Təhsil 365 - Logo Mobile

Bu gün Xalq artisti Səid Rüstəmovun anım günüdür -FOTO

9610.06.2025 - 08:00
Bu gün Xalq artisti Səid Rüstəmovun anım günüdür -FOTO

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simaları arasında Səid Rüstəmovun öz yeri, dəst-xəti var. Onun musiqi dili anlaşıqlı və yaddaqalandır. Yüksək xalq sevgisindən yaranan bu musiqi insanların qəlbinə yol tapmağa, onların hisslərinə hakim kəsilməyə qadirdir. Professional musiqimizin, milli bəstəkarlıq məktəbinin banisi dahi Üzeyir bəydən dərs alan və onun yolunu, musiqi irsini layiqincə davam etdirən Səid Rüstəmovun adı musiqi tariximizin səhifələrinə əbədi yazılıb. O, görkəmli bəstəkar olmaqla yanaşı, pedaqoq, dirijor, ictimai xadim kimi də müstəsna xidmətləri ilə özünə əbədiyaşarlıq qazanıb.

“Tehsil365” xəbər verir ki, bu gün görkəmli bəstəkar və pedaqoq, Xalq artisti Səid Rüstəmovun vəfatından 42 il ötür.

Səid Əli oğlu Rüstəmov 1907-ci il mayın 12-də indi Ermənistan ərazisi olan tarixi yurdumuzda - İrəvanda anadan olub. Erkən yaşından atasını itirən Səid qardaşlarının himayəsində böyüyür. 1919-cu ildə erməni quldur dəstələrinin qırğınlarından qurtulmaq üçün ailəsi Gəncəyə, 1920-ci ildə isə Ağdaş rayonuna köçür. Ağdaşda yaşadığı illər balaca Səidin sənətə olan ilk maraq dövrüdür. Burada özfəaliyyət dərnəyində pianoda çalmağı öyrənir.

Tezliklə Rüstəmovlar ailəsi Bakıya köçür. Səid Müəllimlər Seminariyasına daxil olur, burada musiqi dərslərində truba çalmağı öyrənir. Həyatında baş verən maraqlı bir hadisə onu musiqi sənəti ilə demək olar ki, əbədi qovuşdurur. Bu xatirə bəstəkara həsr olunan radiooçerklərin birində öz dilindən belə səslənib...

“Həm musiqi, həm də rəsm dərslərini eyni məktəbdə keçirdik. Bir gün rəsm məşğələsindən çıxmışdım. Otaqların birindən gələn piano səsi məni valeh etdi. Ayaq saxlayıb qulaq asmağa başladım. Birdən müəllimlərdən biri mənə yaxınlaşdı və dedi: Nə üçün burada durmusan? Cavabında - eşitdiyim musiqi çox xoşuma gəlir, ona qulaq asıram - dedim. Müəllim mənim musiqiyə münasibətimi soruşdu. Mən də bu sənətə olan böyük məhəbbətimi və həm piano, həm də truba alətlərində ifa edə bildiyimi söylədim. O, mənim başımı sığallayıb musiqi səsi gələn otağın qapısını açdı, əlimdən tutdu və biz içəri daxil olduq. Piano arxasında mehriban çöhrəli bir kişi əyləşmişdi. Onlar salamlaşdılar. Sonra müəllim məni o şəxsə təqdim edib - bu uşağın yaxşı musiqi duyumu var - dedi. Beləliklə, onlar birlikdə mənim musiqi qabiliyyətimi, ifa bacarığımı yoxladılar. Nəhayət, mən başa düşdüm ki, bu mehriban şəxs Üzeyir bəydir. Beləliklə, Üzeyir bəy məni dərhal musiqi texnikumunun tar sinfinə göndərdi. O gündən də həm mənə atalıq qayğısı göstərdi, həm də sənət yolumu müəyyən etdi”.

Səid Rüstəmov musiqi texnikumunda muğamları ustad tarzən Mənsur Mənsurovdan, not dərslərini isə dahi Üzeyir bəydən alır. O, istedadlı və bacarıqlı bir tələbə kimi bütün müəllimlərin rəğbətini qazanır. 1929-cu ildə, yəni musiqi texnikumunu bitirməzdən bir il əvvəl həmin məktəbdə tar müəllimi kimi fəaliyyətə başlayır.

1930-cu ildən fəaliyyətə başlayan bəstəkarın ilk əsəri də S.Vurğunun sözlərinə bəstələdiyi “Pioner” marşı olur.

