Təhsil 365 - Logo Mobile

Emin Əmrullayev ADPU–CVU ikili diplom proqramının IV məzun buraxılışında iştirak edib

8829.05.2025 - 13:11
Emin Əmrullayev ADPU–CVU ikili diplom proqramının IV məzun buraxılışında iştirak edib

Mayın 29-da  Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə ABŞ-nin Corc Vaşinqton Universitetinin (CVU) birgə ikili diplom magistr proqramının dördüncü məzun buraxılışı keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, CVU-nun Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı Maykl Foyer və məktəbin professoru Kolin Qrin, habelə Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondunun məsul əməkdaşları, ADPU, Corc Vaşinqton Universitetinin nümayəndələri, proqramın məzunları iştirak ediblər. 

Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru Cəfər Cəfərov məzunları təbrik edib, onlara uğurlar arzulayıb. Rektor çıxışında qeyd edib ki, təhsil siyasəti və idarəetməsi ixtisası üzrə ikili diplom magistr proqramının builki məzunlarının sayı 37 nəfərdir. İlk dəfə 2020-ci ildə qəbul aparılan proqram üzrə əvvəlki 3 il ərzində  83 nəfər məzun olub və builki məzunlarla birgə ümumi məzun sayı 120 nəfərə çatır. Rektor məzunların proqram sayəsində əldə etdikləri bilik və bacarıqların Azərbaycan təhsil sisteminin inkişafında böyük rol oynayacağına əminliyini ifadə edib.

Daha sonra çıxış edən Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı Maykl Foyer proqramın uğurlarından bəhs edərək qeyd edib ki, Azərbaycan və ABŞ arasında təhsil əməkdaşlığı artıq strateji mahiyyət daşıyır və bu cür akademik tərəfdaşlıqlar beynəlxalq elmi mübadilənin inkişafına töhfə verir.

Tədbirdə iştirak edən elm və təhsil naziri Emin Əmrullayev çıxışında proqramın dövlət təhsil siyasətindəki yerini xüsusi qeyd edib. Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”çərçivəsində bir neçə ikili diplom proqramı həyata keçirilir və bu proqramların artıq ciddi müsbət təsirləri müşahidə olunur. Bu proqramlardan mindən çox şəxs artıq məzun olub və onlar həm şəxsi inkişaf, həm də ölkənin gələcəyi üçün ciddi töhfə vermək imkanı qazanıblar. 

Emin Əmrullayev çıxışında Dövlət Neft Fonduna da təşəkkürünü çatdıraraq bildirib ki, bu təşəbbüslər Azərbaycanın uzun illər inkişafına böyük töhfə vermiş neft gəlirlərinin insan sərvətinə, yəni “qara qızılın insan qızılına çevrilməsi” konsepsiyası çərçivəsində görülən işlərin bariz nümunəsidir. Nazir məzunların iki müxtəlif təhsil sisteminin bilik və təcrübəsini birləşdirərək müasir idarəetmə və tədris modellərinin yerli təhsil sistemində tətbiqinə töhfə verəcəklərini bildirib.

Sonda təhsil siyasəti və idarəetməsi üzrə ADPU-CVU birgə ikili diplom magistr proqramının 2023-2024-cü tədris ilinin məzunlarına fəxri diplomlar təqdim olunub.

Rəsmi mərasim ümumi xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Xatırladaq ki, ikili diplom proqramı Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondu və Dövlət Proqramı İdarəetmə Qrupunun dəstəyi ilə həyata keçirilir.

