Təhsil 365 - Logo Mobile

Koreyada BMU və İNHA Universitetinin rektorları arasında görüş keçirilib - FOTO

5030.05.2025 - 11:50
Koreyada BMU və İNHA Universitetinin rektorları arasında görüş keçirilib - FOTO

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyevin rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasında səfərdədir.

“Tehsil365” xəbər verir ki, BMU ilə  İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) üzrə Rəhbər Komitənin növbəti iclasında iştirak etmək məqsədilə gerçəkləşən səfər çərçivəsində iki ali təhsil ocağı arasında görüş keçirilib.

Görüşdə İNHA Universitetinin rektoru Cho Myeong Voo Azərbaycana son səfəri çərçivəsində ona göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. İki ölkə arasında inkişaf edən əlaqələrin möhkəmlənməsində təhsil sahəsində əməkdaşlığın xüsusi payının olduğunu vurğulayan rektor hazırda BMU-İNHA İDP çərçivəsində təhsil alan tələbələrin bu münasibətlərin gələcək inkişafında önəmli rol alacaqlarına inandığını bildirib.

BMU-nun rektoru Yaqub Piriyev səmimi görüşə və xoş sözlərə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan danışan rektor bu sənəd çərçivəsində həyata keçirilən ikili diplom proqramlarının önəmini vurğulayıb. BMU-İNHA İDP-nin uğurlu icrası üçün indiyə qədər Azərbaycan dövləti tərəfindən atılan addımları qeyd edən Yaqub Piriyev, həmçinin proqram üzrə sonuncu kursu Koreyada təhsil alan tələbələr üçün Dövlət İmtahan Mərkəzi tərəfindən onlayn formatda təşkil olunan magistraturaya qəbul imtahanlarına diqqət çəkib və  yaradılmış şəraitə görə rektor Cho Myeong Vooya  təşəkkürünü bildirib. Rektor çıxışının sonunda həmkarını Azərbaycana BMU-İNHA İDP tələbələrinin növbəti məzun gününə dəvət edib.

İclas qarşıda duran məsələlər, habelə gələcəkdə İDP-nin Süni intellekt və Data analitikası kimi ixtisaslar üzrə icrası istiqamətində fikir mübadiləsinin aparılması ilə davam edib.

Görüşdən sonra Azərbaycan nümayəndə heyəti üçün təşkil olunan sahə gəzintisində İNHA Universitetinin maddi-texniki bazası barəsində ətraflı məlumat verilib. 

