Təhsil 365 - Logo Mobile

Bu gün Xalq artisti Səid Rüstəmovun anım günüdür -FOTO

9310.06.2025 - 08:00
Bu gün Xalq artisti Səid Rüstəmovun anım günüdür -FOTO

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simaları arasında Səid Rüstəmovun öz yeri, dəst-xəti var. Onun musiqi dili anlaşıqlı və yaddaqalandır. Yüksək xalq sevgisindən yaranan bu musiqi insanların qəlbinə yol tapmağa, onların hisslərinə hakim kəsilməyə qadirdir. Professional musiqimizin, milli bəstəkarlıq məktəbinin banisi dahi Üzeyir bəydən dərs alan və onun yolunu, musiqi irsini layiqincə davam etdirən Səid Rüstəmovun adı musiqi tariximizin səhifələrinə əbədi yazılıb. O, görkəmli bəstəkar olmaqla yanaşı, pedaqoq, dirijor, ictimai xadim kimi də müstəsna xidmətləri ilə özünə əbədiyaşarlıq qazanıb.

“Tehsil365” xəbər verir ki, bu gün görkəmli bəstəkar və pedaqoq, Xalq artisti Səid Rüstəmovun vəfatından 42 il ötür.

Səid Əli oğlu Rüstəmov 1907-ci il mayın 12-də indi Ermənistan ərazisi olan tarixi yurdumuzda - İrəvanda anadan olub. Erkən yaşından atasını itirən Səid qardaşlarının himayəsində böyüyür. 1919-cu ildə erməni quldur dəstələrinin qırğınlarından qurtulmaq üçün ailəsi Gəncəyə, 1920-ci ildə isə Ağdaş rayonuna köçür. Ağdaşda yaşadığı illər balaca Səidin sənətə olan ilk maraq dövrüdür. Burada özfəaliyyət dərnəyində pianoda çalmağı öyrənir.

Tezliklə Rüstəmovlar ailəsi Bakıya köçür. Səid Müəllimlər Seminariyasına daxil olur, burada musiqi dərslərində truba çalmağı öyrənir. Həyatında baş verən maraqlı bir hadisə onu musiqi sənəti ilə demək olar ki, əbədi qovuşdurur. Bu xatirə bəstəkara həsr olunan radiooçerklərin birində öz dilindən belə səslənib...

“Həm musiqi, həm də rəsm dərslərini eyni məktəbdə keçirdik. Bir gün rəsm məşğələsindən çıxmışdım. Otaqların birindən gələn piano səsi məni valeh etdi. Ayaq saxlayıb qulaq asmağa başladım. Birdən müəllimlərdən biri mənə yaxınlaşdı və dedi: Nə üçün burada durmusan? Cavabında - eşitdiyim musiqi çox xoşuma gəlir, ona qulaq asıram - dedim. Müəllim mənim musiqiyə münasibətimi soruşdu. Mən də bu sənətə olan böyük məhəbbətimi və həm piano, həm də truba alətlərində ifa edə bildiyimi söylədim. O, mənim başımı sığallayıb musiqi səsi gələn otağın qapısını açdı, əlimdən tutdu və biz içəri daxil olduq. Piano arxasında mehriban çöhrəli bir kişi əyləşmişdi. Onlar salamlaşdılar. Sonra müəllim məni o şəxsə təqdim edib - bu uşağın yaxşı musiqi duyumu var - dedi. Beləliklə, onlar birlikdə mənim musiqi qabiliyyətimi, ifa bacarığımı yoxladılar. Nəhayət, mən başa düşdüm ki, bu mehriban şəxs Üzeyir bəydir. Beləliklə, Üzeyir bəy məni dərhal musiqi texnikumunun tar sinfinə göndərdi. O gündən də həm mənə atalıq qayğısı göstərdi, həm də sənət yolumu müəyyən etdi”.

Səid Rüstəmov musiqi texnikumunda muğamları ustad tarzən Mənsur Mənsurovdan, not dərslərini isə dahi Üzeyir bəydən alır. O, istedadlı və bacarıqlı bir tələbə kimi bütün müəllimlərin rəğbətini qazanır. 1929-cu ildə, yəni musiqi texnikumunu bitirməzdən bir il əvvəl həmin məktəbdə tar müəllimi kimi fəaliyyətə başlayır.

1930-cu ildən fəaliyyətə başlayan bəstəkarın ilk əsəri də S.Vurğunun sözlərinə bəstələdiyi “Pioner” marşı olur.

