Təhsil 365 - Logo Mobile

Türkiyənin Şəhid Ailələri və Qaziləri Dərnəyinin rəhbəri Mərkəzi Elmi Kitabxanada olub - FOTO

8730.05.2025 - 19:36
Türkiyənin Şəhid Ailələri və Qaziləri Dərnəyinin rəhbəri Mərkəzi Elmi Kitabxanada olub - FOTO

Türkiyənin Şəhid Ailələri və Qaziləri Dərnəyinin rəhbəri Mustafa İşığ AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub və kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovla görüşüb.

Bu barədə “Tehsil365”ə MEK-dən məlumat verilib.

Əvvəlcə qonaq MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu ilə yaxından tanış olub.

Dəyirmi masa ətrafında davam edən görüşdə MEK-in direktoru Hüseyn Hüseynov fondun yaradılması, məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verib. Direktor şəhid qardaşı olaraq fondun cəmiyyət üçün əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu fond Vətən uğrunda mübarizə aparan qəhrəmanların tanıdılması və onların həyat yolunun gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynayır. Fondu təkcə şəhid və qazi ailələri deyil, həmçinin məktəblilər və tələbələr ziyarət edir, nəşrlərlə yaxından tanış olmaq imkanı əldə edirlər.

Hüseyn Hüseynov bildirib ki, hər il şəhid ailələrinin iştirakı ilə müxtəlif tədbirlər keçirilir.

Görüşdə Mustafa İşığ rəhbəri olduğu dərnəyin tarixindən söz açıb, bu qurumun XX əsrin əvvəllərində Ənvər Paşanın təlimatı ilə qurulduğunu vurğulayıb, Türkiyənin bir sıra bölgələrində şöbə və təmsilçilərinin olduğunu diqqətə çatdırıb.

Bir millət iki dövlət olaraq illərlə Azərbaycanın əzəli bölgəsi olan Qarabağın işğaldan azad olunmasına hər zaman dəstək verdiklərini, Azərbaycan və Türkiyənin şəhid ailələri arasında əlaqələrin möhkəmləndirilməsində birgə işlərin görüldüyünü diqqətə çatdıran Mustafa İşığ dövlət tərəfindən onlara göstərilən yüksək qayğının şahidi kimi işlə, evlə təmin olunmalarını yüksək dəyərləndirib.

Görüşdə “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, AMEA-nın Azad Həmkarlar İttifaqının sədri dosent Sənan Həsənov, AMEA Rəyasət Heyəti aparatının Mülki müdafiə şöbəsinin müdiri Nizami Vəliyev, MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondun rəhbəri Röksanə Səfərzadə, Biblioqrafiya şöbəsinin müdiri Aytən Əliyeva dövlətin şəhid ailələrinə və qazilərə göstərdiyi xüsusi qayğını vurğulayıblar, bu sahədə həm Azərbaycanda, həm də Türkiyədə həyata keçirilən təşəbbüslərdən bəhs ediblər.

Tədbirdə, həmçinin MEK-in qazi və şəhid ailələrindən olan əməkdaşları iştirak ediblər.

