Təhsil 365 - Logo Mobile

Sabina Nasirin söz dünyası haqqında

13608.06.2025 - 14:05
Sabina Nasirin söz dünyası haqqında

Kitab haqqında fikirlərimi söyləməzdən əvvəl müəllif haqqında bir neçə kəlmə demək istərdim. Əvvəla onu qeyd edim ki, Sabina Nasir ixtisasca nə jurnalistdir, nə də filoloq. Amma söz aləminə çox bələd biridir. Gənc yazar sözə məsuliyyətlə yanaşır və məharətlə düşüncələrini, istəklərini sözlə çözə bilir. Bu həm çox gözəldir, həm də ondan irəli gəlir ki, Sabina geniş mütaliə dairəsinə malikdir.

Sabina Bakıda Mühəndislik Universitetində və Marmara Universitetində Pedaqoqika ixtisası üzrə təhsil alıb. Hazırda Təhsil İnstitutunda Pedaqoji Psixologiya ixtisası üzrə doktorant təhsilini davam etdirir.

Onun bu günlərdə “Səmada görüş” adlı əsəri "Qanun" nəşriyyatında işıq üzü gördü. Çox yüksək səviyyədə ərsəyə gələn əsərin dizaynları Kənan Eynullayev və Gülnar Məmmədkərimlidir. Doğrusunu deyim ki, ilk diqqətimi çəkən də əsərdəki rəsmlərin məzmuna uyğun verilməsi oldu.

Sabina Nasir oxucularının görüşünə bu kitabından əvvəl “Azərbaycanı tanıyaq” adlı məktəbdənkənar oxu vəsaiti ilə gəlib. O, burada məmləkətimiz haqqında çox geniş məlumat verib. İkinci dəfə isə “Səmada görüş” əsəri ilə gəlib. Əsərdə Sabina xanımın esse və şeirləri verilib. Müəllif əsərində həm Şərq ölkələrinə etdiyi səyahətdən, həm də daxili dünyasının səyahətindən bəhs edir. Sabina Nasir “bu iki aləmin kəsişdiyi nöqtədə kəşf etdiyi” həyatın, dünyanın təbii harmoniyasını oxucuları ilə bölüşməklə yanaşı onları da bu “dünya”ya səyahətə çıxarır.

Əsərdə esselərin və şeirlərin başlığı da çox ustalıqla seçilib. Məsələn, “Dönüş nöqtəsi”, “Oyanış zəngi”, “Dünyanın ailəsi”, “İşıq və kölkə”, “Ağın qaraya eşqi”, “Qələmin üsyanı”, “Nəfs və nəfəs”, “Sonsuzluğun sonu” və s. qeyd edə bilərik.

Əsərdə gənc bir ananın analıq vəzifəsini necə əks etdirməsi ustalıqla təsvir edilib. Müəllif əsərində yalnız oxucusunu bu gənc ananın həyat hekayəsi ilə tanış etməklə kifayətlənmir. O, həm də bu ananın düşüncə, arzu, istək dünyasına səyahətə dəvət edir və bir qələm əhli olaraq bu dünyanın özünəməxsus gözəlliklərini, hiss və həyəcanı sözlə açıb bəyan edir.

“Bir qadın üçün əsl xoşbəxtlik nə ola bilər” sualını verən müəllif daha sonra əminliklə yazır ki, “Ana olmaq!”. Bəli. Sabina xanım tamamilə haqlıdır. Dünyada hər bir qadın üçün ana olmaqdan gözəl, ali, müqəddəs hiss yoxdur və ola da bilməz. Ana olmaq həyatı doya-doya yaşamaq deməkdir. Ana olmaq ən böyük məsuliyyətlə yanaşı, həm də ən böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyin gözəlliyini müəllif çiçəyin, gülün gözəlliyi ilə müqayisə edir və Ana olmaq gözəlliyini dünyanın bütün gözəlliklərinin zirvəsi sanır. Odur ki, bu ülvi, müqəddəs hissləri o qədər gözəl təsvir edərək ki, “ana olmaq dünyaya yenidən doğulmaqdır” söyləyir.

“Oyanış zəngi” adlı essedə insanın həyata gəlişindən, həyatı tərk edəcəyi bir yol təsvir edilir. Müəllif bu yolu doğum, yaşam və ölüm “xətti” üzrə bəyan edir. Cəmi 4-5 cümlədən ibarət olan essedə çox böyük yaşam fəlsəfəsi var. Müəllif prosesi rəmzi mənada rəsm dərsinə bənzədərək yazır: “Onun üçün rəsm ağ səhifənin saflığını itirdiyi, ağlamanın qaralamaya döndüyü bir həyat dərsi idi”.