1931-ci ildə dahi Üzeyir bəyin təşkil etdiyi ilk notlu xalq çalğı alətləri orkestri Səid Rüstəmovun yaradıcılığında xüsusi rol oynayır. Üzeyir bəy onu orkestrə həm tarzən, həm də konsertmeyster təyin edir. Gənc Səid burada dünya klassiklərinin əsərləri ilə tanış olur, özü də bu üslubda əsərlər yazmağa başlayır. Bəstəkarın “Bayatı-Kürd” fantaziyası bu əsərlərindəndir. “Yaxan düymələ” və “Yadıma düşdü” xalq mahnılarını ilk dəfə xalq çalğı alətləri orkestri üçün məhz S.Rüstəmov işləyib. O, 1935-ci ildən ömrünün sonuna qədər orkestrin bədii rəhbəri və baş dirijoru olub. Bu illər ərzində orkestrin ifaçılıq imkanları xeyli genişlənmiş və daha da təkmilləşmişdir.

Müxtəlif musiqi janrlarına müraciət edən S.Rüstəmovun əsərləri zaman, məkan baxımından köhnəlməyən, daim aktualdır. Mahnı S. Rüstəmov yaradıcılığının ən səciyyəvi janrıdır. Məzmun baxımından bu mahnılar çoxşaxəlidir. Belə ki, vətənpərvərlik, əmək- zəhmət, lirik-məhəbbət hisslərini ifadə edən bədii məzmun S.Rüstəmovun musiqisi ilə vəhdət təşkil edir. Bu mahnılardan “Oxu, gözəl”, “Hardasan?”, “Həkim qız”, “Getmə-getmə”, “Haralısan?”, “Bənövşə”, “İntizar”, “Sürəyya”, “Sumqayıt”, “Yürüş marşı”, “Cəbhəyə”, “Qurban adına”, “Sənindir” və başqalarının adını çəkə bilərik. Bu nəğmələr Bülbül, Şövkət Ələkbərova, Rəşid Behbudov, Gülağa Məmmədov, Sara Qədimova və bu kimi unudulmaz sənətkarlarımızın ifasında səslənərək sevilib, yaddaşlara həkk olunub və bu gün də ifaçıların repertuarında geniş yer tutur. Uşaqları unutmayan S. Rüstəmov onlar üçün də bir neçə gözəl nəğmə bəstələyib.

Bəstəkar 1935-ci ildə “Tar məktəbi” adlı ilk tədris vəsaitini yazıb. Bu qiymətli əsər bir neçə dəfə nəşr olunub. Bütün ustad tarzənlər bu mənbəyə müraciət edib və bugünkü nəsil də ondan bəhrələnir.

İlk dəfə aşıq musiqisi nümunələrini məhz Səid Rüstəmov nota köçürmüşdü. Daha sonra - 1938-ci ildə ustad xanəndə Cabbar Qaryağdıoğlunun ifasından 50 xalq mahnısını nota salmışdır. Bundan əlavə “100 xalq mahnısı” məcmuəsi, bir neçə mahnı və rəqslərin orkestr üçün işlənməsi də məhz S.Rüstəmov yaradıcılığına aiddir.

Dahi bəstəkar Üzeyir bəyin vəfatından sonra Azərbaycan Bəstəkarlar İttifaqına S.Rüstəmov rəhbərlik edib (1949-1953-cü illər).

1983-cü il iyunun 10-da vəfat edən Səid Rüstəmovun adı Azərbaycan musiqi sənəti tarixində daim yaşayacaq. O, bənzərsiz yaradıcılığı ilə əbədiyaşarlıq qazanıb.

