Təhsil 365 - Logo Mobile

Universitetlərdə hüquqşünaslıq üzrə tədrisin təkmilləşdirilməsi məqsədilə 5 kitab ictimaiyyətə təqdim edilib

7610.06.2025 - 16:00
Universitetlərdə hüquqşünaslıq üzrə tədrisin təkmilləşdirilməsi məqsədilə 5 kitab ictimaiyyətə təqdim edilib

Bu gün bp Azərbaycanda hüquq təhsili sahəsində keyfiyyətin artırılması istiqamətində yeni bir layihəni təqdim edib. Layihə yerli universitetlərdə hüquqşünaslıq üzrə tədrisin təkmilləşdirilməsi məqsədilə altı mühüm dərsliyin hazırlanması və nəşrindən ibarətdir. Layihənin məqsədi təhsildə mükəmməlliyin təmin olunmasına dəstək vermək, hüquqi savadlılığı təşviq etmək və ölkədə yeni nəsil hüquq mütəxəssislərinin yetişməsinə töhfə verməkdən ibarətdir.

Təhsil365 “xəbər verir ki, bp layihə çərçivəsində nəşr olunmuş 5 kitabı ictimaiyyətə təqdim edib.

Qalan altıncı kitabın nəşri isə bu ilin sentyabr ayına planlaşdırılır. Bu layihə bp-nin Azərbaycanda təhsilin inkişafına və bacarıqların artırılmasına dəstəyinin bir hissəsidir.

Tamamlanmış 5 kitabın təqdimat tədbirində çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Hüquq təhsili sahəsində resursların yaradılmasına sərmayə qoymaqda məqsədimiz yerli hüquq mütəxəssislərinə yüksək keyfiyyətli tədris materialları hazırlamaqda dəstək verməkdir. Bu isə nəticə etibarilə ölkədə hüquq təhsilinin müasirləşməsinə və yüksəksəviyyəli, hüquqları dərindən bilən yeni hüquqşünaslar nəslinin formalaşmasına töhfə verəcək. Yeni altı dərsliyin hər biri hüquq üzrə alimlər və mütəxəssislərlə sıx əməkdaşlıqda hazırlanıb. Ümid edirik ki, bu kitablar universitet tələbələrin, nəzəriyyə müəllimlərinin, eləcə də hazırda praktiki fəaliyyətdə olan hüquqşünasların müasir hüquq resurslarına artan tələbatının qarşılanmasına mühüm töhfə verəcək. Xüsusilə məmnunuq ki, layihəyə daxil edilmiş altı dərslikdən dördü Azərbaycanda ilk dəfə nəşr olunur və bu da ölkənin akademik hüquq mühitində əlamətdar bir hadisədir”.

Layihəyə aşağıdakı kitablar daxildir:

1. “Beynəlxalq Tibb Hüququ. Xüsusi hissə” – Azərbaycanda yeni olan bu dərslik səhiyyə və insan hüquqları sahələrinin kəsişməsini əhatə edir və ölkənin beynəlxalq tibbi əməkdaşlıqda artan iştirakını əks etdirir. Kitab tibbi etika, səhiyyə xidmətlərinin hüquqi tənzimlənməsi və beynəlxalq institutların rolu da daxil olmaqla geniş mövzuları əhatə edir.

2. “Azərbaycan Respublikasının Mediasiya Hüququ. Ümumi Müddəalar” – Azərbaycanda bu sahədə ilk olan bu dərslik mediasiyanın hüquqi çərçivəsini təqdim edir, onun prinsipləri, quruluşu və normativ aspektləri barədə ətraflı məlumat verir. Dərsliyin məqsədi hüquq təhsilində mövcud boşluqları doldurmaq və Azərbaycanda mediasiya mədəniyyətinin inkişafına dəstək olmaqdır.

3. “Mediasiya Hüququ. Xüsusi hissə” – Azərbaycanda bu sahədə ilk olan bu nəşr mediasiya hüququnun elmi və doktrinal əsaslarına həsr olunub. Dərslik mediasiyanı hüquqi bir sahə kimi hərtərəfli təhlil edir və bu institutun həm akademik, həm də praktiki baxımdan daha yaxşı anlaşılmasına töhfə verir.

