Qarabağ Universitetində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Qan Bankının Gəncə bölməsi tərəfindən “Qan donorluğu” mövzusunda təbliğat-təşviqat tədbiri keçirilib.
“Tehsil365 “xəbər verir ki, Tədbir Prezident İlham Əliyevin təsdiq etdiyi “Talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı çərçivəsində təşkil olunub.
Respublika Qan Bankının Gəncə bölməsinin müdiri Vüsalə Əhmədova qan donorluğunun əhəmiyyətindən və ehtiyacı olan xəstələr üçün vacibliyindən söz açaraq mövzu ətrafında geniş məruzə ilə çıxış edib.
Tədbirin sonunda tələbələrin qan donorluğu ilə bağlı biliklərini qiymətləndirmək məqsədilə anket sorğusu təşkil edilib, eləcə də tələbələri maraqlandıran suallar cavablandırılıb.