1931-ci ildə dahi Üzeyir bəyin təşkil etdiyi ilk notlu xalq çalğı alətləri orkestri Səid Rüstəmovun yaradıcılığında xüsusi rol oynayır. Üzeyir bəy onu orkestrə həm tarzən, həm də konsertmeyster təyin edir. Gənc Səid burada dünya klassiklərinin əsərləri ilə tanış olur, özü də bu üslubda əsərlər yazmağa başlayır. Bəstəkarın “Bayatı-Kürd” fantaziyası bu əsərlərindəndir. “Yaxan düymələ” və “Yadıma düşdü” xalq mahnılarını ilk dəfə xalq çalğı alətləri orkestri üçün məhz S.Rüstəmov işləyib. O, 1935-ci ildən ömrünün sonuna qədər orkestrin bədii rəhbəri və baş dirijoru olub. Bu illər ərzində orkestrin ifaçılıq imkanları xeyli genişlənmiş və daha da təkmilləşmişdir.

Müxtəlif musiqi janrlarına müraciət edən S.Rüstəmovun əsərləri zaman, məkan baxımından köhnəlməyən, daim aktualdır. Mahnı S. Rüstəmov yaradıcılığının ən səciyyəvi janrıdır. Məzmun baxımından bu mahnılar çoxşaxəlidir. Belə ki, vətənpərvərlik, əmək- zəhmət, lirik-məhəbbət hisslərini ifadə edən bədii məzmun S.Rüstəmovun musiqisi ilə vəhdət təşkil edir. Bu mahnılardan “Oxu, gözəl”, “Hardasan?”, “Həkim qız”, “Getmə-getmə”, “Haralısan?”, “Bənövşə”, “İntizar”, “Sürəyya”, “Sumqayıt”, “Yürüş marşı”, “Cəbhəyə”, “Qurban adına”, “Sənindir” və başqalarının adını çəkə bilərik. Bu nəğmələr Bülbül, Şövkət Ələkbərova, Rəşid Behbudov, Gülağa Məmmədov, Sara Qədimova və bu kimi unudulmaz sənətkarlarımızın ifasında səslənərək sevilib, yaddaşlara həkk olunub və bu gün də ifaçıların repertuarında geniş yer tutur. Uşaqları unutmayan S. Rüstəmov onlar üçün də bir neçə gözəl nəğmə bəstələyib.

Bəstəkar 1935-ci ildə “Tar məktəbi” adlı ilk tədris vəsaitini yazıb. Bu qiymətli əsər bir neçə dəfə nəşr olunub. Bütün ustad tarzənlər bu mənbəyə müraciət edib və bugünkü nəsil də ondan bəhrələnir.

İlk dəfə aşıq musiqisi nümunələrini məhz Səid Rüstəmov nota köçürmüşdü. Daha sonra - 1938-ci ildə ustad xanəndə Cabbar Qaryağdıoğlunun ifasından 50 xalq mahnısını nota salmışdır. Bundan əlavə “100 xalq mahnısı” məcmuəsi, bir neçə mahnı və rəqslərin orkestr üçün işlənməsi də məhz S.Rüstəmov yaradıcılığına aiddir.

Dahi bəstəkar Üzeyir bəyin vəfatından sonra Azərbaycan Bəstəkarlar İttifaqına S.Rüstəmov rəhbərlik edib (1949-1953-cü illər).

1983-cü il iyunun 10-da vəfat edən Səid Rüstəmovun adı Azərbaycan musiqi sənəti tarixində daim yaşayacaq. O, bənzərsiz yaradıcılığı ilə əbədiyaşarlıq qazanıb.

