Keçən il əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını daha da artırmaq və ali təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə tələbə kreditinin verilməsi üçün dövlət büdcəsindən 8 milyon manat xərclənib.
“Tehsil365” “Report”a istinadən xəbər verir ki, bununla bağlı məsələ "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində öz əksini tapıb.
Layihəyə görə, 2021-ci ildə 80 milyon manat, 2022-ci ildə 22 milyon manat, 2023-cü ildə 8 milyon manat və 2024-cü ildə də 8 milyon manat olmaqla, ötən 4 il ərzində Təhsil Tələbə Kredit Fonduna cəmi 118 milyon manat vəsait ayrılıb.
Dörd il ərzində cəmi 45 426 nəfərə 41,6 milyon manat, o cümlədən 29613 nəfərə (65,2 faiz) 25,4 milyon manat sosial, 15813 nəfərə (34,8 faiz) 16,2 milyon manat standart təhsil tələbə krediti verilib.