Təhsil 365 - Logo Mobile

“Yüksəliş” müsabiqəsi beynəlxalq səviyyədə mühüm uğura imza atıb

9323.05.2025 - 11:50
“Yüksəliş” müsabiqəsi beynəlxalq səviyyədə mühüm uğura imza atıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Kadr Ehtiyatı Bankının formalaşdırılması üçün yaradılmış innovativ layihə olan “Yüksəliş” müsabiqəsi 2025-ci il "Beynəlxalq e-Assessment Mükafatları" müsabiqəsində finalçı elan olunaraq beynəlxalq səviyyədə mühüm uğura imza atıb.

Müsabiqənin təşkilat komitəsindən “Tehsil365”ə bildirilib ki, “Beynəlxalq e-Assessment Mükafatları” (International e-Assessment Awards) 2008-ci ildən etibarən hər il keçirilir. Bu mükafatlar “e-Assessment Association” (eAA) tərəfindən təşkil edilir və təhsil, peşəkar sertifikatlaşdırma və iş yerində təlim sahələrində texnologiyanın qiymətləndirmə proseslərinə gətirdiyi yenilikləri və ən yaxşı təcrübələri tanıyır. Nüfuzlu "e-Assessment Association" tərəfindən təşkil olunan bu müsabiqə qiymətləndirmə sahəsində innovasiya, şəffaflıq və effektivliyi təşviq edən qabaqcıl təşəbbüsləri tanımaq məqsədi daşıyır. “Yüksəliş” müsabiqəsinin bu siyahıda yer alması tətbiq olunan qiymətləndirmə modelinin və idarəolunma mexanizmlərinin beynəlxalq standartlara cavab verdiyini bir daha nümayiş etdirir.

"e-Assessment Awards" müsabiqəsinin əsas məqsədi şəffaf və obyektiv seçim mexanizmi vasitəsilə istedadlı şəxsləri aşkar etmək, onların liderlik potensialını üzə çıxarmaq və inkişaf yolunda dəstək göstərməkdir. Nəzərinizə çatdıraq ki, “e-Assessment Awards” yarışında fərqli illərdə “Kaplan International”, “British Council”, “Duolingo”, “Pearson”, “Excelsoft Technologies” və qiymətləndirmə sahəsində fəaliyyət göstərən digər böyük şirkətlər finalçı və qalib adını qazanıblar. Bu əhəmiyyətli müsabiqədə finalçı statusu Azərbaycanın, ilk növbədə, kadr potensialının inkişafına, innovativ layihələrə verdiyi dəyərin və ölkədə tətbiq olunan yeni nəsil yanaşmaların dünya miqyasında tanındığını göstərir. Müsabiqənin beynəlxalq platformalarda bu cür uğur qazanması isə gələcək inkişaf istiqamətləri üçün yeni imkanların qapısını açır. Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib: “Bu uğur Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamı icra etmək məqsədilə “Yüksəliş” müsabiqəsi tərəfindən yaradılan Kadr Ehtiyat Bankına daha peşəkar mütəxəssislərin cəlb edilməsi yolunda atılan əhəmiyyətli addımdır.”

Xatırladaq ki, 2025-ci ildə mükafat 13 kateqoriya üzrə təqdim olunacaq. Növbəti mərhələdə isə artıq hər kateqoriya üzrə qaliblər elan ediləcək.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