“Dönüş nöqtəsi”ndə isə müəllif qəhrəmanını bizə belə təqdim edir. “O gün əhvalı kədərin bənövşəyi rəngində idi”. Burada insanın yaşamaq, yaratmaq uğrunda mübarizəsini dənizdəki fırtınaya bənzədərək “dalğaların qucağında yenidən doğulub, yoxdan var olacaq” yazırdı. “Dolub-daşan bu boşluqda özünü çəkmək istəsə də, nə yer tapır, nə də vaxt” söyləyirdi. “Qaranın milyon çaları yaşanan dünya” söyləyən müəllif burada da fəlsəfi dünyasına səyahət edir.

Müəllif “İşıq və kolgə” essesində işıqla gölkənin həyatdakı yerini təsvir edir və “günəşin kölgəsi olmayan sonsuz bir dünyaya düşür” deyərək “günəşin işığı nə qədər kiçik bucaqla düşərsə, cismin kölgəsi bir o qədər böyük olur” deyərək Günəşin varlığını əks etdirir. İnsanları daima yaşamağa, yaratmağa çağıran müəllif şeirində yazır ki,

"Həkim, mənə dərman yazsan, qoy içində

Bir az gülüş, bir az da həyat eşqi olsun!"

Sabina Nasirin müraciətlərində fəlsəfi fikir hər an özünü əks etdirir və oxucunu düşündürür. Məsələn, “müasir dünyanın sürətlə qocaldığı” bir zamanda hər saat, hər an yeni texnologiyanın kəşfini “köhnə dəyərlərin yenidən doğulduğu bir dönəm” olduğu qeyd edilir.

Müəllif ölkəmizi “ruhu, sözü və torpaq bütövlüyü!” olan diyar kimi təqdim edir və xalqımızın vətənprəvərliyini, yurdsevərliyini, sözünə, əməlinə hər an sahib çıxmasını yüksək dəyərləndirir. Xoşbəxtlik kimi, mücərrəd bir məfhuma müəllif əsərində dönə-dönə müraciət edir və “niyə xoşbəxtlik anlarla” bəxş edilir sualını verən müəllif ona yenə də fəlsəfi baxımdan yanaşır. Bu həyatda hər kəsin tapındığı, sığındığı xoşbəxt anlar var və bu anların ömrünü uzatmaq üçün insan bütün varlığı ilə çalışır.

