Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 11 may 2025-ci il tarixində keçirilən imtahanların nəticələri elan olunub.
Bu barədə “Təhsil365 “ə DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahanda ən yüksək nəticəni 294,1 bal toplayan Sumqayıt şəhər 22 saylı tam orta məktəbin cari il məzunu Səfərli Gülçin Yalçın qızı göstərib. Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.