Ramidə Əliyeva

Xəbər Lenti

Heqset: ABŞ İran üzərində tam və qəti qələbəyə qədər geri çəkilməyəcək10.03.2026 - 13:05
Bəhreyn 100-dən çox İran raketinin məhv edildiyini bildirib10.03.2026 - 12:55
Beynəlxalq Muğam Mərkəzində bahar təravətli musiqi gecəsi10.03.2026 - 12:45
Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün imtahana qeydiyyat başlanıb10.03.2026 - 12:35
“Proqramlaşdırma texnologiyaları” adlı dərs vəsaiti hazırlanıb10.03.2026 - 10:10
"Valideyn dəstəyi şagirdlərin motivasiyasını artırır" - Validə Quliyeva 10.03.2026 - 09:54
Nevroloq: “Uşaqlarda diqqət və yaddaş problemlərinə vaxtında diqqət yetirmək vacibdir”10.03.2026 - 09:44
Qaçmağın sağlamlığa faydaları – mütəxəssislər nə deyir? 10.03.2026 - 09:39
Sumqayıt məktəblisi turnurin qalibi oldu10.03.2026 - 09:30
Sağlam yuxu üçün 7 qızıl qayda10.03.2026 - 09:25
D Vitamini - Faydaları, çatışmazlıq əlamətləri və artıran qidalar10.03.2026 - 09:15
İnfarkt və insult riskini artıran məhsullar açıqlanıb10.03.2026 - 09:07
Psixi sağlamlığınızı qorumağın 4 qızıl qaydası10.03.2026 - 09:00
Qəhvənin ziyanı...10.03.2026 - 08:54
ABŞ universitetində qalmaqal: rektor istefa verdi10.03.2026 - 08:47
Süni intellekt inteqrasiyası: İnsansız iş dünyası mümkün deyil10.03.2026 - 08:40
Ürəyin 1 nömrəli dərmanı bu meyvədir10.03.2026 - 08:34
Darçın və sarıkökün təhlükəsi barədə xəbərdarlıq 10.03.2026 - 08:25
"Google Translate"də yeni funksiya tətbiq ediləcək10.03.2026 - 08:16
Qrip və ya COVID-dən sonra zəiflik niyə keçmir? - təhlükə əlamətləri10.03.2026 - 08:08
Bu meyvələr qorxunc xəstəliklərə səbəb olur10.03.2026 - 08:00
Beyni gəncləşdirən vasitələr10.03.2026 - 07:51
Bitkilərin enerji sistemi ilə bağlı yeni kəşf10.03.2026 - 07:42
DİM tərəfindən imtahan keçirilib10.03.2026 - 07:35
Buraxılış imtahanının doğru cavabları açıqlandı10.03.2026 - 07:27
Şagirdlərdən Milli Teatr Günü ilə bağlı səhnəcik10.03.2026 - 07:20
Günün havası...10.03.2026 - 07:12
Bu gün Yel çərşənbəsidir10.03.2026 - 07:06
Nəsibə Zeynalova: Azərbaycan Teatr və Kino Sənətinin Parlaq Ulduzu10.03.2026 - 07:00
Nadir Qasımov: Azərbaycan Rəssamlığının Parlaq Ulduzu10.03.2026 - 06:36
İmam Mustafayev: Azərbaycan İctimai-Siyasi Həyatının və Elminin Görkəmli Xadimi10.03.2026 - 06:18
Çimnaz Aslanova: Azərbaycan Dövlətçiliyi və İctimai Həyatının Görkəmli Xadimi10.03.2026 - 06:00
Mehdi Hüseynov: Azərbaycan Ədəbiyyatının Görkəmli Yazıçısı və Tənqidçisi10.03.2026 - 05:42
Novruzəli Məmmədov: Azərbaycan Filologiyasının Görkəmli Alimi və Pedaqoqu10.03.2026 - 05:18
Mirzə Fətəli Axundov: Azərbaycan Dramaturgiyası və Maarifçiliyinin Banisi10.03.2026 - 05:06
Rzayev Rail Qurban oğlu: Azərbaycanın Hərbi Sənayesində Parlaq Komandan10.03.2026 - 04:54
Canəli Əkbərov: Azərbaycan Musiqisinin Unudulmaz Səsi10.03.2026 - 04:36
Qəmər Almaszadə: Azərbaycanın İlk Balerinası və Balet Sənətinin Parlaq Siması10.03.2026 - 04:18
Mustafa Mərdanov: Azərbaycan Teatr və Kino Sənətinin İşıqlı Ulduzu10.03.2026 - 04:00
Bu gün Yel çərşənbəsidir09.03.2026 - 20:01
İmtahana nəticələri bu tarixdə açıqlanacaq09.03.2026 - 10:45
9 nəfər imtahandan xaric edilib 09.03.2026 - 10:35
58 mindən çox şagird imtahan verdi09.03.2026 - 10:25
Sabah yağış yağacaq09.03.2026 - 08:20
Ötən gün yer kürəsində maqnit fırtınası olub09.03.2026 - 07:15
Leyla Əliyeva "Mənzərəyə açılan ev" sərgisində iştirak edib09.03.2026 - 07:00
Rektor: 25 tələbə Polşada mübadilə proqramlarında iştirak edəcək09.03.2026 - 05:40
Bu gün hava necə olacaq? 09.03.2026 - 05:23