Bakı Ali Neft Məktəbinin (BANM) 2-ci kurs tələbələri – informasiya təhlükəsizliyi ixtisasından Rəvan Poladlı və proseslərin avtomatlaşdırılması ixtisasından Zeynalxan Quliyev Azərbaycan Beynəlxalq Robototexnika Olimpiadasında (AIRO 2025) “Software Engineer” kateqoriyasında təqdim etdikləri layihə ilə 3-cü yerə layiq görülüblər.
BANM-dən “Tehsil365”ə bildirilib ki, komanda tərəfindən hazırlanan proqram təminatı təhsil texnologiyaları sahəsinə yönəlib və funksionallığı, texniki həlli ilə münsiflər tərəfindən yüksək qiymətləndirilib.
AIRO 2025 yarışması robototexnika, mühəndislik və proqramlaşdırma sahələrində fəaliyyət göstərən gəncləri bir araya gətirib. Yarışma “Mega Sumo”, “Mini Sumo”, “Lego Sumo”, “Lego Line”, “Line Follower”, “Robotic Startup” və “Software Engineer” kateqoriyalarını əhatə edib.