Füzuli rayonu Gecəgözlü kənd tam orta ümumtəhsil məktəbinin 5-ci sinif şagirdi Burzu Sərhad Fərhad oğlu Lütfi Zadə adına riyaziyyat – məntiq olimpiadasının qalibi olub.
“Tehsil365 “xeber verir ki, Lütfi Zadə olimpiadası 5-ci sinif şagirdləri arasında təşkil olunur. Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə riyaziyyat fənninə olan marağın artırılması və istedadlı şagirdlərin erkən yaşlarda müəyyən edilməsidir.