Təhsil 365 - Logo Mobile

Məşğulluq Strategiyasının icrası ilə bağlı monitorinqin nəticələri müzakirə edilib - FOTO

8823.05.2025 - 06:30
Məşğulluq Strategiyasının icrası ilə bağlı monitorinqin nəticələri müzakirə edilib - FOTO

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üzrə Tədbirlər Planı”nın icrasının 2024-cü il üzrə monitorinq nəticələri müzakirə edilib.

“Tehsil365” xəbər verir ki, mərkəzin icraçı direktoru Vüsal Qasımlı məşğulluğun təminatının dayanıqlı iqtisadi inkişafın dəstəklənməsində önəmli rolunu vurğulayıb. O, son illərdə Məşğulluq Strategiyasının prioritetlərinə uyğun olaraq əmək bazarı və məşğulluq sahəsində mühüm işlər görüldüyünü diqqətə çatdırıb. İİTKM-nin icraçı direktoru Strategiya çərçivəsində müəyyən edilmiş əsas hədəf göstəricilərin ölkədə əmək məhsuldarlığının yüksəldilməsinə, həmçinin müasir və rəqabətqabiliyyətli əmək bazarının yaradılmasına xidmət etdiyini vurğulayıb. O, müasir texnoloji transformasiyalar, demoqrafik dəyişikliklər və süni intellekt kimi innovativ amillərin əmək bazarının strukturuna təsirini xüsusi qeyd edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Məşğulluq Strategiyasına uyğun olaraq aktiv məşğulluq proqramlarının icrası və genişləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlərinin elektronlaşdırılması sahəsində son illər geniş proqramın icra olunduğunu, əmək və məşğulluq sahəsində də rəqəmsal xidmətlərin istifadəyə verildiyini, “Əmək və Məşğulluq” altsisteminin əmək bazarı iştirakçıları üçün önəmini qeyd edib. Nazir müavini Strategiya çərçivəsində sosial rifahın artırılması və məşğulluq imkanlarının genişləndirilməsi, həssas qrupların əmək bazarına çıxışının dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlərin ölkədə əmək bazarının dayanıqlılığını və inklüzivliyini təmin etmək məqsədi daşıdığını bildirib.  

Daha sonra İİTKM-in İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üzrə Tədbirlər Planı çərçivəsində 2024-cü il üzrə monitorinq nəticələrini təqdim edib. Müəyyən edilmiş prioritetlərə uyğun olaraq həyata keçirilən ən mühüm layihələr, müzakirəsi vacib məsələlər diqqətə çatdırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Elm və Təhsil Nazirliyinin məsul şəxsləri təqdimatdan sonra müzakirə olunan məsələlərlə bağlı icrası davam edən və görüləcək tədbirlər barədə məlumat veriblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsinə dair 30 oktyabr 2018-ci il tarixli Sərəncamına əsasən, Məşğulluq Strategiyasının həyata keçirilməsi ilə bağlı tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsini İİTKM həyata keçirir.

