Təhsil 365 - Logo Mobile

Dövlət Vergi Xidməti və Qarabağ Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

8826.05.2025 - 08:00
Dövlət Vergi Xidməti və Qarabağ Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəhbərliyi Xankəndi şəhərinə səfər edib. Səfər çərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağ Universitetinin rektoru Şahin Bayramovla görüşüb.

Dövlət Vergi Xidmətindən “Tehsil365”ə bildirilib ki, görüşdə Qarabağ Universitetinin mənəvi əhəmiyyəti, təhsil sahəsində mühüm mövqeyi və vergi mədəniyyətinin yüksəldilməsində potensial rolu barədə fikirlərini bölüşən O.Nəzərli Dövlət Vergi Xidmətinin təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini vurğulayaraq, tədrisin cəmiyyətdə vergi orqanlarının real funksiyası barədə düzgün fikirlərin formalaşdırılmasında, biznes mühitində vergi öhdəliklərinə intizamı artırmaq və vergi ödəməyin sosial-iqtisadi əhəmiyyətini aşılamaq üçün bu biliklərin gənclərə və yeniyetmələrə düzgün çatdırılmasında əhəmiyyətini qeyd edib.

Sonra Dövlət Vergi Xidməti və Qarabağ Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənəddə təlim və elmi-tədqiqat sahələrində əməkdaşlığın qurulması, ortaq layihələrin həyata keçirilməsi, tələbələrin inkişafına yönəlmiş fəaliyyətlərin təşkili və qarşılıqlı faydalı əlaqələrin gücləndirilməsi nəzərdə tutulur. Memoranduma əsasən, tərəflər təcrübə və bilik mübadiləsi aparmaqla qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu və faydalı əməkdaşlığın qurulmasını təmin edəcəklər.

Görüş çərçivəsində DVX rəhbərliyi Qarabağ Universitetində yaradılmış müasir tədris infrastrukturu ilə tanış olub, müəllim və tələbə heyəti ilə görüşüb.

Universitetin rektoru Şahin Bayramov qonaqlara tələbələrin qəbulu ilə bağlı statistik göstəricilər barədə ətraflı məlumat verib. Rektor işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərməyin qürurundan bəhs edərək vurğulayıb ki, tarixi zəfərin qazanıldığı torpaqlarda dövlətçilik ideyalarına sadiq gənclərin yetişdirilməsi universitetin əsas prioritetlərindəndir. Ş.Bayramov Qarabağ Universitetinin tələbələrinin hələ birinci kursdan etibarən müxtəlif elmi konfranslarda, beynəlxalq layihələrdə uğurla iştirak etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, universitetin rəhbərliyi gənclərin regionun tələbatına uyğun yüksək ixtisaslı kadrlar kimi yetişdirilməsi istiqamətində Dövlət Vergi Xidmətinin timsalında müxtəlif təşkilat və qurumlarla faydalı əməkdaşlıqda maraqlıdır.

DVX-nin rəisi Orxan Nəzərli yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılmasında Qarabağ Universitetinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu tədris ocağının təsis edilməsi dövlətimizin işğaldan azad olunmuş ərazilərdə təhsilə dəstəyinin ifadəsidir. Bu addımlar bölgədə təhsil ənənələrinin bərpasına, gənclərin təhsilə olan marağının artmasına və regionun inkişafına təkan verir.

O.Nəzərli görüş iştirakçılarına ölkəmizdə vergi inzibatçılığının inkişaf prioritetləri, vergi orqanlarının fəaliyyəti, “Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə Strategiyası”, tədrisə yanaşmalar və peşəkar səriştələrin artırılması istiqamətində tədbirlər barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, cəmiyyətdə vergi intizamının yüksəldilməsində maarifləndirmə işinin mühüm rolu var və bu baxımdan, Qarabağ Universiteti ilə əməkdaşlıq müstəsna əhəmiyyət kəsb edir. Görüş iştirakçılarına, həmçinin, DVX-də təcrübə keçmək və işə qəbul imkanları barədə məlumat verilib. Vurğulanıb ki, bu imkanlar tələbələrin vergi sahəsində praktiki təcrübə qazanmasına, eləcə də gələcəkdə ixtisaslı kadr kimi formalaşmasına şərait yaradır. DVX bu istiqamətdə gənclərin inkişafına xüsusi önəm verir.

Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Aydan Ələkbərova

Xəbər Lenti

Qarabağ Universiteti Qurban bayramı münasibətilə təbrik yayımlayıb - FOTO06.06.2025 - 07:30
Elm və Təhsil Nazirliyi Qurban bayramı münasibətilə təbrik paylaşımı edib - FOTO06.06.2025 - 07:20
Leyla Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib06.06.2025 - 07:10
Emin Əmrullayevdən Qurban bayramı ilə bağlı TƏBRİK06.06.2025 - 07:00
2025-ci il magistratura imtahanlarının nəticələri açıqlandı – ÖLKƏ BİRİNCİLƏRİ MƏLUM OLDU!06.06.2025 - 06:50
Həmyaşıdını bıçaqlayan 15 yaşlı oğlan tutuldu06.06.2025 - 06:40
Hakim Trampın Harvardda oxumaq istəyən əcnəbi tələbələrə viza qadağasını bloklayıb06.06.2025 - 06:30
Ukraynalı şagird və müəllimlər Naxçıvana səfərə gəliblər06.06.2025 - 06:20
Mehriban Əliyevadan Qurban bayramı TƏBRİKİ 06.06.2025 - 06:10
300 bal toplayan Kəlbəcər məktəblisi06.06.2025 - 06:00
Maksimum toplayan məktəblinin FOTOSU06.06.2025 - 05:50
Bakıda Qurban bayramı münasibətilə namaz qılınıb06.06.2025 - 05:00
Azərbaycanda Qurban bayramı qeyd olunur05.06.2025 - 20:20
Prezidentdən Qurban bayramı ilə bağlı paylaşım - Foto05.06.2025 - 20:05
"Microsoft"a öz brauzerinin istifadəsini təklif etmək qadağan olundu05.06.2025 - 19:40
“UFAZ Beynəlxalq Konfransı 2025: Kimya, Proseslər və Materiallar” uğurla başa çatıb05.06.2025 - 19:20
ADNSU Əl-Məktum Ali Təhsil Kolleci ilə əməkdaşlıq edəcək05.06.2025 - 19:05
“Azərbaycan tarixi xəritələrdə” atlasının onlayn versiyası təqdim edilib05.06.2025 - 16:44
Qarabağ Universitetində maarifləndirmə aksiyası keçirilib - FOTO05.06.2025 - 16:40
Gəncədə yeniyetmə bıçaqlandı - Şübhəli dostudur05.06.2025 - 16:30
Ağdamda müəllim bıçaqlanıb05.06.2025 - 16:20
ADU və Qırğızıstan universitetləri arasında elmi əlaqələr genişlənir - FOTO05.06.2025 - 16:10
Romada ADA–Luiss Forumu keçirilib - FOTO05.06.2025 - 15:54
BDU-da Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş müsabiqə - “EkoGün-2025” - FOTO05.06.2025 - 15:43
BANM tələbələri Pakistanda keçiriləcək beynəlxalq yarışda iştirak etmək şansı qazanıblar - FOTO05.06.2025 - 15:32
AMEA əməkdaşının Xorasan mədəniyyətinə dair məqaləsi beynəlxalq jurnalda dərc edilib05.06.2025 - 15:21
İmtahana 354 iştirakçı gəlmədi, 3-nün nəticəsi ləğv olundu - DİM05.06.2025 - 15:11
DİM tarix fənni ilə bağlı məlumat yaydı05.06.2025 - 14:56
300 bal toplayanlar bu məktəblərin şagirdidir - SİYAHI05.06.2025 - 14:47
27 aprel buraxılış imtahanının nəticələri AÇIQLANDI05.06.2025 - 14:35
“SOCAR” əməkdaşlarının övladlarına test imtahanı keçirilib05.06.2025 - 13:24
Yerli universitetlərə köçürülmək istəyənlərin NƏZƏRİNƏ!05.06.2025 - 13:12
Bu il BMU-nun qəbul planı artırılıb05.06.2025 - 12:58
Azərbaycanda zəlzələ olub05.06.2025 - 12:45
Dövlət qulluqçuları üçün təlimlər keçirilib - FOTO05.06.2025 - 12:32
Bu universitet əməkdaşlarını 250 manatla sevindirdi05.06.2025 - 12:21
Peşə hazırlığı kurslarını bitirən əlilliyi olan gənclərin bilik və bacarıqları qiymətləndirilib - FOTO05.06.2025 - 12:11
BMU ilə “BERC Group” arasında əməkdaşlıq olub - FOTO05.06.2025 - 12:00
RFO qaliblərinin mükafatlandırılma mərasiminin tarixi dəyişdirilib05.06.2025 - 11:50
“BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb05.06.2025 - 11:40
Ölkədə süni intellekt sahəsində yeni dövlət standartları qəbul edilib05.06.2025 - 11:30
UNEC-də beynəlxalq elmi konfransı keçiriləcək05.06.2025 - 11:20
Azərbaycan Dövlət Aqrar Universitetində “Məzun günü” keçirilib - FOTO05.06.2025 - 11:10
Cəfər Təyyarın tərcümə prinsiplərinə dair monoqrafiya nəşr olunub05.06.2025 - 10:59
Tovuzda peşə təhsili ilə bağlı birinci regional forum keçirilib05.06.2025 - 10:48
Qara dəliklər təbii kosmik kollayderlərdir?!05.06.2025 - 10:35
Fransız dili müəllimləri üçün MİQ mövzuları05.06.2025 - 10:23
AzMİU-da şəhid məzunların övladları üçün xüsusi tədbir keçirilib05.06.2025 - 10:11