Təhsil 365 - Logo Mobile

Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb - FOTO

8723.05.2025 - 12:50
Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb - FOTO

Azərbaycan Universitetinin təşkilatçılığı və ev sahibliyi ilə 2-ci “Sosial iş və sosial tədqiqat” (Social Work & Social Research) beynəlxalq konfransı işə başlayıb.

Universitetdən “Tehsil365”ə bildirilib ki, “Konstitusiya və Suverenlik İli”nə həsr olunan, Sosial Tədqiqatlar Mərkəzi, Türkiyənin Fırat Universiteti və Rəcəb Tayyib Ərdoğan Universitetinin tərəfdaşlığı ilə keçirilən konfransın məqsədi sosial iş təhsili və sosial siyasət sahəsindəki aktual məsələlərin müzakirə olunması, əhalinin müxtəlif kateqoriyalarının sosial və psixoloji səviyyəsinin yüksəldilməsinə yönəlmiş müasir texnologiyaların hazırlanması və tətbiqi sahəsində təcrübə mübadiləsinin aparılmasıdır.

Tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar.

Konfransın əvvəlində Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva açaraq Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu sosial inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini qeyd edib, Birinci vitse-prezident Mehriban Əliyevanın öz çoxşaxəli fəaliyyəti ilə bu sahəyə mühüm töhfələr verdiyini diqqətə çatdırıb.

Rektor bildirib ki, ali təhsil müəssisələrinin üzərinə bu sahədə peşəkar kadrların hazırlanması kimi məsuliyyətli vəzifə düşür. Azərbaycan Universitetində 2009-cu ildən başlayaraq sosial iş sahəsində mütəxəssis hazırlığı həyata keçirilir. Azərbaycan Universitetində sosial iş ixtisasının tədrisi, əldə olunan uğurlar və universitetin bu istiqamətdəki hədəflərindən də bəhs edən Səadət Əliyeva bildirib ki, universitet kadr hazırlığı ilə kifayətlənmir, həm də bu sahənin müxtəlif problem və məsələlərini elmi cəhətdən araşdırır. 2023-cü ildə “Sosial iş və sosial tədqiqat” beynəlxalq konfransının birincisi keçirilib və konfransda qəbul edilən qərarların icrası təmin edilib.

Azərbaycan Universitetinin rektoru qeyd edib ki, mövzusu olduqca spesifik olan konfransa maraq böyük olub. Məruzəçi kimi iştirak etmək üçün 20-dən çox ölkədən müraciət daxil olub və 100-ə yaxın məruzə qəbul edilib. Səadət Əliyeva çıxışında konfransın işinin səmərəli və məhsuldar olacağına, iki gün davam edəcək müzakirələrin elm və təhsil sahəsinin inkişafına əhəmiyyətli töhfə verəcəyinə əminliyini də ifadə edib.

Daha sonra Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Turxan Süleyman, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Tural Əhmədov, Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Vüqar Ağayev, Rumıniyanın Alexandru Yoan Kuza Universitetinin professoru Stefan Kojukaru çıxış edərək konfransın mövzusunun təsadüfi seçilmədiyini qeyd edib, müzakirə olunacaq mövzuların aktuallığını və əhəmiyyətini vurğulayıblar.

Plenar iclasda Birləşmiş Krallığın Nottinqham Universitetinin professoru Yasuhiro Kotera (Feeling well across cultures: CROss-cultural WellNess) və Rumıniyanın Alexandru Yoan Kuza Universitetinin professoru Stefan Kojukarunun (Appreciative approach in social work) məruzələri dinlənilib.

Plenar iclasa Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov sədrlik edib.

Konfransın işi gün ərzində bölmə iclaslarında davam edib.

“Beynəlxalq konfrans işini sabah yekunlaşdıracaq. Bazar günü isə tədbirin xarici iştirakçılarının Bakı şəhərinin tarixi mərkəzinə və Qobustana ekskursiyası təşkil olunacaq.

