Türkiyədə 2024-cü ildə orta təhsil müddəti 9,5 il olarkən, 25-34 yaş qrupunda ali təhsilli məzunların nisbəti yüzdə 44,9-a yüksəlib.
"Tehsil365" Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) 2024-cü il üzrə milli təhsil statistikasında məlumat verib.
Məlumata əsasən, 25-34 yaş qrupunda ali təhsil məzunlarının nisbəti 2008-ci ildəki 13,5 faizdən 2024-cü ildə 44,9 faizə yüksəlib. Bu dövr ərzində qadınlarda ali təhsil məzunu nisbəti yüzdə 12,5-dən 48,9 faizə, kişilərdə isə 14,6 faizdən 41,1 faizə çatıb.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri üçün son statistikaya görə, 25-34 yaş qrupunda ali təhsil məzunlarının ortalaması OECD üzrə yüzdə 47,4, Türkiyə üzrə isə yüzdə 42,9 olub. Bu kateqoriyada ali təhsilli məzunların ən yüksək göstəricisi yüzdə 69,6 ilə Cənubi Koreya, ən aşağı göstərici isə yüzdə 27,3 ilə Meksika olub.
2008-ci ildə 25 və daha yuxarı yaşda olan əhali arasında aspirantura, bakalavr, magistratura və doktorantura məzunlarının nisbəti 9,8 faiz olduğu halda, bu rəqəm 2024-cü ildə 25,3 faizə yüksəlib. Eyni zamanda bu yaş qrupunda orta təhsil və ondan yuxarı təhsil səviyyəsinə malik şəxslərin nisbəti 2008-ci ildə 26,5 faiz idisə, 2024-cü ildə bu göstərici 49,4 faizə çatıb.
2024-cü ildə 25 və daha yuxarı yaşda olan əhalinin orta təhsil müddəti 9,5 il olaraq qeydə alınıb. Bu göstərici qadınlarda 8,8 il, kişilərdə isə 10,2 il təşkil edib.
Orta təhsil müddətinin ən yüksək olduğu il Ankara olub. 2024-cü ildə 25 və yuxarı yaşda olan əhali üçün orta təhsil müddəti Ankarada 10,8 ilə çatıb. Bu göstəriciyə görə növbəti yerləri İstanbul, Əskişəhər, Kocaeli və İzmir şəhərləri tutub. Ən aşağı təhsil müddəti isə 7,5 illə Ağrıda qeydə alınıb. Ağrını Şanlıurfa, Muş, Kastamonu və Van izləmişdir.
2015-2024-cü illər arasında 25 və yuxarı yaşda olan əhalinin aldığı orta təhsil müddətində ən çox artım müşahidə edilən illər belə olub: Şırnak (51,6%), Hakkari (42,1%), Muş (39,9%), Şanlıurfa (38,5%) və Bingöl (37,3%). Ən az artım isə Ankara (13,7%), Əskişəhər (15,4%), Tekirdağ (15,6%), İzmir (15,9%) və İstanbulda (15,9%) müşahidə edilib.
2008-ci ildə 6 yaşdan yuxarı əhali arasında savadlılıq səviyyəsi 91,8 faiz idisə, 2024-cü ildə bu göstərici 97,8 faizə yüksəlib. Bu dövrdə qadınlar arasında savadlılıq səviyyəsi 86,9 faizdən 96,2 faizə, kişilər arasında isə 99,7 faizə yüksəlib.
Anaları ali təhsilli olan şəxslərin 84,4 faizi ali təhsillidir.
Yaşı 25 və yuxarı olan əhali arasında aparılan araşdırma göstərib ki, anaları ali təhsilli olan şəxslərin 84,4 faizi ali təhsil, 12,8 faizi tam orta təhsil, 2,8 faizi isə ibtidai və ya natamam orta təhsil alıb. Ataları ali təhsilli olan şəxslərin isə 80,3 faizi ali, 16,1 faizi tam orta, 3,6 faizi isə digər təhsil səviyyəsinə malikdir.
Eyni zamanda anaları orta təhsilli olan şəxslərin 64,3 faizi, atası orta təhsilli olan şəxslərin isə 55,7 faizi ali təhsillidir. Analari yalnız tam orta təhsilə sahib olan şəxslərin 28,7 faizi, ataları tam orta təhsilli olanların isə 27,4 faizi ali təhsil alıb.