Təhsil 365 - Logo Mobile

11 may keçirilən imtahanların nəticələri elan OLUNDU

3910.06.2025 - 14:15
11 may keçirilən imtahanların nəticələri elan OLUNDU

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 11 may 2025-ci il tarixində keçirilən imtahanların nəticələri elan olunub.

Bu barədə Dövlət imtahan Mərkəzindən (DİM) “Təhsil365 “ə məlumat verilib.

Dövlət İmtahan Mərkəzi tərəfindən 11 may 2025-ci il tarixində keçirilən aşağıdakı imtahanların nəticələri elan edilib:

1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı.

1-3-cü kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini verilən keçiddən //eservices.dim.gov.az/2025/nettex/?frm=egov öyrənə bilərlər.

4-6-cı kateqoriyaya aid olan şagirdlər isə imtahana nəticələrini öyrənmək üçün bu keçiddən //eservices.dim.gov.az/2025/netorta/?frm=egov istifadə etməlidirlər.

Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Bu imtahanlarında iştirakı nəzərdə tutulan 7294 nəfərdən 1218 nəfər imtahana gəlməyib.

İmtahanda ən yüksək nəticəni 294,1 bal toplayan Sumqayıt şəhər 22 saylı tam orta məktəbin cari il məzunu Səfərli Gülçin Yalçın qızı göstərib. Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 12 iyun saat 10:00-dan 14 iyun saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

Abituriyentlərin (şagirdlərin) müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

Abituriyentlərin (şagirdlərin) apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra abituriyentlər (şagirdlər) apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər (şagirdlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin (şagirdlərin) nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Nərminə Eyyubova