4. “Beynəlxalq Publik Hüquq Kursu. Ümumi Hissə” (birinci cild, ikinci nəşr, yenilənmiş) – bu kitab beynəlxalq publik hüquq üzrə ilk akademik kursun yenilənmiş nəşridir və bu sahənin öyrənilməsində əhatəli doktrinal yanaşmanı təqdim edir. Kitab beynəlxalq hüququn predmeti və prinsipləri, mənbələri, beynəlxalq hüququn subyektləri, mübahisələrin həlli mexanizmləri və beynəlxalq hüquqi məsuliyyət kimi əsas anlayışları əhatə edir. Yenilənmiş nəşrdə beynəlxalq hüquq nəzəriyyəsi və təcrübəsindəki yenilikləri əks etdirən mühüm əlavələr və dəyişikliklər yer alıb.

5. “Beynəlxalq Publik Hüquq Kursu. Xüsusi Hissə” (ikinci cild, ikinci nəşr, yenilənmiş) – bu dərslik beynəlxalq publik hüququn xüsusi sahələrinin, o cümlədən beynəlxalq müqavilələr hüququnun, xarici əlaqələr hüququnun, beynəlxalq təşkilatlar hüququnun, humanitar hüququn və beynəlxalq iqtisadi hüququn ətraflı təhlilini təqdim edir. Yenilənmiş nəşr yeni nəzəri yanaşmaları və elmi nailiyyətləri əhatə edir. Dərslik qlobal hüquq sistemi və Azərbaycanın bu sistemdəki rolu ilə bağlı daha dərin anlayışın formalaşmasına dəstək verir.

6.“İnsan Hüquqları. Ensiklopediya” – Azərbaycanda bu sahədə ilk olan bu geniş həcmli tədris vəsaiti hələ nəşr olunmayıb. Kitaba insan hüquqlarının həm nəzəri, həm də praktiki aspektlərini əhatə edən minlərlə məqalə daxil edilib. Ensiklopediya insan hüquqlarının tarixini, inkişafı və təsnifatını, eləcə də beynəlxalq və milli hüquqi çərçivələri araşdırır. Məqsəd insan hüquqları sahəsində daha dərin anlayış formalaşdırmaq və Azərbaycan cəmiyyətində hörmət mədəniyyətini və hüquqi savadlılığı təşviq etməkdir.

Altı tədris vəsaitinin hamısı tələbələr, müəllimlər, elmi ictimaiyyətin nümayəndələri, hüquqşünaslar, insan hüquqları müdafiəçiləri, beynəlxalq münasibətlər üzrə mütəxəssislər, magistr və doktorantlar, hüquq alimləri və təcrübəçiləri, eləcə də mediatorlar və siyasətçilər daxil olmaqla geniş auditoriya üçün nəzərdə tutulub. Layihənin ümumi dəyəri 230038 AZN-dir (135316 ABŞ dolları) və bu məbləğə məzmunun hazırlanmasından nəşr və layihənin idarə olunmasına qədər bütün xərclər daxildir. Layihə “Müasir Beynəlxalq Hüquq və Davamlı İnkişaf” İctimai Birliyi tərəfindən icra olunur.

