Təhsil 365 - Logo Mobile

BDU-da Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Nail Orucovun xatirəsi anılıb - FOTO

5123.05.2025 - 13:20
BDU-da Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Nail Orucovun xatirəsi anılıb - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Nail Orucovun xatirəsinə həsr olunmuş “Biz səni yaşadacağıq!” adlı anım tədbiri keçirilib.

BDU-dan “Tehsil365”ə bildirilib ki, tədbirdə Sosial elmlər və psixologiya kafedrasının dekanı Rövşən Cavadov Vətən müharibəsində polkovnik-leytenant Nail Orucovun keçdiyi şanlı döyüş yolu haqqında məlumat verib. Qeyd edib ki, 2020-ci il oktyabrın 31-də Qubadlı döyüşləri zamanı şəhid olan polkovnik-leytenant Nail Orucov Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. BDU şəhid məzunlarının xatirəsini həmişə uca tutur, onların qəhrəmanlıqlarının tələbələrə aşılanması istiqamətində tədbirlər həyata keçirir. Həmçinin onların ailələrini daim diqqətdə saxlayır, dəstək göstərir.

Sosiologiya kafedrasının məsləhətçi professoru, Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun atası İzzət Rüstəmov ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman övladlarımızın həyat yolunun örnəyə çevrildiyini deyib, gəncləri Vətəni onlar kimi sevməyə, qorumağa səsləyib.

Şəhidin döyüş yoldaşı Zamiq Qasımov polkovnik-leytenant ilə bağlı xatirələrini bölüşüb, onun tabeliyində olan əsgərlərinə öz övladları kimi qayğı göstərdiyini, qəhrəmancasına həlak olduğunu qeyd edib.

BDU-nun Sosiologiya kafedrasının müdiri Rəfail Həsənov, kafedranın professoru Kazım Əzimov çıxışlarında gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün bu cür tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər.

Şəhidin övladları Nail Orucovun adını daim uca tutacaqlarına, atalarının yolunu şərəflə davam etdirərək, onun arzularını həyata keçirəcəklərinə söz veriblər. Şəhidin həyat yoldaşı Nigar Ağamalıyeva tədbirin keçirilməsinə görə BDU-nun və fakültənin rəhbərliyinə təşəkkür edib.

Sonda şəhidin həyatından bəhs edən videoçarx izlənilib.

Qeyd edək ki, Nigar Ağamalıyeva BDU-nun Filologiya fakültəsində II kursda qiyabi təhsil alır. BDU rektorunun əmri ilə o, Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrasında laborant vəzifəsinə təyin olunub.

