Daşkənd şəhərində keçirilən “Study in Azerbaijan” təhsil sərgisi çərçivəsində Bakı Slavyan Universitetinin (BSU) stendində “Qərbi Azərbaycana Qayıdış” Konsepsiyasının özbək dilinə tərcümə olunmuş nüsxələri təqdim edilib.
“Tehsil365” xəbər verir ki, “Qərbi Azərbaycana Qayıdış” Konsepsiyası BSU tərəfindən müxtəlif slavyan dillərinə tərcümə olunub və beynəlxalq konfranslar, həmçinin müxtəlif tədbirlərdə iştirakçılara təqdim olunur. Bu təşəbbüs Azərbaycanın tarixi və mədəni irsinin beynəlxalq müstəvidə tanıdılmasına xidmət edir.