Nərminə Eyyubova

Xəbər Lenti

Elə kənd məktəbləri var ki, orada tədris səviyyəsi yüksəkdir - Məleykə Abbaszadə12.06.2025 - 12:00
Elnur Nəsibov: Müasir kitabxana olmasa, tələbə inkişafından söz gedə bilməz12.06.2025 - 11:50
5 və 6 günlük məktəblərdə "Son zəng" nə zaman keçiriləcək? - AÇIQLAMA12.06.2025 - 11:40
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur12.06.2025 - 11:40
İmtahan suallarının çətinliyi ilə bağlı fikirlərə aydınlıq gətirildi12.06.2025 - 11:30
Emin Əmrullayev omanlı həmkarı ilə görüşüb12.06.2025 - 11:20
Kolleclərdə yaz imtahan sessiyası başlayıb - FOTO12.06.2025 - 11:10
DİM sədri: “Şagirdlər buraxılış imtahanından sonra da məktəbə getməlidirlər” 12.06.2025 - 11:00
BANM-in iki tələbəsinə xüsusi təqaüd veriləcək - FOTO12.06.2025 - 10:50
Azərbaycan nümayəndə heyəti “QS EduData 2025” sammitində iştirak edib - FOTO12.06.2025 - 10:40
BDU-nun İctimai Nəzarət Şurasının üzvləri və media nümayəndələri imtahan sessiyasını izləyiblər12.06.2025 - 10:30
Zərərli proqram təminatının aşkarlanması üçün konseptual model işlənilib12.06.2025 - 10:20
Dillər Universitetində Çin İrsi Günü qeyd olunub12.06.2025 - 10:10
UNEC “Yaşıl universitet” modelinə qlobal keçid təşəbbüsü irəli sürüb12.06.2025 - 10:00
Nazir müavini: Statistika göstərir ki, ən çox karbon emissiyası yaradan sahə məhsul və qida zənciri üzrə istehsaldır12.06.2025 - 09:50
Nazir müavini: Ali təhsil sahəsində qarşıya qoyulan əsas məqsədlərdən biri beynəlxalq reytinqlərdə irəliləməkdir12.06.2025 - 09:40
Rektor: Ötən il “Scopus” bazasında UNEC əməkdaşlarının məqalələrinə 6 mindən çox istinad olub12.06.2025 - 09:30
VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilir - FOTO12.06.2025 - 09:20
Alimlər kompüter əsaslı kimyəvi tədqiqatlar zamanı yeni yanaşmalar müəyyən ediblər - FOTO12.06.2025 - 09:10
Sabah 37 dərəcə isti olacaq12.06.2025 - 09:00
DİM bu şəxslərə müraciət edib12.06.2025 - 08:50
Azərbaycanın 12 universiteti "UI GreenMetric"də yer alır12.06.2025 - 08:40
Yaşıl enerji və iqlim dəyişiklikləri təhsildə rəsmi tətbiq olunacaq12.06.2025 - 08:30
UNEC xarici müəlliflərlə birgə 574 elmi məqalə dərc edib12.06.2025 - 08:20
2 tədqiqat universitetinin yaradılması istiqamətində işlər gedir - Nazir müavini12.06.2025 - 08:10
STEAM Mərkəzində məktəblilər üçün maarifləndirici təlim keçirilib.- FOTO12.06.2025 - 08:00
Ədalət Muradov: Vahid plagiat sistemin yaradılmasına ehtiyac var12.06.2025 - 07:50
UNEC məqalə artım tempinə görə dünyada birincidir12.06.2025 - 07:40
Ötən ay xaricdə təhsil almış 52 nəfərin diplomu tanınmayıb12.06.2025 - 07:30
“Şahin” hərbi-idman oyununun finalı keçirilib - FOTO12.06.2025 - 07:20
«Magistr» jurnalının 3-cü nömrəsinin elektron versiyası təqdim edilib12.06.2025 - 07:10
264 nömrəli məktəbdə attestat üçün pul yığılması ilə bağlı ARAŞDIRMA APARILIR12.06.2025 - 07:00
Beynəlxalq Əmək Təşkilatı: dünyada 137 milyon uşaq əməyə cəlb olunub12.06.2025 - 06:50
DİM-də TOEFL iBT imtahanı keçiriləcək12.06.2025 - 06:40
İmtahanda tədris proqramından kənar suallar verilir? - Məleykə Abbaszadədən CAVAB12.06.2025 - 06:30
Xəbərdarlığı heçə sayıb pulla attestat verirlər? - VİDEO12.06.2025 - 06:20
Bu gün 36 dərəcə isti olacaq - PROQNOZ12.06.2025 - 06:10
DİM sədri nəticələrdən gileyləndi - “Bilikli müəllimlərimiz çatışmır”12.06.2025 - 05:59
"Gözüm ol mənim" kitab klubundan yeni sosial layihə: "Kitab Səsləndir – Könüllü Ol!"11.06.2025 - 19:20
Sumqayıtda gənc oğlan bıçaqlandı11.06.2025 - 18:34
Milli Qurtuluş Günü münasibətilə Niyazinin mənzil-muzeyində konsert təşkil olunub - FOTO11.06.2025 - 17:47
Tramp uşaqlarına qoyduğu qadağalardan danışdı11.06.2025 - 17:13
Azərbaycanlı gənc maksimum bal ilə TR-YÖS-ü fəth etdi11.06.2025 - 16:24
Respublika Gənclər Kitabxanasında Fikrət Qocanın 90 illik yubileyinə həsr olunmuş biblioqrafik icmal hazırlanıb11.06.2025 - 16:00
Əqli Mülkiyyət Agentliyinin KOBİA və ÜƏMT ilə birgə həyata keçirdiyi layihə başa çatıb - FOTO11.06.2025 - 15:50
“Halal iqtisadiyyat” kitabının təqdimatı keçirilib - FOTO11.06.2025 - 15:40
Ermənilərin Şimali Azərbaycana köçürülməsi tarixinə dair 2 kitabın onlayn versiyası 3 dildə təqdim edilib11.06.2025 - 15:30
ADNSU və Lissabon NOVA Universiteti elmi-tədqiqat sahəsində əməkdaşlıq edəcək11.06.2025 - 15:20