Aydan Ələkbərova

Xəbər Lenti

Kemal Sunalı o canlandıracaq23.05.2025 - 19:35
Xəzər Universitetinin məzunu Aygül İsayeva “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub - FOTO23.05.2025 - 18:12
Qabiliyyət imtahanları üçün nəzarətçilər və rəhbərlərə təlimlərin keçirilir23.05.2025 - 17:48
SDU-da beynəlxalq elmi konfrans keçirilib23.05.2025 - 17:12
AzMİU doktoranturaya sənəd qəbulu elan edir23.05.2025 - 16:59
ADNSU “QS Stars”da 5 ulduzla qiymətləndirilib23.05.2025 - 16:45
Sertifikaya imtahanı verəcək müəllimlərin NƏZƏRİNƏ23.05.2025 - 16:33
Sertifikasiyanın sınaq imtahanı keçiriləcək23.05.2025 - 16:21
AMEA doktoranturaya sənəd qəbulu elan edir23.05.2025 - 16:11
LDU-da elmi infosessiya keçirilib - FOTO23.05.2025 - 16:00
Bağçalara qeydiyyat dayandırılır23.05.2025 - 15:50
Müəllimlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə sınaq imtahanı keçirilir23.05.2025 - 15:40
“Kitabxana-informasiya texnologiyalarının inkişafında müasir tendensiyalar” - konfrans23.05.2025 - 15:30
Ali məktəb tələbələri arasında III Respublika Olimpiadasının qalibləri mükafatlandırılıb - FOTO23.05.2025 - 15:20
AzMİU-da “İxtisasını tanıt” layihəsi çərçivəsində sərgi açılıb - FOTO23.05.2025 - 15:10
“1905-1906-cı illərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qırğınların siyasi nəticələri” - dəyirmi masa23.05.2025 - 15:00
AzMİU-da tələbələr üçün tam təqaüdlü “CODEX” IT Akademiya fəaliyyətə başladı - FOTO23.05.2025 - 14:50
Elm və təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb - FOTO23.05.2025 - 14:40
Azərbaycan tarixinin və zəngin mədəni irsinin təbliğinə töhfə23.05.2025 - 14:30
Qloballaşan təhsil siyasətinə baxış: sərt faktlarla yumşaq idarəetmə və bilik iqtisadiyyatı - seminar23.05.2025 - 14:20
Süni intellekt dövründə karyera planlaması – təlim23.05.2025 - 14:10
UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub - FOTO23.05.2025 - 14:00
UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub - FOTO23.05.2025 - 14:00
BDU-da Vətən müharibəsinə həsr olunmuş bədii əsərlərin nəşri ilə bağlı təhlillər aparılır - FOTO23.05.2025 - 13:50
BMU-da Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı keçirilir - FOTO23.05.2025 - 13:40
BSU-nun rektoru XII Beynəlxalq Asiya Konqresinin açılışında çıxış edib - FOTO23.05.2025 - 13:30
Audiovizual Şura BDU tələbələri üçün növbəti seminar təşkil edib - FOTO23.05.2025 - 13:10
“Azərbaycan dilinin böyük frazeoloji lüğəti”nin II cildi çap olunub23.05.2025 - 13:00
Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb - FOTO23.05.2025 - 12:50
Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb - FOTO23.05.2025 - 12:50
BDU tələbələri DAAD-ın təqaüd proqramları barədə məlumatlandırılıblar - FOTO23.05.2025 - 12:40
Doktor Cavad Heyətin elmi yaradıcılığına həsr olunmuş monoqrafik kitab çapdan çıxıb - FOTO23.05.2025 - 12:30
“Cümhuriyyət maarifçiliyi və müstəqil Azərbaycanın təhsil yolu” mövzusunda tədbir keçirilib - FOTO23.05.2025 - 12:20
“Gənc psixometrik” təcrübə proqramı çərçivəsində iştirakçılarla təlimlər davam etdirilir23.05.2025 - 12:10
“Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”nın təqdimatı keçirilib23.05.2025 - 12:00
“Yüksəliş” müsabiqəsi beynəlxalq səviyyədə mühüm uğura imza atıb23.05.2025 - 11:50
Məleykə Abbaszadə: Təhsil ekspertlərini imtahanın qiymətləndirilməsi prosesində iştiraka dəvət edirik23.05.2025 - 11:40
BDU tələbələri Şamaxı və Qobustanda çöl-tədris təcrübəsində olublar - FOTO23.05.2025 - 11:30
BANM-in MBA məzunu “Özbəkneftqaz”ın Biznesin İnkişafı Departamentinin rəhbəridir - FOTO23.05.2025 - 11:20
BANM tələbələri AIRO 2025 olimpiadasının ilk üçlüyündə yer alıb23.05.2025 - 11:10
BDU-da Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii təqdimat23.05.2025 - 11:00
AMEA-da “Yaşıl dünya, süni intellekt və müasir reallıqlar” mövzusunda elmi-praktik konfrans keçirilib23.05.2025 - 10:50
“Kiçik Akademiya”ların fəaliyyəti genişləndirilir23.05.2025 - 10:40
Bakıda məktəb direktoru icra başçısına müavin təyin edildi23.05.2025 - 10:30
“Startup School 3” layihəsi ADNSU-da təqdim olundu23.05.2025 - 10:20
Sabahın hava proqnozu açıqlanıb23.05.2025 - 10:10
Elm və təhsil komitəsinin sədri məktəblilərlə görüşəcək23.05.2025 - 10:00