"Ötən ildən etibarən tələbə qəbulu aparılan Qarabağ Universiteti 2025-ci ildə bu təhsil müəssisəsi üzrə qəbul planının 28.5% artırılaraq 1440 yerə çatdırılmasının regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib".
“Tehsil365” xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə media nümayəndələri üçün təşkil edilən konfransda qeyd edib.
2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu planı haqqında məlumat verən sədr ümumilikdə 60489 plan yerinin ayrıldığını qeyd edib:
"Cədvəldən də göründüyü kimi, ötən illə müqayisədə plan yerləri 2.21% (1309 yer) artırılıb".