Təhsil 365 - Logo Mobile

Qarabağ Dirçəliş Fondu Qarabağ Universitetinin 50 tələbəsinə təqaüd verəcək

11203.06.2025 - 11:30
Qarabağ Dirçəliş Fondu Qarabağ Universitetinin 50 tələbəsinə təqaüd verəcək

Qarabağ Dirçəliş Fondu Xankəndi şəhərində keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda işğaldan azad olunmuş ərazilərdə insan kapitalının inkişafına yönəlmiş mühüm təşəbbüslə çıxış edib.

Fonddan “Tehsil365”ə bildirilib ki, 2025–2026-cı tədris ili üzrə Qarabağ Universitetində təhsil alan 50 tələbəyə təqaüd dəstəyi göstəriləcək. Bu, Qarabağ Dirçəliş Fondu ilə Elm və Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Təhsilin İnkişafı Fondu arasında Forum çərçivəsində rəsmi şəkildə imzalanmış əməkdaşlıq memorandumu əsasında həyata keçiriləcək.

Proqram istedadlı tələbələrin maddi cəhətdən dəstəklənməsini, onların akademik və peşəkar inkişafının təşviq olunmasını, eyni zamanda, bölgədə bilik iqtisadiyyatının formalaşmasına töhfə verilməsini nəzərdə tutur. Proqrama əsasən, seçilmiş tələbələr bir akademik il ərzində hər ay 200 manat məbləğində təqaüdlə təmin olunacaqlar. Təqaüdə namizədlər universitetin akademik göstəriciləri əsasında, Təhsilin İnkişafı Fondu ilə birgə müəyyənləşdiriləcək.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxışında qeyd edib ki, təhsil dayanıqlı inkişafın əsas aparıcı qüvvəsidir və azad edilmiş ərazilərdə əhalinin davamlı məskunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır: “Bu təqaüd proqramını dəstəkləməklə biz regionun gələcəyinə sərmayə yatırırıq. Forum çərçivəsində Fond dövlət və özəl sektor nümayəndələrini bir araya gətirən vahid platforma rolunu oynadı və bu təşəbbüsü tərəfdaşlara təqdim etməklə digər qurumları da bu prosesə qoşulmağa çağırdı”.

Qeyd olunub ki, bu təşəbbüs Qarabağ Dirçəliş Fondunun daha genişmiqyaslı təqaüd strategiyasının bir hissəsidir. Layihənin əsas məqsədi Qarabağın sosial-iqtisadi dirçəlişinə töhfə verməklə yanaşı, bölgədə insan kapitalının inkişafını dəstəkləmək və gənclərə keyfiyyətli təhsil imkanları yaratmaqdır.

Xatırladaq ki, Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu iyunun 2-də Qarabağ Universitetində təşkil olunub. Forumda elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, dövlət qurumlarının nümayəndələri, özəl sektor təmsilçiləri və ali təhsil müəssisəsinin professor-müəllim heyəti iştirak ediblər.

