Təhsil 365 - Logo Mobile

Ərəbdilli mənbələrdə Arranın hüdudları – elmi-praktik seminar

8022.05.2025 - 17:10
Ərəbdilli mənbələrdə Arranın hüdudları – elmi-praktik seminar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Ərəbdilli mənbələrdə Arranın hüdudları haqqında” mövzusunda elmi-praktik seminar keçirilib.

İnstitutdan “Tehsil365”ə bildirilib ki, elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev mövzunun Azərbaycanın qədim dövr və erkən orta əsrlər tarixini əks etdirməsi baxımından xüsusi maraq doğurduğunu vurğulayıb.

O bildirib ki, tariximizin açılmamış səhifələrinin, xüsusilə Atropatena və Albaniya tarixinin mübahisəli məsələlərinin araşdırılmasında müxtəlif tarixi mənbələrin, o cümlədən ərəbdilli qaynaqların tədqiqata cəlb olunması obyektiv baxışın formalaşması baxımından böyük əhəmiyyət daşıyır. Qeyd olunub ki, ərəb mənbələrində “Arran” kimi təqdim edilən Qafqaz Albaniyası Azərbaycanın qədim tarixinə dair mühüm mərhələni təşkil edir. Bu dövlətin tarixi, etnik tərkibi və dini xüsusiyyətləri Azərbaycanın qədim və orta əsr tarixi ilə sıx bağlıdır. Onun öyrənilməsi milli-mədəni kimliyimizin dərin köklərini anlamağa kömək edir.

Tarixi saxtalaşdırmalara qarşı elmi əsasların yaradılması da bu istiqamətdə mühüm rol oynayır. Ermənistan tarixşünaslığı və bəzi Qərb müəllifləri Qafqaz Albaniyasının mirasını erməni tarixi kimi təqdim etməyə çalışırlar. Xüsusilə Alban kilsəsinin tarixi ilə bağlı aparılan saxta təbliğat buna nümunədir. Tarixşünaslıq bu iddialara qarşı elmi əsaslarla cavab verməyə imkan yaradır.

Daha sonra institutun Atropatena və Qafqaz Albaniyası tarixi şöbəsinin müdiri tarix elmləri doktoru Ramil Ağayev “Ərəbdilli mənbələrdə Arranın hüdudları haqqında” mövzusunda geniş elmi məruzə ilə çıxış edib. O vurğulayıb ki, həm Sasanilər, həm də Ərəb xilafəti dövründə “Azərbaycan” və “Arran” tarixi-coğrafi anlayışlarının mahiyyəti və onların hüdudlarının müəyyənləşdirilməsinə ehtiyac var. Bu istiqamətdə indiyə qədər söylənilən fikirlərin yeni faktlarla zənginləşdirilməsi zəruridir: “Təəssüf ki, Azərbaycanın qədim və erkən orta əsrlər tarixi ilə məşğul olan tədqiqatçılar çox zaman yalnız istinad etdikləri mənbələrin materiallarına üstünlük verərək, həmin məlumatları dövrün digər sinxron yazılı qaynaqları ilə müqayisə etməyiblər”.

Ərəb müəlliflərinin əsərlərinə istinad edən məruzəçi bildirib ki, onlar Azərbaycan ərazilərini əsasən iki böyük coğrafi anlayış – “Azərbaycan” və “Arran” şəklində təqdim ediblər. Bununla belə, bəzi ərəb mənbələrində bu ərazilər vahid ölkə kimi təqdim edilərək “Azərbaycan” adı ilə qeyd olunub. IX–X əsrlərdə yaşamış bəzi ərəbdilli müəlliflər isə ümumiyyətlə “Arran” anlayışından istifadə etməyərək, yalnız “Azərbaycan” coğrafi adını işlədiblər.

Seminar mövzu ətrafında aparılan müzakirələrlə davam edib.

Qeyd edək ki, elmi seminar institutun fəlsəfə doktoru hazırlığı üzrə təhsil alan doktorantlarının iştirakı ilə master-klas formatında təşkil olunub.

