Təhsil 365 - Logo Mobile

AzMİU-da növbəti konfrans keçirilib

7030.05.2025 - 10:45
AzMİU-da növbəti konfrans keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyinə həsr olunmuş “COP29 və yaşıl enerjinin Azərbaycan Respublikasının inkişafına töhfəsi” mövzusunda elmi konfrans keçirilib.

Universitetdən “Tehsil365”ə bildirilib ki, Beynəlxalq Ekoenergetika Akademiyası ilə birgə təşkil olunan konfrans ətraf mühitin qorunması və alternativ enerji texnologiyalarının tətbiqi sahəsində aktual məsələlərin müzakirəsinə həsr olunub.

Konfransın keçirilməsində əsas məqsəd COP29-un ölkəmiz üçün əhəmiyyəti, yaşıl enerji sahəsində mövcud çağırışlar və bu texnologiyaların Azərbaycan Respublikasının sosial-iqtisadi və ekoloji inkişafına mümkün təsirlərinin araşdırılması olub. Konfrans çərçivəsində ekoloji dayanıqlılıq, süni intellektin tətbiqi və müasir texnoloji yanaşmaların ətraf mühitin mühafizəsində rolu geniş şəkildə işıqlandırılıb.

Konfransın açılışında çıxış edən universitetin Ekologiya kafedrasının müdiri, Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti professor Fəqan Əliyev iştirakçıları salamlayaraq AzMİU-nun bu istiqamətdə həyata keçirdiyi elmi tədqiqatlardan, maarifləndirici təşəbbüslərdən bəhs edib. O, universitetin dayanıqlı gələcək üçün hazırladığı strategiyaların ölkənin ümumi ekoloji siyasətinə uyğun inkişaf etdiyini vurğulayıb.

Konfrans çərçivəsində təqdim olunan məruzələr sırasında aşağıdakı mövzular xüsusilə maraq doğurub:

– “Heydər Əliyev irsinin Azərbaycan memarlığına verdiyi töhfələr”

– “Abşeron yarımadasında göl sularının təmizlənməsi: günəş texnologiyası və səmərəliliyinin qiymətləndirilməsi”

– “Tullantı və onların idarə olunması”

– “Süni intellekt və proqramların iqlim dəyişikliyi baza məlumatları yığmasında və elmi-tədqiqatların aparılmasında rolu”

– “Qarabağ və Şərqi Zəngəzur çaylarının ekoloji vəziyyətinin tədqiqi”

– “Nanomaterialların inşaat sənayesində tətbiqləri”

– “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının məsafədən zondlama materiallari əsasinda torpaq səthinin temperaturu analizi”

– “Dekarbonizasiya, iqlim dəyişmələri və davamlı inkişaf”

– “Yaşıl hidrogen enerjisinin alınma üsullarının müqayisəli təhlili”

Konfransda universitetin professor-müəllim heyəti ilə yanaşı, doktorantlar və tələbələr də fəal iştirak ediblər. Təqdim edilən elmi çıxışlarda multidisiplinar yanaşmaların və müasir texnologiyaların ətraf mühitin mühafizəsi və iqlim dəyişikliklərinə qarşı mübarizədə əhəmiyyəti xüsusi vurğulanıb.

