İmtahan nəticələrinin yoxlanılması ilə bağlı süni intelektin elementlərindən istifadə olunur.
“Tehsil365” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, hər işdə süni intelektin tətbiqi mümkün deyil:
“Bu məsələdə addım-addım irəliləyirik. Müəyyən proseslərdə süni intelekt istifadə edilir, amma yoxlama prosesində yalnız süni intelektin tətbiqi barədə danışmaq tezdir”.
DİM sədri eyni zamanda təhsil ekpertlərini qiymətləndirmə prosesində iştirak etməyə dəvət edib:
"Qiymətləndirmə prosesində minlərlə müəllim iştirak edir, hər sualı 2 ekspert, bir yazı işini 20 nəfər yoxlayır. İki müəllimin qiyməti üst-üstə düşməyəndə yenidən yoxlanılır. Ümumilikdə proses çox mürəkəbdir. Bununla bağlı mediatur təşkil edəndə cəmi 2 ekspert gəlmişdi. Çünki onlar feysbukda çox məşğuldur”.