Aydan Ələkbərova

Xəbər Lenti

Abşeronda məktəblilər arasında mübahisə: Xəsarət alan var02.06.2025 - 18:35
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək02.06.2025 - 17:26
VII Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam müsabiqəsi elan edilir02.06.2025 - 17:14
Tibb Universiteti Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq edəcək - FOTO02.06.2025 - 17:03
Qlobal təhsil tərəfdaşlığının 2024-cü il üzrə illik hesabatı02.06.2025 - 16:49
Tələbə dənizdə boğulub öldü02.06.2025 - 16:37
ADPU: Yaz imtahan sessiyasında bakalavriat və magistratura üzrə 10 minədək tələbənin iştirakı gözlənilir02.06.2025 - 16:25
“PAŞA Holding” BDU tələbələri üçün təlim keçirib02.06.2025 - 16:12
BDU-da türkiyəli professor Nimet Yıldırımla görüş - FOTO02.06.2025 - 16:00
Bu il Pedaqoji Universitetin Şamaxı filialından 138 tələbə məzun olur - FOTO02.06.2025 - 15:50
BDU-nun magistrantı Mançester Universitetinin doktorantura proqramına qəbul olunub02.06.2025 - 15:40
ADPU-nun Şamaxı filialı tələbələrinin pedaqoji təcrübəsi başa çatıb - FOTO02.06.2025 - 15:30
Azərbaycan Turizm və Menecment Universiteti növbəti dəfə beynəlxalq reytinq siyahısında02.06.2025 - 15:20
BANM və Özbəkistanın aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq sənədləri imzalanıb - FOTO02.06.2025 - 15:10
Bakı Ali Neft Məktəbində futbol oyunu keçirilib - FOTO02.06.2025 - 15:00
Beynəlxalq Türk Akademiyası ilə Polşanın elmi qurumları arasında əlaqələr genişləndiriləcək02.06.2025 - 14:50
Regionlarda elm və təhsilin keyfiyyətinin yaxşılaşdırılması - konfrans02.06.2025 - 14:40
Azərbaycan arxeoloqlarının xarici ölkədə apardığı tədqiqatların nəticələri beynəlxalq simpoziumda təqdim edilib - FOTO02.06.2025 - 14:30
Bu mövzuda vebinar keçiriləcək02.06.2025 - 14:20
Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərə interaktiv dərslər keçirilib02.06.2025 - 14:10
“Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda nöqsanlar ört-basdır edilir”02.06.2025 - 14:00
Elm və Təhsil Nazirliyinə 41 437 vətəndaş müraciəti daxil olub02.06.2025 - 13:50
Peşə təhsili üzrə milli bacarıq yarışına qeydiyyat başlayıb02.06.2025 - 13:40
Regionlarda dövlət qulluqçuları üçün növbəti təlim02.06.2025 - 13:30
Astarada məktəbin yaxınlığında yanğın olub02.06.2025 - 13:20
Bərdədə şagird məktəbin 3-cü mərtəbəsindən yıxılıb02.06.2025 - 13:10
LDU-da imtahan sessiyasına start verilib - FOTO02.06.2025 - 13:00
Bakı Slavyan Universiteti beynəlxalq reytinqdə uğur qazandı - FOTO02.06.2025 - 12:50
DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək02.06.2025 - 12:40
Bu lisey 2025/2026-cı tədris ili üçün V sinfə şagird qəbulu elan edir02.06.2025 - 12:30
BDU-da yaz imtahan sessiyası başlanıb - FOTO02.06.2025 - 12:20
İraq Respublikasının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri MEK-də olub02.06.2025 - 12:10
DİA tələbələri arasında keçirilmiş turnirin final mərhələsinə yekun vurulub - FOTO02.06.2025 - 12:00
Özbəkistanda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb - FOTO02.06.2025 - 11:50
Ən azı 350 tələbəyə təqaüd veriləcək - Nazir 02.06.2025 - 11:40
Prezident: İtaliya-Azərbaycan Universiteti uğurlu əməkdaşlıq nümunəsidir02.06.2025 - 11:30
Azad edilmiş ərazilərdə 40-dan çox məktəb açılacaq02.06.2025 - 11:20
Taksi sürücüləri üçün növbəti imtahana QEYDİYYAT02.06.2025 - 11:10
Bu fənnin MİQ mövzuları açıqlanıb02.06.2025 - 11:00
Şuşa Realnı Məktəbinin açılış TARİXİ02.06.2025 - 10:50
May ayında 13 377 müraciət daxil olub02.06.2025 - 10:40
BMU-da imtahan sessiyası başlayıb - FOTO02.06.2025 - 10:30
Koreyada təhsil alan BMU-INHA İDP tələbələri ilə görüş keçirilib - FOTO02.06.2025 - 10:20
Peşə təhsili alan 6225 şagirdə interaktiv dərslər keçirilib02.06.2025 - 10:10
Qarabağ Universitetinin İncəsənət fakültəsi tarixi binaya köçürüləcək02.06.2025 - 10:00
BDU ilə Corc Vaşinqton Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub02.06.2025 - 09:50
BANM-də tələbələr üçün maarifləndirici infosessiya keçirilib - FOTO02.06.2025 - 09:40
BSU-da yay imtahan sessiyası başlayıb02.06.2025 - 09:30