Sevil Həsənova,

Filologiya elmləri doktoru, professor

Elmina Muxtarlı

Xəbər Lenti

2 İyul - Azərbaycanda polis günüdür01.07.2025 - 20:01
Sumqayıtda “Mənəviyyat dərsləri” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi01.07.2025 - 19:50
50 yaşlı AzMİU-da “Məzun günü” – 2400-dən çox gənc yeni mərhələyə qədəm qoyur01.07.2025 - 15:45
Naxçıvan Dövlət Universitetində qabiliyyət tələb edən magistratura ixtisaslarına qeydiyyat başlayıb01.07.2025 - 15:30
Dövlət İmtahan Mərkəzi taksi sürücüləri üçün imtahan keçirəcək01.07.2025 - 15:20
Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyasının üzvlük imtahanını keçirəcək01.07.2025 - 15:10
Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib01.07.2025 - 15:00
AMEA İctimai Elmlər Bölməsində Şahbulaq Arxeoloji Kompleksinin Tədqiqi Müzakirə Edilib01.07.2025 - 14:50
Azərbaycan Milli Elmlər Akademiyası ilə TÜBİTAK arasında ilk müştərək layihə müsabiqəsi elan edilib01.07.2025 - 14:40
Dünya Bankı süni intellektin ali təhsildə tətbiqi ilə bağlı hesabat yayımladı01.07.2025 - 14:30
“Milli Proqram” çərçivəsində 27 min təlim tamamlandı – Coursera-da yeni mərhələyə start verildi01.07.2025 - 14:20
Sertifikasiya imtahanları 5 mindən çox müəllimin işdən azad olunması ilə nəticələnib – Rəqəmlər açıqlandı01.07.2025 - 14:20
İrəvan xanlığının Rusiya tərəfindən işğalına dair onlayn kitab 9 dildə təqdim edilib01.07.2025 - 14:10
Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddialar yayılıb – Nazirlikdən açıqlama gözlənilir01.07.2025 - 14:00
Təkrar sertifikasiyada 2 344 müəllim uğursuz oldu – Əmək müqavilələri ləğv ediləcək01.07.2025 - 13:50
Milli Kitabxanada professor Xəlil İsmayılovun 80 illiyinə həsr olunan sərgilər təqdim olunub-FOTO01.07.2025 - 13:40
Sertifikatlaşdırmadan keçməyən müəllimlərlə görüşlərə start verildi – BŞTİ komissiya yaratdı01.07.2025 - 13:30
“Munisnamə”nin təsəvvüf mənbəyi kimi əhəmiyyəti araşdırılıb – Yeni elmi nəşr çapdan çıxıb01.07.2025 - 13:20
Azərbaycan və Tacikistan arasında təhsil əməkdaşlığı çərçivəsində 2025–2026-cı il üzrə təqaüd proqramı elan edildi01.07.2025 - 13:00
Mingəçevir Dövlət Universitetində Məzun günü keçirilib 01.07.2025 - 12:50
ADNSU-da “Məzun Günü” qeyd edilib - FOTO 01.07.2025 - 12:40
Rezidenturaya qəbul imtahanının nəticələri elan edilib01.07.2025 - 12:30
Təkrar sertifikatlaşdırma suallarında səhv olmayıb01.07.2025 - 12:20
334 müəllim təkrar sertifikatlaşdırmada iştirak etməyib01.07.2025 - 12:10
İmtahan zamanı qaydaları pozan 4 müəllimin nəticələri ləğv olunub01.07.2025 - 12:00
Təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərin sayı 2000-i ötüb01.07.2025 - 11:50
Akademik Cəlal Əliyevin 97-ci ildönümünə həsr olunmuş tədbir təşkil edilib01.07.2025 - 11:40
“Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul üçün müraciət etmək istəyən şagirdlərin nəzərinə01.07.2025 - 11:30
PUA uçuş məlumatlarının məxfiliyinin qorunması ilə bağlı tədqiqat həyata keçirilib01.07.2025 - 11:20
Akademik Cəlal Əliyevin məzarı önündə ziyarət həyata keçirilib01.07.2025 - 11:10
Azərbaycan alimi Tokio Milli İnformatika İnstitutundan əməkdaşlıq təklifi alıb01.07.2025 - 11:00
İncəsənət məktəblərində məzmun islahatı aparılacaq01.07.2025 - 10:50
Musiqi və incəsənət müəllimləri üzrə attestasiya prosesi yekunlaşıb01.07.2025 - 10:40
Dənizdən meyiti tapılan şəxsin tələbə olduğu məlum olub01.07.2025 - 10:30
“İmtahana buraxılış vərəqəsi”ni bu şəxslər çap edə bilərlər01.07.2025 - 10:20
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşlarla görüş keçirib01.07.2025 - 10:10
Azərbaycanlı professor Vaşinqton şəhərində dünyasını dəyişdi01.07.2025 - 10:00
Azərbaycanda yeni mamır növləri ilə bağlı tədqiqat aparılıb - FOTO01.07.2025 - 09:50
İƏT Qarabağ Universiteti ilə tələbə mübadiləsi həyata keçirmək istəyir - Baş katib01.07.2025 - 09:40
İnstitut rəhbəri: Sosial şəbəkələr və süni intellekt ənənəvi təhsil modellərinin dəyişməsinə çağırışdır01.07.2025 - 09:30
Quba-Xaçmaz regionundakı liseylərin VII siniflərinə qəbul üzrə müsabiqə elan olunur01.07.2025 - 09:20
Məktəblimiz İtaliyada keçirilən yarışda gümüş medal qazandı - FOTO01.07.2025 - 09:10
Sabah hava necə olacaq?01.07.2025 - 09:00
Pedaqoji Universitet 28 ixtisaslaşma üzrə magistraturaya qəbul elan edir01.07.2025 - 08:50
BDU-nun məzunu Cənubi Koreyada magistratura təhsili alacaq01.07.2025 - 08:40
Beynəlxalq simpoziumda azərbaycanlı alimlərin məruzələri dinlənilib - FOTORA01.07.2025 - 08:30
Elm və təhsil naziri Oğuzda vətəndaşları qəbul edəcək - FOTO01.07.2025 - 08:20
"ChatGPT"nin əmək bazarına təsiri01.07.2025 - 08:10