Təhsil 365 - Logo Mobile

Tovuzda qızıl verilən müəllimlə bağlı yeni açıqlama: hüquqi çərçivəni aşmayıb...

7509.06.2025 - 15:15
Tovuzda qızıl verilən müəllimlə bağlı yeni açıqlama: hüquqi çərçivəni aşmayıb...

Xəbər verdiyimiz kimi, Tovuzda məktəb müəlliminin valideynlərdən hədiyyə qismində zinət əşyası alması ilə bağlı görüntülər yayılıb və müəllimə Günel Məmmədovaya töhmət verilib.

“Tehsil365” xəbər verir ki, məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi yeni açıqlama yayıb.

Bildirilib ki, həmin müəllim məktəb rəhbərliyinə tədbir barədə əvvəlcədən məlumat versə də, direktor tədbirin keçirilməsini uyğun hesab etməyib:

“Tovuz rayonunda müəllimə zinət əşyası təqdim olunması hadisəsinin sosial mediada müzakirəsi cəmiyyətdə korrupsiya hallarına barışmaz mövqeyin güclənməsindən xəbər verir. Bir qrup valideynlər zinət əşyasının bağışlanmasını normal hesab edirsə, digər qrup təhsildə, eləcə də bütün cəmiyyətdə “durulma” prosesinin tərəfdarı kimi prinsipial mövqe tutur. Hesab edirik ki, ikinci qrup insanların fəal vətəndaş mövqeyi və dəstəyi təhsilin sağlam dəyərlər üzərində irəliləməsinə bilavasitə təsir göstərir.

Ətraflı

Bildiririk ki, bu hadisədə adıgedən müəllim məktəb rəhbərliyinə tədbir barədə əvvəlcədən məlumat verib, lakin direktor bu tədbirin keçirilməsini uyğun hesab etməyib. Buna baxmayaraq müəllim məktəbin və özünün nüfuzuna mənfi təsir göstərmiş bu tədbirdə iştirak edib (24 may tarixində) və məktəb rəhbərliyinin haqlı olduğunu “sübut” edib.    

Töhmətin məğzi uyğunsuzluğu müzakirə edilmiş məsələyə müəllimin etinasız yanaşması ilə bağlıdır və intizam tənbehi iş günündə (5 iyun tarixində) verilməklə hüquqi çərçivəni aşmayıb.

Müəllim və valideynlərin tədris ilinin sonunda təmtəraqlı ziyafətlər təşkil etməsi isə başqa bir müzakirənin mövzusudur. Şagirdlərə heç bir inkişafetdirici təsiri olmayan, əksinə maliyyə və vaxt resurslarının lüzumsuz istifadəsinə gətirən bu cür tədbirlərin yolverilməzliyini pedaqoqlar dəfələrlə vurğulayıblar. Biz bu məsələdə daha optimal və öyrədici tədbirlərə üz tutmağı tövsiyə edirik.

Bir daha bütün maraqlı tərəfləri sağlam təhsil mühiti naminə etik davranış normalarına əməl etməyə çağırırıq”.