Aydan Ələkbərova

Xəbər Lenti

Kemal Sunalı o canlandıracaq23.05.2025 - 19:35
Xəzər Universitetinin məzunu Aygül İsayeva “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub - FOTO23.05.2025 - 18:12
Qabiliyyət imtahanları üçün nəzarətçilər və rəhbərlərə təlimlərin keçirilir23.05.2025 - 17:48
SDU-da beynəlxalq elmi konfrans keçirilib23.05.2025 - 17:12
AzMİU doktoranturaya sənəd qəbulu elan edir23.05.2025 - 16:59
ADNSU “QS Stars”da 5 ulduzla qiymətləndirilib23.05.2025 - 16:45
Sertifikaya imtahanı verəcək müəllimlərin NƏZƏRİNƏ23.05.2025 - 16:33
Sertifikasiyanın sınaq imtahanı keçiriləcək23.05.2025 - 16:21
AMEA doktoranturaya sənəd qəbulu elan edir23.05.2025 - 16:11
LDU-da elmi infosessiya keçirilib - FOTO23.05.2025 - 16:00
Bağçalara qeydiyyat dayandırılır23.05.2025 - 15:50
Müəllimlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə sınaq imtahanı keçirilir23.05.2025 - 15:40
“Kitabxana-informasiya texnologiyalarının inkişafında müasir tendensiyalar” - konfrans23.05.2025 - 15:30
Ali məktəb tələbələri arasında III Respublika Olimpiadasının qalibləri mükafatlandırılıb - FOTO23.05.2025 - 15:20
AzMİU-da “İxtisasını tanıt” layihəsi çərçivəsində sərgi açılıb - FOTO23.05.2025 - 15:10
“1905-1906-cı illərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qırğınların siyasi nəticələri” - dəyirmi masa23.05.2025 - 15:00
AzMİU-da tələbələr üçün tam təqaüdlü “CODEX” IT Akademiya fəaliyyətə başladı - FOTO23.05.2025 - 14:50
Elm və təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb - FOTO23.05.2025 - 14:40
Azərbaycan tarixinin və zəngin mədəni irsinin təbliğinə töhfə23.05.2025 - 14:30
Qloballaşan təhsil siyasətinə baxış: sərt faktlarla yumşaq idarəetmə və bilik iqtisadiyyatı - seminar23.05.2025 - 14:20
Süni intellekt dövründə karyera planlaması – təlim23.05.2025 - 14:10
UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub - FOTO23.05.2025 - 14:00
UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub - FOTO23.05.2025 - 14:00
BDU-da Vətən müharibəsinə həsr olunmuş bədii əsərlərin nəşri ilə bağlı təhlillər aparılır - FOTO23.05.2025 - 13:50
BMU-da Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı keçirilir - FOTO23.05.2025 - 13:40
BSU-nun rektoru XII Beynəlxalq Asiya Konqresinin açılışında çıxış edib - FOTO23.05.2025 - 13:30
BDU-da Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Nail Orucovun xatirəsi anılıb - FOTO23.05.2025 - 13:20
Audiovizual Şura BDU tələbələri üçün növbəti seminar təşkil edib - FOTO23.05.2025 - 13:10
“Azərbaycan dilinin böyük frazeoloji lüğəti”nin II cildi çap olunub23.05.2025 - 13:00
Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb - FOTO23.05.2025 - 12:50
BDU tələbələri DAAD-ın təqaüd proqramları barədə məlumatlandırılıblar - FOTO23.05.2025 - 12:40
Doktor Cavad Heyətin elmi yaradıcılığına həsr olunmuş monoqrafik kitab çapdan çıxıb - FOTO23.05.2025 - 12:30
“Cümhuriyyət maarifçiliyi və müstəqil Azərbaycanın təhsil yolu” mövzusunda tədbir keçirilib - FOTO23.05.2025 - 12:20
“Gənc psixometrik” təcrübə proqramı çərçivəsində iştirakçılarla təlimlər davam etdirilir23.05.2025 - 12:10
“Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”nın təqdimatı keçirilib23.05.2025 - 12:00
“Yüksəliş” müsabiqəsi beynəlxalq səviyyədə mühüm uğura imza atıb23.05.2025 - 11:50
Məleykə Abbaszadə: Təhsil ekspertlərini imtahanın qiymətləndirilməsi prosesində iştiraka dəvət edirik23.05.2025 - 11:40
BDU tələbələri Şamaxı və Qobustanda çöl-tədris təcrübəsində olublar - FOTO23.05.2025 - 11:30
BANM-in MBA məzunu “Özbəkneftqaz”ın Biznesin İnkişafı Departamentinin rəhbəridir - FOTO23.05.2025 - 11:20
BANM tələbələri AIRO 2025 olimpiadasının ilk üçlüyündə yer alıb23.05.2025 - 11:10
BDU-da Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii təqdimat23.05.2025 - 11:00
AMEA-da “Yaşıl dünya, süni intellekt və müasir reallıqlar” mövzusunda elmi-praktik konfrans keçirilib23.05.2025 - 10:50
“Kiçik Akademiya”ların fəaliyyəti genişləndirilir23.05.2025 - 10:40
Bakıda məktəb direktoru icra başçısına müavin təyin edildi23.05.2025 - 10:30
“Startup School 3” layihəsi ADNSU-da təqdim olundu23.05.2025 - 10:20
Sabahın hava proqnozu açıqlanıb23.05.2025 - 10:10
Elm və təhsil komitəsinin sədri məktəblilərlə görüşəcək23.05.2025 - 10:00