Aydan Ələkbərova

Xəbər Lenti

Kemal Sunalı o canlandıracaq23.05.2025 - 19:35
Xəzər Universitetinin məzunu Aygül İsayeva “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub - FOTO23.05.2025 - 18:12
Qabiliyyət imtahanları üçün nəzarətçilər və rəhbərlərə təlimlərin keçirilir23.05.2025 - 17:48
SDU-da beynəlxalq elmi konfrans keçirilib23.05.2025 - 17:12
AzMİU doktoranturaya sənəd qəbulu elan edir23.05.2025 - 16:59
ADNSU “QS Stars”da 5 ulduzla qiymətləndirilib23.05.2025 - 16:45
Sertifikaya imtahanı verəcək müəllimlərin NƏZƏRİNƏ23.05.2025 - 16:33
Sertifikasiyanın sınaq imtahanı keçiriləcək23.05.2025 - 16:21
AMEA doktoranturaya sənəd qəbulu elan edir23.05.2025 - 16:11
LDU-da elmi infosessiya keçirilib - FOTO23.05.2025 - 16:00
Bağçalara qeydiyyat dayandırılır23.05.2025 - 15:50
Müəllimlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə sınaq imtahanı keçirilir23.05.2025 - 15:40
“Kitabxana-informasiya texnologiyalarının inkişafında müasir tendensiyalar” - konfrans23.05.2025 - 15:30
Ali məktəb tələbələri arasında III Respublika Olimpiadasının qalibləri mükafatlandırılıb - FOTO23.05.2025 - 15:20
AzMİU-da “İxtisasını tanıt” layihəsi çərçivəsində sərgi açılıb - FOTO23.05.2025 - 15:10
“1905-1906-cı illərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qırğınların siyasi nəticələri” - dəyirmi masa23.05.2025 - 15:00
AzMİU-da tələbələr üçün tam təqaüdlü “CODEX” IT Akademiya fəaliyyətə başladı - FOTO23.05.2025 - 14:50
Elm və təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb - FOTO23.05.2025 - 14:40
Azərbaycan tarixinin və zəngin mədəni irsinin təbliğinə töhfə23.05.2025 - 14:30
Qloballaşan təhsil siyasətinə baxış: sərt faktlarla yumşaq idarəetmə və bilik iqtisadiyyatı - seminar23.05.2025 - 14:20
Süni intellekt dövründə karyera planlaması – təlim23.05.2025 - 14:10
UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub - FOTO23.05.2025 - 14:00
UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub - FOTO23.05.2025 - 14:00
BDU-da Vətən müharibəsinə həsr olunmuş bədii əsərlərin nəşri ilə bağlı təhlillər aparılır - FOTO23.05.2025 - 13:50
BMU-da Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı keçirilir - FOTO23.05.2025 - 13:40
BSU-nun rektoru XII Beynəlxalq Asiya Konqresinin açılışında çıxış edib - FOTO23.05.2025 - 13:30
BDU-da Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Nail Orucovun xatirəsi anılıb - FOTO23.05.2025 - 13:20
Audiovizual Şura BDU tələbələri üçün növbəti seminar təşkil edib - FOTO23.05.2025 - 13:10
“Azərbaycan dilinin böyük frazeoloji lüğəti”nin II cildi çap olunub23.05.2025 - 13:00
Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb - FOTO23.05.2025 - 12:50
Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb - FOTO23.05.2025 - 12:50
BDU tələbələri DAAD-ın təqaüd proqramları barədə məlumatlandırılıblar - FOTO23.05.2025 - 12:40
Doktor Cavad Heyətin elmi yaradıcılığına həsr olunmuş monoqrafik kitab çapdan çıxıb - FOTO23.05.2025 - 12:30
“Cümhuriyyət maarifçiliyi və müstəqil Azərbaycanın təhsil yolu” mövzusunda tədbir keçirilib - FOTO23.05.2025 - 12:20
“Gənc psixometrik” təcrübə proqramı çərçivəsində iştirakçılarla təlimlər davam etdirilir23.05.2025 - 12:10
“Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”nın təqdimatı keçirilib23.05.2025 - 12:00
“Yüksəliş” müsabiqəsi beynəlxalq səviyyədə mühüm uğura imza atıb23.05.2025 - 11:50
Məleykə Abbaszadə: Təhsil ekspertlərini imtahanın qiymətləndirilməsi prosesində iştiraka dəvət edirik23.05.2025 - 11:40
BDU tələbələri Şamaxı və Qobustanda çöl-tədris təcrübəsində olublar - FOTO23.05.2025 - 11:30
BANM-in MBA məzunu “Özbəkneftqaz”ın Biznesin İnkişafı Departamentinin rəhbəridir - FOTO23.05.2025 - 11:20
BANM tələbələri AIRO 2025 olimpiadasının ilk üçlüyündə yer alıb23.05.2025 - 11:10
BDU-da Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii təqdimat23.05.2025 - 11:00
AMEA-da “Yaşıl dünya, süni intellekt və müasir reallıqlar” mövzusunda elmi-praktik konfrans keçirilib23.05.2025 - 10:50
“Kiçik Akademiya”ların fəaliyyəti genişləndirilir23.05.2025 - 10:40
Bakıda məktəb direktoru icra başçısına müavin təyin edildi23.05.2025 - 10:30
“Startup School 3” layihəsi ADNSU-da təqdim olundu23.05.2025 - 10:20
Sabahın hava proqnozu açıqlanıb23.05.2025 - 10:10
Elm və təhsil komitəsinin sədri məktəblilərlə görüşəcək23.05.2025 - 10:00