Azərbaycan–Fransız Universiteti (UFAZ) və Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətinə 32,4 milyon manat xərclənib.
“Tehsil365” “Report”a istinadən xəbər verir ki, bununla bağlı məsələ "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində öz əksini tapıb.
Qeyd edilib ki, “Ali təhsil” köməkçi bölməsi üzrə ayrılmış 32,4 milyon manat vəsait hesabına 2 ali təhsil (Birgə Azərbaycan–Fransız Universiteti (UFAZ) və Türkiyə–Azərbaycan Universiteti) müəssisəsinin saxlanması və fəaliyyəti ilə bağlı xərclərin, yaradıcılıq profilli ali təhsil müəssisələrinə maliyyə yardımı, ali təhsil müəssisələrində təhsil qrantları, yeni məzmunlu təhsil proqramlarının tətbiqi və digər xərclərin ödənilməsi təmin edilib.