05 iyun 2025-ci il tarixində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Goranboy rayon Xoylu kənd Mübariz Fərmanov adına tam orta məktəbdə "Son zəng" tədbirinin təşkili ilə əlaqədar müəllim kollektivi və I-XI sinif rəhbərləri ilə görüş keçirildi.
“Tehsil365” xəbər verir ki, görüşdə məktəbin direktoru Sarvan Bayramov Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin 05 iyun 2025-ci il tarixli 31(1)-437 nömrəli məktubunu sinif rəhbərləri ilə paylaşdı və "Son zəng" tədbirinin qaydalara uyğun şəkildə keçirilməsinin vacibliyini diqqətə çatdırdı. O, tədbirin uğurla təşkil olunması üçün valideynlərlə maarifləndirici görüşlərin keçirilməsinin əhəmiyyətini vurğuladı.
Qeyd edirik ki, "Son zəng" tədbiri 14 iyun 2025-ci il tarixində saat 10:00-da başlayaraq ən geci 12:00-da sona çatacaq. Tədbirdə iştirak edəcək I və XI sinif şagirdləri həmrəyliyi, bərabərliyi və sadəliyi təcəssüm etdirən məktəb üçün seçilmiş geyim formalarında olmalıdırlar. Tədbir milli-mənəvi dəyərlərə uyğun hazırlanmış ssenari əsasında təşkil ediləcək.
Məktəb kollektivi və şagirdlər "Son zəng" tədbirini böyük ruh yüksəkliyi ilə qarşılayır.