Aydan Ələkbərova

Xəbər Lenti

Ürək fəaliyyətinin zəif olmasının üç əsas əlaməti06.06.2025 - 08:45
Qarabağ Universitetində AMEA Rəyasət Heyətinin iclası keçirilib - FOTO06.06.2025 - 08:32
Sabah yağış yağacaq - PROQNOZ06.06.2025 - 08:20
Qarabağ Universiteti Qurban bayramı münasibətilə təbrik yayımlayıb - FOTO06.06.2025 - 07:30
Elm və Təhsil Nazirliyi Qurban bayramı münasibətilə təbrik paylaşımı edib - FOTO06.06.2025 - 07:20
Leyla Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib06.06.2025 - 07:10
Emin Əmrullayevdən Qurban bayramı ilə bağlı TƏBRİK06.06.2025 - 07:00
2025-ci il magistratura imtahanlarının nəticələri açıqlandı – ÖLKƏ BİRİNCİLƏRİ MƏLUM OLDU!06.06.2025 - 06:50
Həmyaşıdını bıçaqlayan 15 yaşlı oğlan tutuldu06.06.2025 - 06:40
Hakim Trampın Harvardda oxumaq istəyən əcnəbi tələbələrə viza qadağasını bloklayıb06.06.2025 - 06:30
Ukraynalı şagird və müəllimlər Naxçıvana səfərə gəliblər06.06.2025 - 06:20
Mehriban Əliyevadan Qurban bayramı TƏBRİKİ 06.06.2025 - 06:10
300 bal toplayan Kəlbəcər məktəblisi06.06.2025 - 06:00
Maksimum toplayan məktəblinin FOTOSU06.06.2025 - 05:50
Bakıda Qurban bayramı münasibətilə namaz qılınıb06.06.2025 - 05:00
Azərbaycanda Qurban bayramı qeyd olunur05.06.2025 - 20:20
Prezidentdən Qurban bayramı ilə bağlı paylaşım - Foto05.06.2025 - 20:05
"Microsoft"a öz brauzerinin istifadəsini təklif etmək qadağan olundu05.06.2025 - 19:40
“UFAZ Beynəlxalq Konfransı 2025: Kimya, Proseslər və Materiallar” uğurla başa çatıb05.06.2025 - 19:20
ADNSU Əl-Məktum Ali Təhsil Kolleci ilə əməkdaşlıq edəcək05.06.2025 - 19:05
“Azərbaycan tarixi xəritələrdə” atlasının onlayn versiyası təqdim edilib05.06.2025 - 16:44
Qarabağ Universitetində maarifləndirmə aksiyası keçirilib - FOTO05.06.2025 - 16:40
Gəncədə yeniyetmə bıçaqlandı - Şübhəli dostudur05.06.2025 - 16:30
Ağdamda müəllim bıçaqlanıb05.06.2025 - 16:20
ADU və Qırğızıstan universitetləri arasında elmi əlaqələr genişlənir - FOTO05.06.2025 - 16:10
Romada ADA–Luiss Forumu keçirilib - FOTO05.06.2025 - 15:54
BDU-da Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş müsabiqə - “EkoGün-2025” - FOTO05.06.2025 - 15:43
BANM tələbələri Pakistanda keçiriləcək beynəlxalq yarışda iştirak etmək şansı qazanıblar - FOTO05.06.2025 - 15:32
AMEA əməkdaşının Xorasan mədəniyyətinə dair məqaləsi beynəlxalq jurnalda dərc edilib05.06.2025 - 15:21
İmtahana 354 iştirakçı gəlmədi, 3-nün nəticəsi ləğv olundu - DİM05.06.2025 - 15:11
DİM tarix fənni ilə bağlı məlumat yaydı05.06.2025 - 14:56
300 bal toplayanlar bu məktəblərin şagirdidir - SİYAHI05.06.2025 - 14:47
27 aprel buraxılış imtahanının nəticələri AÇIQLANDI05.06.2025 - 14:35
“SOCAR” əməkdaşlarının övladlarına test imtahanı keçirilib05.06.2025 - 13:24
Yerli universitetlərə köçürülmək istəyənlərin NƏZƏRİNƏ!05.06.2025 - 13:12
Bu il BMU-nun qəbul planı artırılıb05.06.2025 - 12:58
Azərbaycanda zəlzələ olub05.06.2025 - 12:45
Dövlət qulluqçuları üçün təlimlər keçirilib - FOTO05.06.2025 - 12:32
Bu universitet əməkdaşlarını 250 manatla sevindirdi05.06.2025 - 12:21
Peşə hazırlığı kurslarını bitirən əlilliyi olan gənclərin bilik və bacarıqları qiymətləndirilib - FOTO05.06.2025 - 12:11
BMU ilə “BERC Group” arasında əməkdaşlıq olub - FOTO05.06.2025 - 12:00
RFO qaliblərinin mükafatlandırılma mərasiminin tarixi dəyişdirilib05.06.2025 - 11:50
“BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb05.06.2025 - 11:40
Ölkədə süni intellekt sahəsində yeni dövlət standartları qəbul edilib05.06.2025 - 11:30
UNEC-də beynəlxalq elmi konfransı keçiriləcək05.06.2025 - 11:20
Azərbaycan Dövlət Aqrar Universitetində “Məzun günü” keçirilib - FOTO05.06.2025 - 11:10
Cəfər Təyyarın tərcümə prinsiplərinə dair monoqrafiya nəşr olunub05.06.2025 - 10:59
Tovuzda peşə təhsili ilə bağlı birinci regional forum keçirilib05.06.2025 - 10:48