Ramidə Əliyeva

Xəbər Lenti

Bakıda “Turan Balabilgə Akademiyası” təsis olunub09.12.2025 - 19:56
GDU “Yenilikçi və inkişaf mükafatı”na layiq görülüb09.12.2025 - 19:49
ADU-nun rektoruna Kişineu Pedaqoji Universitetinin ali mükafatı təqdim olunub09.12.2025 - 19:44
Ümumi təhsildə keyfiyyətin yüksəldilməsinə dair beynəlxalq konfrans keçirilib09.12.2025 - 19:29
Nazirliklər arasında əməkdaşlıq müzakirə olunub09.12.2025 - 19:26
ADU TGT üzvləri III Beynəlxalq Konfransda fəal iştirak ediblər09.12.2025 - 19:15
“Birinci Türkoloji Qurultayın 100 illiyi: əlifba məsələləri” - ADPU-da elmi seminar09.12.2025 - 19:14
AMEA və Yunus Əmrə İnstitutunun əməkdaşlığı elmi birliyiə mühüm töhfə verir09.12.2025 - 18:58
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib09.12.2025 - 18:46
Biləsuvarda dəhşətli qəza — BDU məzunu həyatını itirdi09.12.2025 - 18:32
Yeni “Radio jurnalistikası” dərsliyi işıq üzü gördü09.12.2025 - 18:17
“Keyfiyyət elçiləri” klubu ilk iclasını keçirərək rəsmi fəaliyyətə başlayıb09.12.2025 - 18:00
Cenevrədə Azərbaycanın milli musiqiləri təqdim olunub09.12.2025 - 17:45
Qusar məktəbliləri badminton yarışının qalibi olub09.12.2025 - 17:35
Məşhur Britaniya məktəbi Bankokda filial açır09.12.2025 - 17:20
İlqar Əliyev memarlıq üzrə fəlsəfə doktoru dərəcəsi alıb09.12.2025 - 17:15
BMU ilə “Turan Volts Energy” arasında memorandum imzalanıb09.12.2025 - 17:05
Ulu öndərin anım günü münasibətilə ekskursiyalara start verilib09.12.2025 - 17:00
AzMİU tələbəsinin startapı beynəlxalq proqramın ilk yeddiliyinə düşdü09.12.2025 - 16:45
Cəmilə Ağamalıyeva fəlsəfə doktoru elmi dərəcəsi alıb09.12.2025 - 16:30
“Region ölkələrinin tolerantlıq təcrübələri və yanaşmaları” mövzusunda tələbə konfransı keçirilib09.12.2025 - 16:15
ADU-nun əməkdaşları Mingəçevirdə keçirilən III Beynəlxalq Konfransda iştirak ediblər09.12.2025 - 16:00
“Bodenştedt oğrudurmu, doğrudurmu?” kitabı ətrafında müzakirə keçirilib09.12.2025 - 15:45
“Ədəbiyyatşünaslıqda sosioloji metod” mövzusunda elmi seminar keçirilib09.12.2025 - 15:15
Kamal Abdullaya Kişinyov Pedaqoji Universitetinin fəxri doktoru adı və ali mükafatı təqdim olunub09.12.2025 - 15:00
Hindistanda yeni dərslikləri terrorizm və Çinlə bağlı məzmunlarla nəşr edilib09.12.2025 - 13:57
Esseksdə məktəb rəhbərliyi dəyişdikdən sonra valideynlər narazılıq bildirir09.12.2025 - 13:44
Şəxsi tapşırıqların gözlənilməz təsirləri gözlənilməz nəticələrə səbəb ola bilər09.12.2025 - 13:31
İngiltərədə məktəblərdə dörd günlük tədris həftəsinə maraq artır09.12.2025 - 13:18
Slovakiya Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyevi Bratislavada səmimiyyətlə qarşıladı09.12.2025 - 13:05
Bakıda “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: Təcrübələr və yeni yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilir09.12.2025 - 12:52
General-mayor Kris MakKininin Azərbaycana səfəri ikitərəfli müdafiə əməkdaşlığını möhkəmləndirib09.12.2025 - 12:39
ABŞ-ın Bakıdakı Səfirliyi və Azərbaycan Dövlət Dəniz Akademiyası arasında əməkdaşlıq müzakirə olunub09.12.2025 - 12:26
Astara şəhərində Osman Sarıvəllinin 120 illiyi qeyd olundu09.12.2025 - 12:13
"Azərbaycanın tarixində Fətəli xan Xoyskinin rolu” adlı konfrans keçirilib 09.12.2025 - 12:00
ADAU-da akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi qeyd olunub09.12.2025 - 11:55
Azərbaycan və Pakistanın kimyaçı-alimləri birgə tədqiqat aparıblar09.12.2025 - 11:50
Paytaxt məktəblərində elektron jurnallar tətbiq olunur09.12.2025 - 11:40
"Ənənəvi sistem dəyişir, əsas hədəf davamlı inkişafdır"09.12.2025 - 11:30
"İslam dünyasında süni intellekt indeksinin təqdimatı" adlı konfrans keçirilib 09.12.2025 - 11:10
AMEA rəhbəri Çin Elm və Texnologiya direktoru ilə görüşüb09.12.2025 - 11:10
Yaqub Mahmudovun yetirmələrinin sayı 80-ə çatdı09.12.2025 - 11:00
"Xəstəlikləri aşkara çıxaran süni intellekt tətbiqlərinə patentlər verilməlidir"09.12.2025 - 11:00
"Azərbaycanda ən çox özbək tələbə Bakı Ali Neft Məktəbində təhsil alır"09.12.2025 - 10:50
“Ədəbiyyatşünaslıqda sosioloji metod” mövzusunda elmi seminar keçirilib09.12.2025 - 10:44
ADNSU “Green Metric 2025” reytinqində ciddi irəliləyiş əldə edib09.12.2025 - 10:35
“Region ölkələrinin tolerantlıq təcrübələri və yanaşmaları” mövzusunda tələbə konfransı keçirilib09.12.2025 - 10:32
KİM-də Bəxtiyar Vahabzadənin yubileyi münasibətilə sərgi09.12.2025 - 10:28