Aydan Ələkbərova

Xəbər Lenti

Abşeronda məktəblilər arasında mübahisə: Xəsarət alan var02.06.2025 - 18:35
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək02.06.2025 - 17:26
VII Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam müsabiqəsi elan edilir02.06.2025 - 17:14
Tibb Universiteti Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq edəcək - FOTO02.06.2025 - 17:03
Qlobal təhsil tərəfdaşlığının 2024-cü il üzrə illik hesabatı02.06.2025 - 16:49
Tələbə dənizdə boğulub öldü02.06.2025 - 16:37
ADPU: Yaz imtahan sessiyasında bakalavriat və magistratura üzrə 10 minədək tələbənin iştirakı gözlənilir02.06.2025 - 16:25
“PAŞA Holding” BDU tələbələri üçün təlim keçirib02.06.2025 - 16:12
BDU-da türkiyəli professor Nimet Yıldırımla görüş - FOTO02.06.2025 - 16:00
Bu il Pedaqoji Universitetin Şamaxı filialından 138 tələbə məzun olur - FOTO02.06.2025 - 15:50
BDU-nun magistrantı Mançester Universitetinin doktorantura proqramına qəbul olunub02.06.2025 - 15:40
ADPU-nun Şamaxı filialı tələbələrinin pedaqoji təcrübəsi başa çatıb - FOTO02.06.2025 - 15:30
Azərbaycan Turizm və Menecment Universiteti növbəti dəfə beynəlxalq reytinq siyahısında02.06.2025 - 15:20
BANM və Özbəkistanın aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq sənədləri imzalanıb - FOTO02.06.2025 - 15:10
Bakı Ali Neft Məktəbində futbol oyunu keçirilib - FOTO02.06.2025 - 15:00
Beynəlxalq Türk Akademiyası ilə Polşanın elmi qurumları arasında əlaqələr genişləndiriləcək02.06.2025 - 14:50
Regionlarda elm və təhsilin keyfiyyətinin yaxşılaşdırılması - konfrans02.06.2025 - 14:40
Azərbaycan arxeoloqlarının xarici ölkədə apardığı tədqiqatların nəticələri beynəlxalq simpoziumda təqdim edilib - FOTO02.06.2025 - 14:30
Bu mövzuda vebinar keçiriləcək02.06.2025 - 14:20
Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərə interaktiv dərslər keçirilib02.06.2025 - 14:10
“Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda nöqsanlar ört-basdır edilir”02.06.2025 - 14:00
Elm və Təhsil Nazirliyinə 41 437 vətəndaş müraciəti daxil olub02.06.2025 - 13:50
Peşə təhsili üzrə milli bacarıq yarışına qeydiyyat başlayıb02.06.2025 - 13:40
Regionlarda dövlət qulluqçuları üçün növbəti təlim02.06.2025 - 13:30
Astarada məktəbin yaxınlığında yanğın olub02.06.2025 - 13:20
Bərdədə şagird məktəbin 3-cü mərtəbəsindən yıxılıb02.06.2025 - 13:10
LDU-da imtahan sessiyasına start verilib - FOTO02.06.2025 - 13:00
Bakı Slavyan Universiteti beynəlxalq reytinqdə uğur qazandı - FOTO02.06.2025 - 12:50
DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək02.06.2025 - 12:40
Bu lisey 2025/2026-cı tədris ili üçün V sinfə şagird qəbulu elan edir02.06.2025 - 12:30
BDU-da yaz imtahan sessiyası başlanıb - FOTO02.06.2025 - 12:20
İraq Respublikasının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri MEK-də olub02.06.2025 - 12:10
DİA tələbələri arasında keçirilmiş turnirin final mərhələsinə yekun vurulub - FOTO02.06.2025 - 12:00
Özbəkistanda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb - FOTO02.06.2025 - 11:50
Ən azı 350 tələbəyə təqaüd veriləcək - Nazir 02.06.2025 - 11:40
Prezident: İtaliya-Azərbaycan Universiteti uğurlu əməkdaşlıq nümunəsidir02.06.2025 - 11:30
Azad edilmiş ərazilərdə 40-dan çox məktəb açılacaq02.06.2025 - 11:20
Taksi sürücüləri üçün növbəti imtahana QEYDİYYAT02.06.2025 - 11:10
Bu fənnin MİQ mövzuları açıqlanıb02.06.2025 - 11:00
Şuşa Realnı Məktəbinin açılış TARİXİ02.06.2025 - 10:50
May ayında 13 377 müraciət daxil olub02.06.2025 - 10:40
BMU-da imtahan sessiyası başlayıb - FOTO02.06.2025 - 10:30
Koreyada təhsil alan BMU-INHA İDP tələbələri ilə görüş keçirilib - FOTO02.06.2025 - 10:20
Peşə təhsili alan 6225 şagirdə interaktiv dərslər keçirilib02.06.2025 - 10:10
Qarabağ Universitetinin İncəsənət fakültəsi tarixi binaya köçürüləcək02.06.2025 - 10:00
BDU ilə Corc Vaşinqton Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub02.06.2025 - 09:50
BANM-də tələbələr üçün maarifləndirici infosessiya keçirilib - FOTO02.06.2025 - 09:40
BSU-da yay imtahan sessiyası başlayıb02.06.2025 - 09:30