SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov I kursda təhsil alan (Foundation) tələbələr və onların müəllimləri ilə görüşüb.
İnstitutdan "Tehsil365"ə bildirilib ki, rektor tələbələri IELTS imtahanlarında yüksək nəticələrinə görə təbrik edib, müəllimlərə təşəkkürünü bildirib.
Qeyd edilib ki, bu il 22 tələbə 8.0 bal, 45 tələbə 7.5, 57 tələbə 7.0, 59 tələbə 6.5, 41 tələbə isə 6.0 bal toplayıb.