Aydan Ələkbərova

Xəbər Lenti

Abşeronda məktəblilər arasında mübahisə: Xəsarət alan var02.06.2025 - 18:35
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək02.06.2025 - 17:26
VII Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam müsabiqəsi elan edilir02.06.2025 - 17:14
Tibb Universiteti Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq edəcək - FOTO02.06.2025 - 17:03
Qlobal təhsil tərəfdaşlığının 2024-cü il üzrə illik hesabatı02.06.2025 - 16:49
Tələbə dənizdə boğulub öldü02.06.2025 - 16:37
ADPU: Yaz imtahan sessiyasında bakalavriat və magistratura üzrə 10 minədək tələbənin iştirakı gözlənilir02.06.2025 - 16:25
“PAŞA Holding” BDU tələbələri üçün təlim keçirib02.06.2025 - 16:12
BDU-da türkiyəli professor Nimet Yıldırımla görüş - FOTO02.06.2025 - 16:00
Bu il Pedaqoji Universitetin Şamaxı filialından 138 tələbə məzun olur - FOTO02.06.2025 - 15:50
BDU-nun magistrantı Mançester Universitetinin doktorantura proqramına qəbul olunub02.06.2025 - 15:40
ADPU-nun Şamaxı filialı tələbələrinin pedaqoji təcrübəsi başa çatıb - FOTO02.06.2025 - 15:30
Azərbaycan Turizm və Menecment Universiteti növbəti dəfə beynəlxalq reytinq siyahısında02.06.2025 - 15:20
BANM və Özbəkistanın aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq sənədləri imzalanıb - FOTO02.06.2025 - 15:10
Bakı Ali Neft Məktəbində futbol oyunu keçirilib - FOTO02.06.2025 - 15:00
Beynəlxalq Türk Akademiyası ilə Polşanın elmi qurumları arasında əlaqələr genişləndiriləcək02.06.2025 - 14:50
Regionlarda elm və təhsilin keyfiyyətinin yaxşılaşdırılması - konfrans02.06.2025 - 14:40
Azərbaycan arxeoloqlarının xarici ölkədə apardığı tədqiqatların nəticələri beynəlxalq simpoziumda təqdim edilib - FOTO02.06.2025 - 14:30
Bu mövzuda vebinar keçiriləcək02.06.2025 - 14:20
Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərə interaktiv dərslər keçirilib02.06.2025 - 14:10
“Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda nöqsanlar ört-basdır edilir”02.06.2025 - 14:00
Elm və Təhsil Nazirliyinə 41 437 vətəndaş müraciəti daxil olub02.06.2025 - 13:50
Peşə təhsili üzrə milli bacarıq yarışına qeydiyyat başlayıb02.06.2025 - 13:40
Regionlarda dövlət qulluqçuları üçün növbəti təlim02.06.2025 - 13:30
Astarada məktəbin yaxınlığında yanğın olub02.06.2025 - 13:20
Bərdədə şagird məktəbin 3-cü mərtəbəsindən yıxılıb02.06.2025 - 13:10
LDU-da imtahan sessiyasına start verilib - FOTO02.06.2025 - 13:00
Bakı Slavyan Universiteti beynəlxalq reytinqdə uğur qazandı - FOTO02.06.2025 - 12:50
DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək02.06.2025 - 12:40
Bu lisey 2025/2026-cı tədris ili üçün V sinfə şagird qəbulu elan edir02.06.2025 - 12:30
BDU-da yaz imtahan sessiyası başlanıb - FOTO02.06.2025 - 12:20
İraq Respublikasının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri MEK-də olub02.06.2025 - 12:10
DİA tələbələri arasında keçirilmiş turnirin final mərhələsinə yekun vurulub - FOTO02.06.2025 - 12:00
Özbəkistanda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb - FOTO02.06.2025 - 11:50
Ən azı 350 tələbəyə təqaüd veriləcək - Nazir 02.06.2025 - 11:40
Prezident: İtaliya-Azərbaycan Universiteti uğurlu əməkdaşlıq nümunəsidir02.06.2025 - 11:30
Azad edilmiş ərazilərdə 40-dan çox məktəb açılacaq02.06.2025 - 11:20
Taksi sürücüləri üçün növbəti imtahana QEYDİYYAT02.06.2025 - 11:10
Bu fənnin MİQ mövzuları açıqlanıb02.06.2025 - 11:00
Şuşa Realnı Məktəbinin açılış TARİXİ02.06.2025 - 10:50
May ayında 13 377 müraciət daxil olub02.06.2025 - 10:40
BMU-da imtahan sessiyası başlayıb - FOTO02.06.2025 - 10:30
Koreyada təhsil alan BMU-INHA İDP tələbələri ilə görüş keçirilib - FOTO02.06.2025 - 10:20
Peşə təhsili alan 6225 şagirdə interaktiv dərslər keçirilib02.06.2025 - 10:10
Qarabağ Universitetinin İncəsənət fakültəsi tarixi binaya köçürüləcək02.06.2025 - 10:00
BDU ilə Corc Vaşinqton Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub02.06.2025 - 09:50
BANM-də tələbələr üçün maarifləndirici infosessiya keçirilib - FOTO02.06.2025 - 09:40
BSU-da yay imtahan sessiyası başlayıb02.06.2025 - 09:30