Təhsil 365 - Logo Mobile

BDU-da Everesti fəth edən alpinist Vəfa Musayeva ilə görüş olub - FOTO

8829.05.2025 - 18:38
BDU-da Everesti fəth edən alpinist Vəfa Musayeva ilə görüş olub - FOTO

Bakı Dövlət Universitetində (BDU) Everest zirvəsini (dəniz səviyyəsindən 8848 metr yüksəklikdə) fəth edən azərbaycanlı alpinist, təlimçi və pedaqoq Vəfa Musayeva ilə tələbələrin görüşü keçirilib. Tədbir “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə reallaşıb.

Bu barədə “Tehsil365”ə BDU-dan məlumat verilib.

Görüşdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Vəfa Musayevanın dünyanın ən hündür zirvəsini fəth hekayəsi tələbələr üçün maraqlı və bir o qədər təsirlidir. Hədəfə çatmaq uğrunda belə bir əzm nümayiş etdirmək təqdirəlayiq və qürurverici hissdir: “Kosmosdan dünyamıza daxil olan bir meteoritə toxunmaq, bilinməzlikdən gələn bir cismi araşdırmaq necə həyəcanverici və maraqlıdırsa, ən hündürə qalxaraq ilklərdən olmaq da o qədər əvəzsiz duyğudur. Sizin əzminiz orada olduğunuz müddətdə də Azərbaycanda hiss olunurdu. Bu gün tələbələrlə səmimi görüşdə danışdıqlarınız onların həyatına da təsirsiz ötüşməyəcək”.

Daha sonra Vəfa Musayeva Everest zirvəsinin fəthi yolunda keçdiyi mərhələlərdən söz açıb, tələbələrə ilklərdən birinə çevrilməyin tarixçəsini danışıb: “Everesti fəth etmək, əslində, 2016-cı ildən planımda idi. Amma bu günəqədərki dövr planı reallışdırmaq üçün bir növ hazırlıq mərhələsi idi. Son iki ildə artıq Everest özü mənə yaxınlaşmağa başladı. Hədəfim, niyyətim və fikirlərim oldu. Ora qalxana qədər mən müxtəlif idmanlar, məşqlər edir, Azərbaycandakı bir çox dağlara dəfələrlə qalxıb-enirdim və bunların hamısında bir hədəf var idi – Everest. Yanvar ayından etibarən isə azərbaycanlı alpinistlər ilə həm təcrübə, həm də bu yolda mənimlə birgə gedə bilmələri üçün danışmağa başladım. Əsas məsələ özümə inanmağım idi. Zirvəyə gedən yolda ən böyük dəstək özümə verdiyim ürək-dirək idi. “Vəfa, sən bunu bacaracaqsan. Vəfa sən buna qadirsən”, – deyərək qətiyyətlə hədəfimə doğru getdim. Hətta yolun bir hissəsində bələdçim məni ruhdan salmağa çalışsa da, mən fiziki mənada tək olduğum bu yolda inancımla tək olmadığımı hiss etdim. Ora gedəndə əsas məqsədlərimdən biri də bu idi: “Bayrağımı necə olur-olsun, o zirvədə dalğalandırmalıyam”. Zirvədə bayrağımızı açanda, onu buludların üstündə, ən yüksəkdə görəndə ilk dəfə görmüş kimi ağladım. Məqsədimə nail olmuşdum”.

Görüşün sonunda tanınmış alpinist tələbələrin suallarını cavablandırıb.

