“Şuşada yerləşən ən böyük tarixi abidə məhz təhsil məqsədi üçün ayrılıb”.
"Tehsil365" xəbər verir ki, bunu iyunun 2-də Qarabağ Universitetində keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Biz bunun üçün ölkə rəhbərliyinə təşəkkür edirik”, – deyə nazir vurğulayıb.
O qeyd edib ki, 2026-cı ilin sentyabr ayından Qarabağ Universitetinin İncəsənət fakültəsi fəaliyyətinə məhz həmin tarixi binada – Şuşa Realnı Məktəbinin yerləşdiyi ərazidə davam edəcək.
Bu addım həm təhsilin inkişafı, həm də Şuşanın mədəni irsinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.
Qarabağ Universitetinin İncəsənət fakültəsi tarixi binaya köçürüləcək
8002.06.2025 - 10:00
