Bərdə şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin şagirdləri BilBacar müsabiqəsində uğurla çıxış ediblər.
“Tehsil365” xəbər verir ki, müsabiqənin qalibləri arasında 1-ci yerə layiq görülən Quliyev Murad Elməddin oğlu və 3-cü yer üzrə qalib olan Məmmədli Arzu Etibar qızı yer alıb.
Bərdəli şagirdlərin bu uğuru onların zəhməti və istedadının nəticəsidir. Təhsil ocağı rəhbərliyi və müəllimləri onları təbrik edib, gələcəkdə də uğurlar arzulayıb.