Təhsil 365 - Logo Mobile

Kolleclərin fəaliyyətində dəyişiklik zəruridir - Agentlik direktoru

7110.06.2025 - 12:00
Kolleclərin fəaliyyətində dəyişiklik zəruridir - Agentlik direktoru

“Kolleclərin fəaliyyətində sistem dəyişikliyi zəruridir”.


“Tehsil365” xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) direktoru Ülkər Səttarova ASAN TV-də yayımlanan "QəbuldASAN" verilişində çıxışı zamanı bildirib.


Ülkər Səttarova tədris prosesində hələ də açıq qalan məsələlərin mövcud olduğunu deyib: “Orta ixtisas təhsil müəssisələrinin tədrisində həm ixtisas fənləri, həm də ümumtəhsil fənləri yer alır. Bildiyiniz kimi, bu müəssisələrə 9-cu sinif bazasından qəbul da həyata keçirilir. Prosesi izlədikdə görürük ki, bu sahəyə nazirlik səviyyəsində daha çox diqqətin yönəldilməsinə ciddi ehtiyac var”.


Agentlik rəhbəri əlavə edib ki, son bir il ərzində bu sahədə müəyyən yeniliklər həyata keçirilib: “Orta ixtisas təhsili müəssisələrinə yeni rəhbərlər təyin olunub. Onların əksəriyyəti aparıcı ali təhsil müəssisələrinin ikili diplom proqramlarının məzunları və xaricdə təhsil almış şəxslərdir. Düşünürük ki, bu kadrların idarəetməyə cəlbi öz müsbət təsirini göstərəcək”.


Ülkər Səttarova qeyd edib ki, yalnız kadr yenilənməsi ilə kifayətlənmək olmaz. Bu sahədə həm sistemli islahatlara, həm də qanunvericilikdə dəyişiklik və əlavələrə ehtiyac var. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi bu istiqamətdə Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edir.

Gülgəz Qasımzadə

Xəbər Lenti

7 dekabr 1947 — Sənətşünaslıq doktoru, professor Cəmilə Həsənzadə anadan olub07.12.2025 - 05:57
7 dekabr 2010 — Əməkdar incəsənət xadimi, şair Ramiz Heydər vəfat edib07.12.2025 - 05:44
7 dekabr 2021 — Tanınmış dilçi alim Qara Məşədiyev vəfat edib07.12.2025 - 05:31
Azərbaycanın görkəmli tarixçisi Aydın Balayevin xatirəsi anılır07.12.2025 - 05:18
Bu gün hava necə olacaq?07.12.2025 - 05:08
Azərbaycan kino sənətinin tanınmış siması Gülbəniz Əzimzadənin anım günüdür07.12.2025 - 05:05
Nəcibə Behbudovanın anım günü qeyd olunur07.12.2025 - 04:52
Ağəli Dadaşovun xatirəsi anılır07.12.2025 - 04:39
Azərbaycanın tanınmış həkimi Araz Budaqovun doğum günüdür07.12.2025 - 04:26
Azərbaycan musiqisinin tanınmış siması – Həsənağa Sadıqovun xatirəsi anılır07.12.2025 - 04:13
Fətəli xan Xoyski – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri07.12.2025 - 04:00
Ermənistanda azərbaycandilli “ReOpen Media” fəaliyyətini dayandırdı06.12.2025 - 20:40
Taksi sürücülərinin imtahanı dekabrın 9-da keçiriləcək06.12.2025 - 19:56
UNEC-in müəllimi Oksford Universitetindən məzun oldu06.12.2025 - 19:49
UNEC Dizayn Məktəbinin müəllimləri Türkiyədə beynəlxalq konqresdə çıxış ediblər06.12.2025 - 19:39
Bu gündən dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq06.12.2025 - 19:29
UNEC-də “Yaşıl Qarabağ” hakatonu keçiriləcək06.12.2025 - 19:19
Tarix-mədəniyyət abidələri və mədəniyyət haqqında qanunlarda nə dəyişir?06.12.2025 - 19:06
Şuşa Dövlət Musiqili Dram Teatrında “Solğun çiçəklər” tamaşasının nümayişi baş tutub06.12.2025 - 18:54
Tarixdəki ən böyük ilan: O, avtobusdan uzun olub06.12.2025 - 18:43
Gündə bir bankadan belə az qazlı içkiqaraciyər xəstəliklərinə səbəb ola bilər06.12.2025 - 18:31
Qəhvə yuxunun keyfiyyətini artırır06.12.2025 - 18:17
Oljas Süleymenov Nobel Sülh Mükafatına namizəd göstərilib06.12.2025 - 18:00
Xalq yazıçısı Kamal Abdullanın 75 illiyi qeyd olunub06.12.2025 - 17:48
Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev tələbələrlə görüşüb06.12.2025 - 17:33
Azərbaycan-Gürcüstan təhsil əməkdaşlığı çərçivəsində Tbilisi məktəbində STEAM mərkəzi açılacaq06.12.2025 - 17:18
BDU-nun dosenti Eldar Kərimov vəfat edib06.12.2025 - 17:03
Bu gün Şuşa Dövlət Musiqili Dram Teatrında “Solğun çiçəklər” tamaşası səhnələşdiriləcək06.12.2025 - 16:47
Texnologiyaların Transferi Mərkəzi nəzdində İnşaat bölməsi yaradılıb06.12.2025 - 16:32
Biznesin iqtisadiyyatı və menecment kafedrasının baş müəllimi fəlsəfə doktoru oldu06.12.2025 - 16:17
Məlahət Abbasova Türkiyədə “Əməyə hörmət” mükafatına layiq görülüb06.12.2025 - 16:02
Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub06.12.2025 - 15:46
Mingəçevir Dövlət Universiteti 20 ölkədən alim və tədqiqatçıların iştirak etdiyi beynəlxalq konfransa ev sahibliyi edir06.12.2025 - 15:30
Xəzər Universitetində professor Bayram Durbilməzlə görüş keçirilib06.12.2025 - 15:16
Əmrah Həsənli:"Bu gün əmək bazarı artıq yalnız diplomla ölçülmür"06.12.2025 - 15:07
“Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabı “Springer” nəşriyyatında çap olunub06.12.2025 - 15:00
Təhsildə mexaniki yaddaş yox, bacarıq əsas rol oynayır06.12.2025 - 14:50
Smartfon kameralarındakı köhnə problemə ÇARƏ06.12.2025 - 14:45
Soyuq havada çay əvəzinə su içməyin FAYDALARI06.12.2025 - 14:30
"Google" 2025-ci ildə ən populyar axtarış sorğularını açıqladı06.12.2025 - 14:15
Gürcüstanın POS TV telekanalının rəhbərliyi Baku TV-nin iş prosesi ilə tanış olub06.12.2025 - 14:00
Ən çox istifadə olunan sosial media və proqramlar hansılardır? 06.12.2025 - 13:59
Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub06.12.2025 - 13:44
Nazir: "Gürcüstanda yaşayan azərbaycanlılar gürcü dilini də öyrənməlidirlər"06.12.2025 - 13:31
İlin ən yaxşı oyunları06.12.2025 - 13:16
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq06.12.2025 - 12:59
Kitab oxumağın insan psixologiyası və intellektual inkişafına təsiri açıqlanıb06.12.2025 - 12:46
"Ailə daxilindəki gərginlik uşağın xarakter və təhsilinə mənfi təsir göstərir" – Psixoloqdan xəbərdarlıq 06.12.2025 - 12:32