1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı şəhərində yerləşən əyləncə mərkəzlərindən birində geniş tədbir təşkil olunub. Tədbirin təşkilatçısı Sevda Əliyeva olub.
"Tehsil365" xəbər verir ki, bayram tədbirində qazi ailələrinin uşaqları da iştirak ediblər. Onlar üçün xüsusi proqramlar hazırlanıb, əyləncəli oyunlar, musiqili çıxışlar və maraqlı şoular təqdim edilib.
Tədbirin əsas məqsədi uşaqların hüquqlarına diqqət çəkmək, onların sevinc və xoşbəxtliyini təmin etmək olub. Qazi ailələrinin övladlarına xüsusi diqqət göstərilərək onlara hədiyyələr təqdim olunub və onların cəmiyyətdəki mənəvi dəyəri yüksək qiymətləndirilib.
Sonda uşaqlara xoş arzular çatdırılıb. Qeyd olunub ki, bu cür tədbirlər uşaqların yaddaşında silinməz iz buraxır və onların sevgi dolu mühitdə böyüməsinə töhfə verir.