Aydan Ələkbərova

Xəbər Lenti

"Azərbaycanda boşanmalar tarixdə görünməmiş səviyyəyə çatıb" – Üzeyir Şəfiyev13.12.2025 - 12:30
Süni intellektin gizli təhlükəsi13.12.2025 - 12:14
Azərbaycan ICCROM Baş Assambleyasının 34-cü sessiyasında təmsil olunub13.12.2025 - 12:00
Çingiz Aytmatovun bu əsəri Azərbaycan dilinə səhv tərçümə olunub13.12.2025 - 11:45
Çində müstəqil məktəblərin məzunları yüksək nəticələr göstərir13.12.2025 - 11:30
DİM köməkçi vasitələrlə imtahana girən abituriyentlər məsələsinə münasibət bildirdi13.12.2025 - 11:10
Ömrü uzadan maddə tapılıb13.12.2025 - 10:55
ABŞ-də məktəblərdə psixi sağlamlıq proqramlarına əlavə maliyyə ayrılıb13.12.2025 - 10:40
Həftə sonunun hava proqnozu açıqlanıb13.12.2025 - 10:20
Bu məktəblər maliyyə çətinlikləri ilə üzləşir13.12.2025 - 10:05
“Ədibin Evi” müsabiqə iştirakçılarına müraciət edib13.12.2025 - 09:55
Azərbaycanlı alimlərin süni intellektlə bağlı tədqiqatı yüksək qiymətləndirilib13.12.2025 - 09:40
Hazırki kurikulum uşaqlara ağırdır, yoxsa lazımlıdır?13.12.2025 - 09:25
Qəbul imtahanında fənlər üzrə limit yoxdur13.12.2025 - 09:10
Ümumi təhsildə keyfiyyətə doğru birgə addımlar atılması üçün görüş keçirilib 13.12.2025 - 08:59
Hindistan hökuməti ali təhsildə vahid tənzimləyici orqanın yaradılmasını təsdiqlədi13.12.2025 - 08:46
Böyük Britaniyanın immiqrasiya siyasəti Hindistan iş vizalarını 67% azaldıb13.12.2025 - 08:33
UPSC əlilliyi olan namizədlərə "seçim mərkəzi" imkanı yaradır13.12.2025 - 08:20
Mossbourne məktəbində davranış icmalı Ofsted üçün suallar doğurur13.12.2025 - 08:07
TəhsilPlus kartları artıq sifariş edilib13.12.2025 - 07:56
Ofsted maliyyələşməni diqqətlə yoxlamalıdır13.12.2025 - 07:54
"Miladdan əvvəlki kabus": Onlarla pulsuz məktəb layihəsi ləğv edildi13.12.2025 - 07:41
Cənubi Koreyada imtahan rəhbəri çətinliklə bağlı tənqidlərə görə istefa verdi13.12.2025 - 07:28
N. Əliyev adına Maşxan kənd tam orta məktəbinə ağır itki üz vermişdir13.12.2025 - 07:15
Ülvi Rəşid “ABŞ-Azərbaycan İnnovasiya Körpüsünün Qurulması” nominasiyası üzrə Baku ID Nexus Mükafatına layiq görülüb13.12.2025 - 07:02
Bakı şəhərində "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda konfrans keçiriləcək13.12.2025 - 06:49
Bakı Musiqi Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirildi13.12.2025 - 06:36
Astara şəhərində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib13.12.2025 - 06:23
Astara şəhərində Heydər Əliyevin "Anım Günü"nə həsr olunmuş bilik yarışması keçirildi13.12.2025 - 06:10
Astara şəhərində “Gənclərin DİN sistemi üzrə təhsilə və xidmətə təşviq edilməsi” mövzusunda görüş keçirildi13.12.2025 - 05:57
Zaqafqaziya Sovet Sosialist Federativ Respublikasının yaranmasından 101 il ötür13.12.2025 - 05:44
Azərbaycanın Milli Qəhrəmanı Nofəl Quliyev anılır13.12.2025 - 05:31
Şərqşünas alim Saleh Əliyevin doğum günüdür13.12.2025 - 05:18
Əməkdar memar Abbas Ələsgərovun doğum günüdür13.12.2025 - 05:05
Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi – Vidadi Nərimanbəyov13.12.2025 - 04:52
Azərbaycan musiqisinin tanınmış siması – Adil Gəray13.12.2025 - 04:39
Tahir İmanov – Azərbaycan komediyasının tanınmış siması13.12.2025 - 04:26
Nərgiz Paşayeva – Elmin və təhsilin ziyalı siması13.12.2025 - 04:13
1909-cu il: "Şeyx Sənan" operasının premyerası13.12.2025 - 04:00
BMU-da Ulu Öndərin anım günü ilə bağlı açıq dərslər keçirilib12.12.2025 - 19:56
Heydər Əliyev irsinin mediada təbliği təcrübəsi12.12.2025 - 19:45
MEK dövlətçiliyə dair nəşrlərin virtual sərgisini davam etdirir12.12.2025 - 19:30
Aşqarlar Kimyası İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb12.12.2025 - 19:24
“Qarabağ və Şərqi Zəngəzur. Geologiya və mineral resurslar” ikicildliyi nəşr olunub12.12.2025 - 19:15
Yaxın zamanlarda "TəhsilPlus" kartları müəllimlərə paylanılacaq12.12.2025 - 19:00
Turizm və Menecment Universitetində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib12.12.2025 - 18:54
Əqli Mülkiyyət Agentliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib12.12.2025 - 18:45
AMEA-nın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib12.12.2025 - 18:30