Bu gün S.Cəfərov adına Yenikənd tam orta ümumtəhsil məktəbində şəhid Salman Cəfərovun anadan olmasının 60 illik yubileyinə həsr olunmuş anım-xatirə tədbiri keçirilmişdir. Allah rəhmət eləsin. Ruhu şad olsun.
“Təhsil365 “xəbər verir ki, Salman Cəfərov 1925-ci il dekabr ayının 31-də indiki Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlayaraq 1942-1944-cü illərdə Cəlilabad rayonunda “Bakı fəhləsi” kolxozunda hesabdar, kənd sovetinin katibi və hərbi stolun rəisi, 1944-1947-ci illərdə “Azərneftkəşfiyyat” Trestinin rayondakı qazma kontorunda mühəndis və iqtisadçı işləmişdir.