05.2025 - 16:11
LDU-da elmi infosessiya keçirilib - FOTO23.05.2025 - 16:00
Bağçalara qeydiyyat dayandırılır23.05.2025 - 15:50
Müəllimlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə sınaq imtahanı keçirilir23.05.2025 - 15:40
“Kitabxana-informasiya texnologiyalarının inkişafında müasir tendensiyalar” - konfrans23.05.2025 - 15:30
Ali məktəb tələbələri arasında III Respublika Olimpiadasının qalibləri mükafatlandırılıb - FOTO23.05.2025 - 15:20
AzMİU-da “İxtisasını tanıt” layihəsi çərçivəsində sərgi açılıb - FOTO23.05.2025 - 15:10
“1905-1906-cı illərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qırğınların siyasi nəticələri” - dəyirmi masa23.05.2025 - 15:00
AzMİU-da tələbələr üçün tam təqaüdlü “CODEX” IT Akademiya fəaliyyətə başladı - FOTO23.05.2025 - 14:50
Elm və təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb - FOTO23.05.2025 - 14:40
Azərbaycan tarixinin və zəngin mədəni irsinin təbliğinə töhfə23.05.2025 - 14:30
Qloballaşan təhsil siyasətinə baxış: sərt faktlarla yumşaq idarəetmə və bilik iqtisadiyyatı - seminar23.05.2025 - 14:20
Süni intellekt dövründə karyera planlaması – təlim23.05.2025 - 14:10
UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub - FOTO23.05.2025 - 14:00
UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub - FOTO23.05.2025 - 14:00
BDU-da Vətən müharibəsinə həsr olunmuş bədii əsərlərin nəşri ilə bağlı təhlillər aparılır - FOTO23.05.2025 - 13:50
BMU-da Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı keçirilir - FOTO23.05.2025 - 13:40
BSU-nun rektoru XII Beynəlxalq Asiya Konqresinin açılışında çıxış edib - FOTO23.05.2025 - 13:30
BDU-da Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Nail Orucovun xatirəsi anılıb - FOTO23.05.2025 - 13:20
Audiovizual Şura BDU tələbələri üçün növbəti seminar təşkil edib - FOTO23.05.2025 - 13:10
“Azərbaycan dilinin böyük frazeoloji lüğəti”nin II cildi çap olunub23.05.2025 - 13:00
Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb - FOTO23.05.2025 - 12:50
Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb - FOTO23.05.2025 - 12:50
BDU tələbələri DAAD-ın təqaüd proqramları barədə məlumatlandırılıblar - FOTO23.05.2025 - 12:40
Doktor Cavad Heyətin elmi yaradıcılığına həsr olunmuş monoqrafik kitab çapdan çıxıb - FOTO23.05.2025 - 12:30
“Cümhuriyyət maarifçiliyi və müstəqil Azərbaycanın təhsil yolu” mövzusunda tədbir keçirilib - FOTO23.05.2025 - 12:20
“Gənc psixometrik” təcrübə proqramı çərçivəsində iştirakçılarla təlimlər davam etdirilir23.05.2025 - 12:10
“Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”nın təqdimatı keçirilib23.05.2025 - 12:00
“Yüksəliş” müsabiqəsi beynəlxalq səviyyədə mühüm uğura imza atıb23.05.2025 - 11:50
Məleykə Abbaszadə: Təhsil ekspertlərini imtahanın qiymətləndirilməsi prosesində iştiraka dəvət edirik23.05.2025 - 11:40
BDU tələbələri Şamaxı və Qobustanda çöl-tədris təcrübəsində olublar - FOTO23.05.2025 - 11:30
BANM-in MBA məzunu “Özbəkneftqaz”ın Biznesin İnkişafı Departamentinin rəhbəridir - FOTO23.05.2025 - 11:20
BANM tələbələri AIRO 2025 olimpiadasının ilk üçlüyündə yer alıb23.05.2025 - 11:10
BDU-da Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii təqdimat23.05.2025 - 11:00
AMEA-da “Yaşıl dünya, süni intellekt və müasir reallıqlar” mövzusunda elmi-praktik konfrans keçirilib23.05.2025 - 10:50
“Kiçik Akademiya”ların fəaliyyəti genişləndirilir23.05.2025 - 10:40
Bakıda məktəb direktoru icra başçısına müavin təyin edildi23.05.2025 - 10:30
“Startup School 3” layihəsi ADNSU-da təqdim olundu23.05.2025 - 10:20
Sabahın hava proqnozu açıqlanıb23.05.2025 - 10:10
Elm və təhsil komitəsinin sədri məktəblilərlə görüşəcək23.05.2025 - 10:00
İmtahanla bağlı apellyasiya müraciətlərinin qəbulu məhdudlaşdırılacaq23.05.2025 - 09:50
UNEC-də Biznes, İnnovasiya, Rəqəmsal İnkubasiya və Müxtəliflik Forumu keçirilib23.05.2025 - 09:40
Bu gün IX sinif imtahanın nəticələri açıqlanacaq - RƏSMİ23.05.2025 - 09:30