Elmina Muxtarlı

Xəbər Lenti

BDU komandası respublika üzrə proqramlaşdırma müsabiqəsində III yeri tutub03.03.2026 - 12:28
Türkoloji Araşdırmalar İnstitutunun müəllimi: Türk dünyasının birliyi elmi və siyasi əsaslara söykənir03.03.2026 - 12:19
WUF13 şəhərsalma ilə bağlı aktual məsələləri müzakirə etmək üçün qlobal platformadır - FOTO03.03.2026 - 12:09
Direktorlar üçün növbəti təlim-seminarlar keçirilib03.03.2026 - 11:51
Rəqəmsal bacarıqlar üzrə diaqnostik qiymətləndirilmə keçirilib 03.03.2026 - 11:40
BSU Polşa Respublikasının iki universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb - FOTOLAR03.03.2026 - 11:29
NDU-da “Nanomateriallar və nanotexnologiyalar energetikada” monoqrafiyasının təqdimatı keçirilib - FOTO03.03.2026 - 11:18
“Sabahın alimləri” müsabiqəsinin milli final mərhələsi başlayıb - FOTOLAR03.03.2026 - 11:07
“Sabahın alimləri” müsabiqəsində mina təhlükəsinə qarşı yeni layihə təqdim olundu03.03.2026 - 10:55
Nazir şagirdlərin layihələrini izlədi - FOTO03.03.2026 - 10:44
Sabah hava necə olacaq? 03.03.2026 - 10:37
Bəşarət Məmmədovun anası dünyasını dəyişdi 03.03.2026 - 10:31
“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb03.03.2026 - 10:23
“Məktəbli avtobusları”nın genişləndirilməsi və tariflərin tənzimlənməsi təklif olunur03.03.2026 - 10:11
100-dən çox ölkə arasında Azərbaycan layihələri uğurla təmsil olunur03.03.2026 - 10:03
Tarixi hadisələrin dəyişməsi elmi araşdırmalarla bağlıdır — Səbuhi Kamal03.03.2026 - 09:55
Magistraturaya qəbulun ikinci cəhdin tarixi açıqlandı03.03.2026 - 09:51
Bu dərs vəsaitləri də dövlət hesabına verilə bilər03.03.2026 - 09:40
“Kompozisiyanın əsasları” adlı təlim proqramı elan edilib03.03.2026 - 09:30
İlin ilk Ay tutulması başlayıb03.03.2026 - 09:20
BDU-da “Danışır təcrübə” layihəsinin ilk görüşü - FOTO03.03.2026 - 09:09
“Sabahın alimləri” müsabiqəsi 760 layihə ilə davam edir03.03.2026 - 08:59
Firudin Qurbanov: "Bu gün məzun iş axtarmamalıdır" 03.03.2026 - 08:47
İranda 168 şagirdin dəfn mərasimi keçirilir03.03.2026 - 08:35
Vokal sənəti ixtisasına qəbul şərtləri yeniləndi03.03.2026 - 08:29
Həmkarlar İttifaqı üzvləri həftəsonu istirahətə qatılıblar03.03.2026 - 08:21
“Dəyərlərimizi qoruyaq!” layihəsinə start verilib03.03.2026 - 08:11
Bu qədər şagird buraxılış imtahanı üçün qeydiyyatdan keçib03.03.2026 - 08:00
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət etdi - VİDEO03.03.2026 - 07:49
DİM bu şəxslərə müraciət etdi03.03.2026 - 07:38
Bu gün hava necə olacaq? 03.03.2026 - 07:30
Bu gün Od çərşənbəsidir03.03.2026 - 07:21
BSU-da “Dil-dialoq məkanı kimi: Azərbaycan - Polşa münasibətləri” mövzusunda konfrans keçirilib03.03.2026 - 07:10
1992-ci il: Qarabağ müharibəsində Mi-26 helikopteri vuruldu03.03.2026 - 07:00
2010-cu il: Şəmkirdə Su-25 təyyarə qəzası03.03.2026 - 06:36
Əliheydər Ələkbərov haqqında xəbər03.03.2026 - 06:18
Əşrəf bəy Tağıyev haqqında xəbər03.03.2026 - 06:00
İlham Zəkiyev haqqında xəbər03.03.2026 - 05:42
Novruz Əliyev haqqında xəbər03.03.2026 - 05:18
Fərman Kərimzadə haqqında xəbər03.03.2026 - 05:06
Fəzilə Səmədova haqqında xəbər03.03.2026 - 04:54
Həkimə Billuri haqqında xəbər03.03.2026 - 04:36
Manaf Süleymanov haqqında xəbər03.03.2026 - 04:18
Abbas Rzayev haqqında xəbər03.03.2026 - 04:00
Naxçıvanda 17 yeni STEAM otağı yaradılıb rn 02.03.2026 - 19:56
Dünyanın ən qədim mağara rəsmləri tapıldı: 67.000 il yaşı var02.03.2026 - 19:50
"Grok" səsinizi kopiyalayacaq: "iOS" üçün yeni funksiya üzə çıxdı02.03.2026 - 19:44
İranda məktəblər distant təhsilə keçirildi02.03.2026 - 19:40