18-25 may 2025-ci il tarixlərində Tovuz rayonunda “Təhsil” Respublika İdman Mərkəzi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə respublika birinciliyinin final mərhələsi keçirilib.
“Tehsil365” xəbər verir ki, İsveçrə sistemi üzrə keçirilən yarış 7 turdan ibarət olub. Ümumilikdə final mərhələsində 80 məktəbli mübarizə aparıb.
Qeyd edək ki, birinciliyin keçirilməsində məqsəd məktəblilər arasında şahmat idman növünü təbliğ etmək, şahmatçıların oyun təcrübəsini artırmaq, yaş qrupları üzrə yığma komandalara cəlb etmək və idmançılar arasında dostluq əlaqələrini yaratmaqdan ibarət olub.
Mübarizə şəraitində keçən yarışda 4 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin komandası birinciliyinin qalibi olub.
1. Məhəmməd Bağırov
2. Suat İbrahimli
3. Müslüm Şirəliyev
4. Dinara Hüseynova
İkinci yerə 3 nömrəli RİOEUGİŞM-in komandası layiq görülüb.
1. Paşam Əlizadə
2. Murad Rzayev
3. Əkbər Mirzəyev
4. Məryəm Ağaverdiyeva
Üçüncü yerə isə Gəncə 2 nömrəli UGİŞM-in komandası çıxıb.
1. Həmzə Rzazadə
2. Hüseyn Gurbanov
3. Amin Nəsibli
4. Səadat Bəşirli
Eyni zamanda, şahmatçılar lövhələr üzrə şəxsi nəticələrinə əsasən, I, II, III yerlər üzrə təltif olunublar.
Birinci lövhə üzrə:
Məhəmməd Bağırov – 4 nömrəli İOEUGİŞM
Elgün Malikov – Salyan UGİŞM
Elçin Şəkərəliyev – Sumqayıt 2 nömrəli UGİŞM
İkinci lövhə üzrə:
Hüseyn Qurbanov – Gəncə 2 nömrəli UGİŞM
Fərid Cabbarlı – Sumqayıt 2 nömrəli UGİŞM
Murad Rzayev – 3 nömrəli RİOEUGİŞM
Üçüncü lövhə üzrə:
Uğur Məmmədli – Neftçala UGİŞM
Şirəliyev Müslüm – 4 nömrəli İOEUGİŞM
Eldar Ağacanov – Sumqayıt 2 nömrəli UGİŞM
Dördüncü lövhə üzrə:
WCM Səadət Bəşirli – Gəncə 2 nömrəli UGİŞM
WCM Məryəm Ağaverdiyeva – 3 nömrəli RİOEUGİŞM
WCM Dinara Hüseynova – 4 nömrəli İOEUGİŞM