Aydan Ələkbərova

Xəbər Lenti

Abşeronda məktəblilər arasında mübahisə: Xəsarət alan var02.06.2025 - 18:35
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək02.06.2025 - 17:26
VII Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam müsabiqəsi elan edilir02.06.2025 - 17:14
Tibb Universiteti Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq edəcək - FOTO02.06.2025 - 17:03
Qlobal təhsil tərəfdaşlığının 2024-cü il üzrə illik hesabatı02.06.2025 - 16:49
Tələbə dənizdə boğulub öldü02.06.2025 - 16:37
ADPU: Yaz imtahan sessiyasında bakalavriat və magistratura üzrə 10 minədək tələbənin iştirakı gözlənilir02.06.2025 - 16:25
“PAŞA Holding” BDU tələbələri üçün təlim keçirib02.06.2025 - 16:12
BDU-da türkiyəli professor Nimet Yıldırımla görüş - FOTO02.06.2025 - 16:00
Bu il Pedaqoji Universitetin Şamaxı filialından 138 tələbə məzun olur - FOTO02.06.2025 - 15:50
BDU-nun magistrantı Mançester Universitetinin doktorantura proqramına qəbul olunub02.06.2025 - 15:40
ADPU-nun Şamaxı filialı tələbələrinin pedaqoji təcrübəsi başa çatıb - FOTO02.06.2025 - 15:30
Azərbaycan Turizm və Menecment Universiteti növbəti dəfə beynəlxalq reytinq siyahısında02.06.2025 - 15:20
BANM və Özbəkistanın aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq sənədləri imzalanıb - FOTO02.06.2025 - 15:10
Bakı Ali Neft Məktəbində futbol oyunu keçirilib - FOTO02.06.2025 - 15:00
Beynəlxalq Türk Akademiyası ilə Polşanın elmi qurumları arasında əlaqələr genişləndiriləcək02.06.2025 - 14:50
Regionlarda elm və təhsilin keyfiyyətinin yaxşılaşdırılması - konfrans02.06.2025 - 14:40
Azərbaycan arxeoloqlarının xarici ölkədə apardığı tədqiqatların nəticələri beynəlxalq simpoziumda təqdim edilib - FOTO02.06.2025 - 14:30
Bu mövzuda vebinar keçiriləcək02.06.2025 - 14:20
Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərə interaktiv dərslər keçirilib02.06.2025 - 14:10
“Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda nöqsanlar ört-basdır edilir”02.06.2025 - 14:00
Elm və Təhsil Nazirliyinə 41 437 vətəndaş müraciəti daxil olub02.06.2025 - 13:50
Peşə təhsili üzrə milli bacarıq yarışına qeydiyyat başlayıb02.06.2025 - 13:40
Regionlarda dövlət qulluqçuları üçün növbəti təlim02.06.2025 - 13:30
Astarada məktəbin yaxınlığında yanğın olub02.06.2025 - 13:20
Bərdədə şagird məktəbin 3-cü mərtəbəsindən yıxılıb02.06.2025 - 13:10
LDU-da imtahan sessiyasına start verilib - FOTO02.06.2025 - 13:00
Bakı Slavyan Universiteti beynəlxalq reytinqdə uğur qazandı - FOTO02.06.2025 - 12:50
DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək02.06.2025 - 12:40
Bu lisey 2025/2026-cı tədris ili üçün V sinfə şagird qəbulu elan edir02.06.2025 - 12:30
BDU-da yaz imtahan sessiyası başlanıb - FOTO02.06.2025 - 12:20
İraq Respublikasının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri MEK-də olub02.06.2025 - 12:10
DİA tələbələri arasında keçirilmiş turnirin final mərhələsinə yekun vurulub - FOTO02.06.2025 - 12:00
Özbəkistanda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb - FOTO02.06.2025 - 11:50
Ən azı 350 tələbəyə təqaüd veriləcək - Nazir 02.06.2025 - 11:40
Prezident: İtaliya-Azərbaycan Universiteti uğurlu əməkdaşlıq nümunəsidir02.06.2025 - 11:30
Azad edilmiş ərazilərdə 40-dan çox məktəb açılacaq02.06.2025 - 11:20
Taksi sürücüləri üçün növbəti imtahana QEYDİYYAT02.06.2025 - 11:10
Bu fənnin MİQ mövzuları açıqlanıb02.06.2025 - 11:00
Şuşa Realnı Məktəbinin açılış TARİXİ02.06.2025 - 10:50
May ayında 13 377 müraciət daxil olub02.06.2025 - 10:40
BMU-da imtahan sessiyası başlayıb - FOTO02.06.2025 - 10:30
Koreyada təhsil alan BMU-INHA İDP tələbələri ilə görüş keçirilib - FOTO02.06.2025 - 10:20
Peşə təhsili alan 6225 şagirdə interaktiv dərslər keçirilib02.06.2025 - 10:10
Qarabağ Universitetinin İncəsənət fakültəsi tarixi binaya köçürüləcək02.06.2025 - 10:00
BDU ilə Corc Vaşinqton Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub02.06.2025 - 09:50
BANM-də tələbələr üçün maarifləndirici infosessiya keçirilib - FOTO02.06.2025 - 09:40
BSU-da yay imtahan sessiyası başlayıb02.06.2025 - 09:30