MDU-nun rektoru Anar Eminovun müvafiq əmrinə əsasən Şahin Mövlud oğlu Maşayev Tədris şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Bu barədə universitetdən “Tehsil365”ə bildirilib ki, Şahin Maşayev 2004–2008-ci illərdə Azərbaycan Texniki Universitetində (AzTU) “Materialşünaslıq və yeni materialların texnologiyası” ixtisası üzrə bakalavr təhsilini (fərqlənmə diplomu ilə), 2009–2011-ci illərdə isə həmin ixtisas üzrə magistratura təhsilini (fərqlənmə diplomu ilə) başa vurmuşdur. 2008–2009-cu illərdə hərbi xidmətdə manqa komandiri kimi xidmət etmişdir. Hazırda AzTU-da doktorantura təhsilini yekunlaşdırır və dissertasiya müdafiəsi ərəfəsindədir.
O, Türkiyə və Moldovada müxtəlif mühəndislik layihələrinə rəhbərlik etmiş, 2011-ci ildən əmək fəaliyyətinə başlamışdır. Əmək fəaliyyəti müddətində AzTU-da laboratoriya müdiri, baş müəllim, dekan müavini, həmçinin Yüksək Təhsil İnstitutunda Magistratura şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
Rus və ingilis dillərini bilir. Ailəlidir, iki övladı var.
Bu gün universitet kollektivinə təqdim olunan Şahin Maşayevi yeni təyinatı münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!