Aydan Ələkbərova

Xəbər Lenti

Abşeronda məktəblilər arasında mübahisə: Xəsarət alan var02.06.2025 - 18:35
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək02.06.2025 - 17:26
VII Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam müsabiqəsi elan edilir02.06.2025 - 17:14
Tibb Universiteti Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq edəcək - FOTO02.06.2025 - 17:03
Qlobal təhsil tərəfdaşlığının 2024-cü il üzrə illik hesabatı02.06.2025 - 16:49
Tələbə dənizdə boğulub öldü02.06.2025 - 16:37
ADPU: Yaz imtahan sessiyasında bakalavriat və magistratura üzrə 10 minədək tələbənin iştirakı gözlənilir02.06.2025 - 16:25
“PAŞA Holding” BDU tələbələri üçün təlim keçirib02.06.2025 - 16:12
BDU-da türkiyəli professor Nimet Yıldırımla görüş - FOTO02.06.2025 - 16:00
Bu il Pedaqoji Universitetin Şamaxı filialından 138 tələbə məzun olur - FOTO02.06.2025 - 15:50
BDU-nun magistrantı Mançester Universitetinin doktorantura proqramına qəbul olunub02.06.2025 - 15:40
ADPU-nun Şamaxı filialı tələbələrinin pedaqoji təcrübəsi başa çatıb - FOTO02.06.2025 - 15:30
Azərbaycan Turizm və Menecment Universiteti növbəti dəfə beynəlxalq reytinq siyahısında02.06.2025 - 15:20
BANM və Özbəkistanın aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq sənədləri imzalanıb - FOTO02.06.2025 - 15:10
Bakı Ali Neft Məktəbində futbol oyunu keçirilib - FOTO02.06.2025 - 15:00
Beynəlxalq Türk Akademiyası ilə Polşanın elmi qurumları arasında əlaqələr genişləndiriləcək02.06.2025 - 14:50
Regionlarda elm və təhsilin keyfiyyətinin yaxşılaşdırılması - konfrans02.06.2025 - 14:40
Azərbaycan arxeoloqlarının xarici ölkədə apardığı tədqiqatların nəticələri beynəlxalq simpoziumda təqdim edilib - FOTO02.06.2025 - 14:30
Bu mövzuda vebinar keçiriləcək02.06.2025 - 14:20
Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərə interaktiv dərslər keçirilib02.06.2025 - 14:10
“Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda nöqsanlar ört-basdır edilir”02.06.2025 - 14:00
Elm və Təhsil Nazirliyinə 41 437 vətəndaş müraciəti daxil olub02.06.2025 - 13:50
Peşə təhsili üzrə milli bacarıq yarışına qeydiyyat başlayıb02.06.2025 - 13:40
Regionlarda dövlət qulluqçuları üçün növbəti təlim02.06.2025 - 13:30
Astarada məktəbin yaxınlığında yanğın olub02.06.2025 - 13:20
Bərdədə şagird məktəbin 3-cü mərtəbəsindən yıxılıb02.06.2025 - 13:10
LDU-da imtahan sessiyasına start verilib - FOTO02.06.2025 - 13:00
Bakı Slavyan Universiteti beynəlxalq reytinqdə uğur qazandı - FOTO02.06.2025 - 12:50
DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək02.06.2025 - 12:40
Bu lisey 2025/2026-cı tədris ili üçün V sinfə şagird qəbulu elan edir02.06.2025 - 12:30
BDU-da yaz imtahan sessiyası başlanıb - FOTO02.06.2025 - 12:20
İraq Respublikasının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri MEK-də olub02.06.2025 - 12:10
DİA tələbələri arasında keçirilmiş turnirin final mərhələsinə yekun vurulub - FOTO02.06.2025 - 12:00
Özbəkistanda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb - FOTO02.06.2025 - 11:50
Ən azı 350 tələbəyə təqaüd veriləcək - Nazir 02.06.2025 - 11:40
Prezident: İtaliya-Azərbaycan Universiteti uğurlu əməkdaşlıq nümunəsidir02.06.2025 - 11:30
Azad edilmiş ərazilərdə 40-dan çox məktəb açılacaq02.06.2025 - 11:20
Taksi sürücüləri üçün növbəti imtahana QEYDİYYAT02.06.2025 - 11:10
Bu fənnin MİQ mövzuları açıqlanıb02.06.2025 - 11:00
Şuşa Realnı Məktəbinin açılış TARİXİ02.06.2025 - 10:50
May ayında 13 377 müraciət daxil olub02.06.2025 - 10:40
BMU-da imtahan sessiyası başlayıb - FOTO02.06.2025 - 10:30
Koreyada təhsil alan BMU-INHA İDP tələbələri ilə görüş keçirilib - FOTO02.06.2025 - 10:20
Peşə təhsili alan 6225 şagirdə interaktiv dərslər keçirilib02.06.2025 - 10:10
Qarabağ Universitetinin İncəsənət fakültəsi tarixi binaya köçürüləcək02.06.2025 - 10:00
BDU ilə Corc Vaşinqton Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub02.06.2025 - 09:50
BANM-də tələbələr üçün maarifləndirici infosessiya keçirilib - FOTO02.06.2025 - 09:40
BSU-da yay imtahan sessiyası başlayıb02.06.2025 - 09:30