"Bu il I ixtisas qrupu üzrə 455 yer, II ixtisas qrupu üzrə 385, III ixtisas qrupu üzrə 124 və IV ixtisas qrupu üzrə isə 114 plan yerləri artırılıb".
“Tehsil365” xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə media nümayəndələri üçün təşkil edilən konfransda qeyd edib.
"Qeyd edim ki, bu plan yeri ümumilikdə 1309 yer təşkil edir. Həmçinin onu da bildirmək istəyirəm ki, bu mülki ali məktəblərə qəbul plan yerləri haqqında məlumatdır".