Mayın 26-da AMEA-da Folklor İnstitutunun təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Milli dövlətçilik və folklor” mövzusunda respublika elmi konfransı keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyl konfransın əhəmiyyətini vurğulayıb. Akademik qeyd edib ki, konfransın məqsədi milli dövlətin mənəvi əsaslarının gücləndirilməsində folklor resurslarından istifadə imkanlarının yenidən nəzərdən keçirilməsi, etnik mədəniyyət və milli dövlətçilik şüuru istiqamətində tədqiqatların nəticələrinin dəyərləndirilməsi və perspektivlərlə bağlı elmi fikir mübadiləsinin aparılmasıdır.
Sonra Folklor İnstitutunun direktoru Hikmət Quliyev və başqaları mövzu ilə bağlı çıxış ediblər.