Xəbər Lenti

BDU-nun İctimai Nəzarət Şurasının üzvləri və media nümayəndələri imtahan sessiyasını izləyiblər12.06.2025 - 10:30
Zərərli proqram təminatının aşkarlanması üçün konseptual model işlənilib12.06.2025 - 10:20
Dillər Universitetində Çin İrsi Günü qeyd olunub12.06.2025 - 10:10
UNEC “Yaşıl universitet” modelinə qlobal keçid təşəbbüsü irəli sürüb12.06.2025 - 10:00
Nazir müavini: Statistika göstərir ki, ən çox karbon emissiyası yaradan sahə məhsul və qida zənciri üzrə istehsaldır12.06.2025 - 09:50
Nazir müavini: Ali təhsil sahəsində qarşıya qoyulan əsas məqsədlərdən biri beynəlxalq reytinqlərdə irəliləməkdir12.06.2025 - 09:40
Rektor: Ötən il “Scopus” bazasında UNEC əməkdaşlarının məqalələrinə 6 mindən çox istinad olub12.06.2025 - 09:30
VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilir - FOTO12.06.2025 - 09:20
Alimlər kompüter əsaslı kimyəvi tədqiqatlar zamanı yeni yanaşmalar müəyyən ediblər - FOTO12.06.2025 - 09:10
Sabah 37 dərəcə isti olacaq12.06.2025 - 09:00
DİM bu şəxslərə müraciət edib12.06.2025 - 08:50
Azərbaycanın 12 universiteti "UI GreenMetric"də yer alır12.06.2025 - 08:40
Yaşıl enerji və iqlim dəyişiklikləri təhsildə rəsmi tətbiq olunacaq12.06.2025 - 08:30
UNEC xarici müəlliflərlə birgə 574 elmi məqalə dərc edib12.06.2025 - 08:20
2 tədqiqat universitetinin yaradılması istiqamətində işlər gedir - Nazir müavini12.06.2025 - 08:10
STEAM Mərkəzində məktəblilər üçün maarifləndirici təlim keçirilib.- FOTO12.06.2025 - 08:00
Ədalət Muradov: Vahid plagiat sistemin yaradılmasına ehtiyac var12.06.2025 - 07:50
UNEC məqalə artım tempinə görə dünyada birincidir12.06.2025 - 07:40
Ötən ay xaricdə təhsil almış 52 nəfərin diplomu tanınmayıb12.06.2025 - 07:30
“Şahin” hərbi-idman oyununun finalı keçirilib - FOTO12.06.2025 - 07:20
«Magistr» jurnalının 3-cü nömrəsinin elektron versiyası təqdim edilib12.06.2025 - 07:10
264 nömrəli məktəbdə attestat üçün pul yığılması ilə bağlı ARAŞDIRMA APARILIR12.06.2025 - 07:00
Beynəlxalq Əmək Təşkilatı: dünyada 137 milyon uşaq əməyə cəlb olunub12.06.2025 - 06:50
DİM-də TOEFL iBT imtahanı keçiriləcək12.06.2025 - 06:40
İmtahanda tədris proqramından kənar suallar verilir? - Məleykə Abbaszadədən CAVAB12.06.2025 - 06:30
Xəbərdarlığı heçə sayıb pulla attestat verirlər? - VİDEO12.06.2025 - 06:20
Bu gün 36 dərəcə isti olacaq - PROQNOZ12.06.2025 - 06:10
DİM sədri nəticələrdən gileyləndi - “Bilikli müəllimlərimiz çatışmır”12.06.2025 - 05:59
"Gözüm ol mənim" kitab klubundan yeni sosial layihə: "Kitab Səsləndir – Könüllü Ol!"11.06.2025 - 19:20
Sumqayıtda gənc oğlan bıçaqlandı11.06.2025 - 18:34
Milli Qurtuluş Günü münasibətilə Niyazinin mənzil-muzeyində konsert təşkil olunub - FOTO11.06.2025 - 17:47
Tramp uşaqlarına qoyduğu qadağalardan danışdı11.06.2025 - 17:13
Azərbaycanlı gənc maksimum bal ilə TR-YÖS-ü fəth etdi11.06.2025 - 16:24
Respublika Gənclər Kitabxanasında Fikrət Qocanın 90 illik yubileyinə həsr olunmuş biblioqrafik icmal hazırlanıb11.06.2025 - 16:00
Əqli Mülkiyyət Agentliyinin KOBİA və ÜƏMT ilə birgə həyata keçirdiyi layihə başa çatıb - FOTO11.06.2025 - 15:50
“Halal iqtisadiyyat” kitabının təqdimatı keçirilib - FOTO11.06.2025 - 15:40
Ermənilərin Şimali Azərbaycana köçürülməsi tarixinə dair 2 kitabın onlayn versiyası 3 dildə təqdim edilib11.06.2025 - 15:30
ADNSU və Lissabon NOVA Universiteti elmi-tədqiqat sahəsində əməkdaşlıq edəcək11.06.2025 - 15:20
BDU ilə Türkiyənin Bingöl Universiteti arasında anlaşma memorandumu imzalanıb - FOTO11.06.2025 - 15:10
Azərbaycanın ictimai və mədəni inkişafında Ağa Musa Nağıyevin rolu - elmi konfrans11.06.2025 - 15:00
MEK-də növbəti könüllülük proqramı başa çatıb - FOTO11.06.2025 - 14:50
Avstriyanın məktəbdə atəş açan şəxsin atası erməniəsillidir11.06.2025 - 14:40
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ekskursiya təşkil edilib - FOTO11.06.2025 - 14:30
Rumıniyanın Galati Universitetinin nümayəndə heyəti LDU-da görüşlərini davam etdirir - FOTO11.06.2025 - 14:20
Fariz İsmayılzadə: "Bağçaların sayını artırmaq üçün tikinti standartlarına yenidən baxmalıyıq"11.06.2025 - 14:10
Regional idarə yol qəzasında dünyasını dəyişən müəllimin ailəsinə başsağlığı verib11.06.2025 - 14:00
Aşqarlar Kimyası İnstitutunun keçirdiyi müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib - FOTO11.06.2025 - 13:50
Emin Əmrullayev Elm, Texnologiya və İnnovasiya üzrə 2-ci “Bir kəmər, bir yol” nazirlər iclasında çıxış edib - FOTO11.06.2025 - 13:40