Aydan Ələkbərova

Xəbər Lenti

SDU-da beynəlxalq elmi konfrans keçirilib23.05.2025 - 17:12
AzMİU doktoranturaya sənəd qəbulu elan edir23.05.2025 - 16:59
ADNSU “QS Stars”da 5 ulduzla qiymətləndirilib23.05.2025 - 16:45
Sertifikaya imtahanı verəcək müəllimlərin NƏZƏRİNƏ23.05.2025 - 16:33
Sertifikasiyanın sınaq imtahanı keçiriləcək23.05.2025 - 16:21
AMEA doktoranturaya sənəd qəbulu elan edir23.05.2025 - 16:11
LDU-da elmi infosessiya keçirilib - FOTO23.05.2025 - 16:00
Bağçalara qeydiyyat dayandırılır23.05.2025 - 15:50
Müəllimlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə sınaq imtahanı keçirilir23.05.2025 - 15:40
“Kitabxana-informasiya texnologiyalarının inkişafında müasir tendensiyalar” - konfrans23.05.2025 - 15:30
Ali məktəb tələbələri arasında III Respublika Olimpiadasının qalibləri mükafatlandırılıb - FOTO23.05.2025 - 15:20
AzMİU-da “İxtisasını tanıt” layihəsi çərçivəsində sərgi açılıb - FOTO23.05.2025 - 15:10
“1905-1906-cı illərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qırğınların siyasi nəticələri” - dəyirmi masa23.05.2025 - 15:00
AzMİU-da tələbələr üçün tam təqaüdlü “CODEX” IT Akademiya fəaliyyətə başladı - FOTO23.05.2025 - 14:50
Elm və təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb - FOTO23.05.2025 - 14:40
Azərbaycan tarixinin və zəngin mədəni irsinin təbliğinə töhfə23.05.2025 - 14:30
Qloballaşan təhsil siyasətinə baxış: sərt faktlarla yumşaq idarəetmə və bilik iqtisadiyyatı - seminar23.05.2025 - 14:20
Süni intellekt dövründə karyera planlaması – təlim23.05.2025 - 14:10
UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub - FOTO23.05.2025 - 14:00
UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub - FOTO23.05.2025 - 14:00
BDU-da Vətən müharibəsinə həsr olunmuş bədii əsərlərin nəşri ilə bağlı təhlillər aparılır - FOTO23.05.2025 - 13:50
BMU-da Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı keçirilir - FOTO23.05.2025 - 13:40
BSU-nun rektoru XII Beynəlxalq Asiya Konqresinin açılışında çıxış edib - FOTO23.05.2025 - 13:30
BDU-da Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Nail Orucovun xatirəsi anılıb - FOTO23.05.2025 - 13:20
Audiovizual Şura BDU tələbələri üçün növbəti seminar təşkil edib - FOTO23.05.2025 - 13:10
“Azərbaycan dilinin böyük frazeoloji lüğəti”nin II cildi çap olunub23.05.2025 - 13:00
Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb - FOTO23.05.2025 - 12:50
Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb - FOTO23.05.2025 - 12:50
BDU tələbələri DAAD-ın təqaüd proqramları barədə məlumatlandırılıblar - FOTO23.05.2025 - 12:40
Doktor Cavad Heyətin elmi yaradıcılığına həsr olunmuş monoqrafik kitab çapdan çıxıb - FOTO23.05.2025 - 12:30
“Cümhuriyyət maarifçiliyi və müstəqil Azərbaycanın təhsil yolu” mövzusunda tədbir keçirilib - FOTO23.05.2025 - 12:20
“Gənc psixometrik” təcrübə proqramı çərçivəsində iştirakçılarla təlimlər davam etdirilir23.05.2025 - 12:10
“Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”nın təqdimatı keçirilib23.05.2025 - 12:00
“Yüksəliş” müsabiqəsi beynəlxalq səviyyədə mühüm uğura imza atıb23.05.2025 - 11:50
Məleykə Abbaszadə: Təhsil ekspertlərini imtahanın qiymətləndirilməsi prosesində iştiraka dəvət edirik23.05.2025 - 11:40
BDU tələbələri Şamaxı və Qobustanda çöl-tədris təcrübəsində olublar - FOTO23.05.2025 - 11:30
BANM-in MBA məzunu “Özbəkneftqaz”ın Biznesin İnkişafı Departamentinin rəhbəridir - FOTO23.05.2025 - 11:20
BANM tələbələri AIRO 2025 olimpiadasının ilk üçlüyündə yer alıb23.05.2025 - 11:10
BDU-da Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii təqdimat23.05.2025 - 11:00
AMEA-da “Yaşıl dünya, süni intellekt və müasir reallıqlar” mövzusunda elmi-praktik konfrans keçirilib23.05.2025 - 10:50
“Kiçik Akademiya”ların fəaliyyəti genişləndirilir23.05.2025 - 10:40
Bakıda məktəb direktoru icra başçısına müavin təyin edildi23.05.2025 - 10:30
“Startup School 3” layihəsi ADNSU-da təqdim olundu23.05.2025 - 10:20
Sabahın hava proqnozu açıqlanıb23.05.2025 - 10:10
Elm və təhsil komitəsinin sədri məktəblilərlə görüşəcək23.05.2025 - 10:00
İmtahanla bağlı apellyasiya müraciətlərinin qəbulu məhdudlaşdırılacaq23.05.2025 - 09:50
UNEC-də Biznes, İnnovasiya, Rəqəmsal İnkubasiya və Müxtəliflik Forumu keçirilib23.05.2025 - 09:40
Bu gün IX sinif imtahanın nəticələri açıqlanacaq - RƏSMİ23.05.2025 - 09:30